Əziz tələbələr, əziz gənclər!

Azərbaycan Memarlıq
İnşaat Universiteti yüksək ixtisaslı memar, inşaatçı mühəndislər iqtisadçılar hazırlayan tanınmış elm təhsil mərkəzidir. Biz yalnız bilik vermirik, eyni zamanda elmi axtarışlara hazır olan, dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəsti-xətti ilə seçilən mütəxəssislər yetişdirməyi qarşımıza məqsəd qoymuşuq.

Elmin sürətlə inkişaf etdiyi, informasiya bolluğunun yarandığı bir dövrdə müasir biliklərə yiyələnmək və gələcəyin qurucularına onları çatdırmaq üçün professor-müəllim heyətimiz daim axtarışdadır.

Tələbələrimiz yalnız təhsil almır, eyni zamanda sevdikləri yaradıcı işlə məşğul olurlarBizsə, onlara öz bacarıqlarını realizə etmək üçün şərait yaradırıq. Beynəlxalq müsabiqələrdə, vorkşoplarda iştirak etməklə, tələbələrimizə özünə güvən hissini aşılayır, rəqabətə davam gətirməyin yollarını öyrədirik.

Tələbələrimiz istər universitet daxilində zəruri texniki vasitələrlə təchiz olunmuş ixtisas laboratoriyalarında, istərsə birbaşa inşaat meydançalarında prosesi ilə tanış olurlar


Bizim məqsədimiz müasir dünyagörüşlü, bilikli, özünə inanan, iradəli mütəxəssislər yetişdirməkdir. Əgər siz bunlara nail olmaq istəyirsinizsə, Universitetimizə xoş gəlmisiniz! Memarlıq inşaat sahəsində ən müasir təcrübəyə malik şirkətləri, tanınmış mütəxəssisləri universitetə cəlb edərək, tələbələrimizi onların təcrübəsilə tanış edirik. Tələbələrimizin gələcəkdə işlə təmin olunması üçün  işə götürənlərlə görüşləri təşkil edərək, gənclərin təhsilə marağının artmasına, biliklə silahlanaraq gələcək həyatlarında inamla müstəqil addım atmalarına yardımçı olmağa çalışırıq.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, 
 professor,  memarlıq doktoru, əməkdar memar

Gülçöhrə xanım Məmmədova  

 

1971-ci il - Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1976-cı il - Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib.
1975 - 1979-cu il - Həmin İnstitutda Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir. "Memarlıq konstruksiyaları və abidələrin bərpası" kafedrasında assistent təyin edilmişdir.
1979 - 2000-ci il - Həmin kafedrada baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır.
2000-ci il - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir.
2000-2005-ci il - II çağırış Azərbaycan Respublikası Milli Məclisinin  deputatı və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir.
2006-cı il - "Əməkdar Memar" fəxri adı ilə təltif edilmişdir
2009-cu il - Fransanın "Akademik Palma" Kavaleri ordeni ilə təltif edilmişdir.
2010-cu il – IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin  deputatı seçilmişdir. 
Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının Şərqi Avropa Bölməsinin və Ekoenergetika Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvüdür. 80 - dən çox elmi əsərin, o cümlədən, 2 monoqrafiyanın və 5 kitabın müəllifidir.
 

Qəbul otağı tel: (+994 12) 538 30 01

E-mail: rector@azmiu.edu.az

Köməkçi: Səmədov Rövşən Yaşar oğlu

Fax: (+994 12) 498 78 36

Tel: (+994 12) 539 06 47

E-mail: rovshan.samedov@yahoo.com