Memarlıq və dizayn ixtisaslarına qəbul qaydaları
 
Memarlıq və dizayn ixtisaslarına qəbul digər ixtisaslardan fərqlənir. Burada test imtahanları ilə yanaşı abituriyentlər xüsusi qabiliyyət imtahanı verirlər. Bu səbəbdən həmən ixtisasları seçən abituriyentlər aşadıdakıları bilməlidirlər.
  1. Abituriyent TQDK-sı tərəfindən ali məktəblər üçün sənəd qəbulu elanını verdikdən sonra göstərilmiş müddətdə sənəd qəbulu komissiyasında sənədlərini təsdiqlətməlidirlər.
  2. Sənədlərini təsdiqləndirdikdən sonra Universitetimizdə yaradılmış Qabiliyyət imtahan komissiyasında seçmə turunda iştirak etməklə qeydiyyatdan keçməlidirlər.
  3. Seçmə turunda abituriyentlər özlərinin əl işlərini şəxsən təqdim etməklə qeydiyyatdan keçir və əl işlərini aşağıdakı şəkildə hər fənn üçün azı 5 iş təqdim edirlər.
    • Rəsmxət: çertyojlar (həcmi fiqurun 3 proyeksiyası və aksonometriyası);
    • Rəsm : istənilən texkika ilə işlənmiş gips baş, gips aznoment , notürmortlar və mənzərələr.
  4. Seçmə turundan müvəffəqiyyətlə keçən abituriyentlər qeydiyata düşməklə qabiliyyət imtahanlarının cədvəlini götürürlər.
  5. TQDK tərəfindən müəyyənləşdirilmiş minimal keçid balını test imtahanlarından toplamış və qeydiyyatdan keçmiş abituriyentlərin siyahısı qabiliyyət imtahanlarını vermək üçün universitetimizə göndərilir.
  6. Test imtahanlarından sonra ayrılmış vaxt ərzində qabiliyyət imtahanlarını verməlidirlər.
  7. Memarlıq və dizayn ixtisasında müsabiqə qabiliyyət imtahanlarının nəticəsinə əsasən aparılır. Qabiliyyət imtahanlarından eyni qiymət almış abituriyentlər üçün müsabiqə  test imtahanlarının nəticəsinə  əsasən aparılır.