Diqqət: Müsabiqə!

Azərbaycan Memarliq və inşaat Universitetinin Memarliq Fakültəsinin dizaynixtisasi üzrə təhsil alan bakalavr pilləsinin II və III kurs və magistr pilləsinini kurs tələbələrinin nəzərinə:

Fevralın 17-dən martın 17- dək “Telestudiya dizaynı” adlı müsabiqə keçirilir. Bu müsabiqə RegionTV tərəfindən təşkil olunur.
 
Müsabiqədə ancaq Memarlıq və inşaat Universitetinin dizayn ixtisası üzrə təhsil alan tələbələr iştirak edə bilər. Telestudiyanın dizaynı üçün təşkil olumuş müsabiqə haqqında məlumatları universitetin veb saytından və ya Dizayn kafedrasından ala bilərsiniz.
 
Müsabiqəninson müddəti 17 martda saat 1600 dizaynına aid görünüşlər jpg formatında
regiontv.a​zmiu.musab​iqe@gmail.​com ünvanına 17.03.2014 tarixinə qədər göndərilməlidir.
 
“Telestudiya dizaynı” müsabiqəsinin qalibi bir il ərzində (04.2014-04.2015) təqaüdünə 100 manat məbləğində pul əlavə olunmaqla mükafatlandırılacaq. Qalibin müəyyənləşməsi aprel ayında elan olunacaq.
 
Müsabiqənin qalibi pul mükafatından əlavə, sertifikatla da təltif olunacaq.

Qeyd: Müsabiqədə yalnız təqaüd alan tələbələr iştirak edə bilərlər.