AzMIU Respublikamızda memarlıq və inşaat yönümlü ixtisasçılar hazırlayan yeganə universitetdir.
        
Universitetimiz Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən Nazirliyin 25 iyul 2008-ci il tarixli 957 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 4 il müddətinə akkreditə olunmuşdur.
       Əziz abitituriyentlər Siz öz gələcəyinizi müəyyənləşdirərkən yəqin ki, hansı ixtisası seçməyinizi və bu ixtisaslardan hansı daha vacibdir kimi suallara cavab axtarırsınız. Doğrudan da seçəcəyiniz ixtisasın hansı daha vacibdir sualına cavab vermək üçün uzun-uzadı mübahisələr aparar və yekunda ciddi bir nəticəyə gələ bilmərik. Ancaq bir şeyi mübahisəsiz deyə bilərik ki, bütün bu işlərin həyata keçirilməsində memar və inşaatçıların görəcəyi işlər mühüm rol oynayır. Bu ixtisas  sahibləri təkcə insanların rahatlığı üçün şərait yaratmayıb eyni zamanda onların əsrlərdən bəri gələn tarixlərinidə yaradırlar.Onların əməyinin nəticəsidir ki, biz böyük fəxrlə və çəkinmədən yaşadığımız torpaqların ən qədim sakinləri olduğumuzu dünyaya car çəkir  və  mənfur ermənilərə sübut edirik ki, buralar bizim tarixi əzəl torpaqlarımızdır.
Bizə belə gəlıir ki, xalqını sevən , onun gələcəyini düşünən, dunya sivlizasiyasında öz izini qoymaq istəyən hər bir şəxs universitetimizdəki ixtisasları seçməklə bu işə başlamış olar.
          Əziz abituriyentlər Universitetimizə qəbul TQDK tərəfindən onların müəyyənləşdirdiyi qaydalar əsasında həyata keçirilir. Yalnız memarlıqdizayn ixtisaslarına qəbul digərlərindən fərqlənir. Belə ki, bu ixtisaslara test imtahanları ilə yanaşı qabiliyyət imtahanlarıda aparılır.
  
     Biz Sizi universitetimizin tələbələri sırasında görməyi arzulayırıq.
     Bu işdə sizə uğurlar!
 
 
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11


Əlaqə tel: 538-94-63