Yaradıcılıq özfaliyyət kollektiviləri:

1. "Buta" rəqs ansamblı - bədii rəhbər Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova

2. Şən və hazırcavablar qrupu

3. Xalq çalğı alətləri ansamblı - bədii rəhbər Aydın Ağamalıyev

4. Debat intellektual gənclər klubu - (breyn - rinq)

 

 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun nəzdində «Sevinc» qızlardan ibarət rəqs qrupu yaradılmışdır. Qrupun bədii rəhbəri və quruluşçusu Respublikanın əməkdar artisti Nailə xanım Mahmudova idi. Rəqs qrupu respublikamızın hüdülarından kənarda da müxtəlif festivallarda uğurlu çıxışlar etmiş və yüksək yerlər qazanmışdır.

 
















    


 Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən «Sevinc» rəqs qrupunun adı dəyişdirilmiş və Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olaraq «Buta» adlandırılmışdır.
Rəqs qrupunun hazırki rəhbəri Respublikanın xalq artisti Roza xanım Cəlilovadır. Rəqs qrupu Universitetin Qadınlar Şurasının hamiliyi altında fəaliyyət göstərir. Qeyd edək ki, rəqs qrupunun 10 rəqs üçün nəzərdə tutulmuş kostyumlarının eskizləri Xalq rəssamları Bəturə Əfqanlı və Reyhan Topçubaşova tərəfindən yüksək səviyyədə hazırlanmışdır. Bu kostyumlar hal-hazırda da qorunub saxlanılır və çıxışlar zamanı istifadə olunur.     

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı əsasında keçirilən Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalında bu rəqs ansamblı 3 ildir ki,  1-ci yerə layiq görülür.