“NƏZƏRİ VƏ TƏTBİQİ MEXANİKA” jurnalı haqqında ümumi məlumat
 
            “Nəzəri və tətbiqi mexanika” jurnalı dövrü, Azərbaycan Respublikası Təhsil Nazirinin  27 iyun 2005-ci il tarixli 516 saylı və 10 fevral 2006-cı il tarixli 93 saylı əmrləri əsasında 2006-cı ildən nəşr olunmağa başlamışdır.
Jurnalın təsisçiləri Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Jurnal ildə dörd dəfə nəşr olunur.
            Ali məktəblərarası elmi-texniki jurnal kimi nəşr olunan bu jurnalda deformasiya olunan bərk cisimlər mexanikası, elastiklik və plastiklik nəzəriyyəsi, ümumi mexanika, inşaat mexanikası, materiallar müqaviməti, hidromexanika və aeromexanika sahəsində əvvəllər çap olunmamış və digər jurnallara göndərilməmiş məqalələr çap olunur. Belə ki, məqalələr doktorların, elmi işçilərin apardıqları nəzəri və təcrübi tədqiqatların yeni nəticələrini ümumiləşdirən və aktual mövzuları əhatə edən  materiallar olmalıdır.
            “Nəzəri və tətbiqi mexanika” jurnalı 15 mart 2006-cı il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdir (reyestr № 1746).
            “Nəzəri və tətbiqi mexanika” jurnalı Ali Attestasiya Komissiyasında dissertasiyaların nəticələrinin çap olunmasının tövsiyyə edildiyi jurnallar siyahısına daxil edilmişdır.
            Jurnalın Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsi, redaksiya heyəti və məsləhət şurası vardır. Jurnalın redaksiya heyəti baş redaktordan, baş redaktorun müavinindən, məsul redaktordan və 17 nəfər redaksiya şurasından ibarətdir. Redaksiya şurasına respublikamızın mexanika sahəsində çalışan tanınmış alimləri daxil edilmişdir. Jurnalın redaksiya şurasına daxil olan alimlərdən beş nəfəri AMEA-nın müxbir üzvləridir (Siyahı aşağıda verilir).
            Jurnalın məsləhət şurasına xarici ölkələrdə mexanika sahəsində çalışan tanınmış alimlər daxil edilmişdir (Siyahı aşağıda verilir).
            Jurnal əsasən elmi-tədqiqat, tənqid və biblioqrafiya, müəlliflər üçün məqalələrin hazırlanma qaydasını ifadə edən məlumat bölmələrindən ibarətdir.
“Nəzəri və tətbiqi mexanika” jurnalında dərc olunan elmi məqalələrin əksəriyyəti respublikamızın ali məktəbləridə və AMEA-nın elmi-tədqiqat İinstitutlarıda, layihə və konstruktor bürolarında çalışan əməkdaşların yazılarıdır.
Nəşr olunan  jurnal  respublikamızın bütün ali məktəblərinin kitabxanalarına, elmi -  texniki kitabxanalara və AMEA-nın kitabxanalarına göndərilir. (Siyahı aşağıda verilir).
            “Nəzəri və Tətbiqi Mexanika” jurnalında Azərbaycan, rus və ingilis dillərində məqalələr dərc olunur. Belə ki, məqaləyə uyğun dildə xülasə, qalan dillərdə isə annotasiya yazılmalıdır. Məqalələrin hazırlanma qaydası “ müəlliflərin nəzərinə ” bölməsində verilmişdir.
            Jurnalın maliyyə vəsaiti onun çapına çəkilən xərclərdən ibarətdir. Maliyyə xərcləri jurnala məqalə təqdim etmiş müəlliflərin və xüsusi hallarda AzMİU-nun ayırdığı vəsait hesabına ödənilir. Jurnalın redaksiya heyətinin üzvləri ictimai əsaslarla xidmər edirlər (əmək haqqı almırlar).

 
Redaksiya ilə əlaqə:

Baş redaktor                         tel. (+994 12) 539 10 36
Məsul redaktor                      mob.  (+994 50) 424 33 40        
  
Redaksiyanın  ünvanı: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, AzMİU-nun əsas binası, 6-cı mərtəbə. “ Nəzəri və inşaat mexanikası” kafedrası