Yaranma tarixi. 1920-ci ildə Bakıda Azərbaycan Politexnik İnstitutu yaradılıb. 1931-ci ilə qədər həmin institutun İnşaat fakültəsinin yol şöbəsi fəaliyyət göstərib.
1931-ci ildən 1936-cı ilə qədər Zaqafqaziya Nəqliyyat mühəndisi İnstitutunun Bakı filialı fəaliyyətdə olub.
1936-cı ildə bu filial Tbilisi şəhərinə köçürülüb və 1945-ci ilə qədər Tbilisi Dəmiryol Nəqliyyat Mühəndisi İnstitutunun tərkibində Azərbaycan bölməsi kimi öz işinə davam edib.
1945-ci ildə Azərbaycan dəmir yolunun təşkili ilə əlaqədar olaraq Bakı şəhərində Tbilisidəki institutun Bakı filialı yaradılıb və 1949-cu ilə qədər fəaliyyətdə olub.
Bu bölmə 1949-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye Universitetində Nəqliyyat fakültəsi kimi bərpa olunub.
1950-ci ildə Nəqliyyat fakültəsi Politexnik institutuna köçürülüb.
1974-cü ilə kimi ayrı-ayrı vaxtlarda fakültənin dekanları dos. Kazımov İ. H., dos. Mamoyev A.H. sonra isə dos. Hacınski A. fəaliyyət göstərmişlər.
1974-cü ildən 1977-ci ilə qədər fakültənin dekanı Əliyev R.M. olmuşdur.
1975-ci ilin sentyabr ayında Azərbaycan Politexnik İnstitutunun  bir sıra fakültəsinin bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. Həmin tarixdən də fakültənin adı dəyişdirilib “Yol-İnşaat” fakültəsi adlandırılmış və 1977-ci ildən 1984-cü ilə qədər fakültənin dekanı İsrafilov N., 1985-ci ildən 1996-cı ilin oktyabr ayına kimi Əsgərbəyli R., 1997-ci ildən 2000-ci ilin yanvar ayına kimi Cəfərov F.M. (hal-hazırda Universitetimizdə tədris işləri üzrə prorektor işləyir), 2000-ci ildən 2013-cü ilin sentyabr ayına kimi Yaqub Piriyev işləmişlər.
2013-cü ilin sentyabr ayında hal-hazıradək fakültənin dekanı E.N. Yusifzadədir.

 
Fakültə. Fakültə dörd ixtisas üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük qismi  çoxsaylı dərsliklərin, elmi məqalələrin müəllifləridir. Yeddi dərslik, dərs vəsaiti və bir neçə metodik vəsait nəşr olunaraq tələbələrin istifadəsinə verilmişdir.
Fakültədə tədris. Fakültədə tədris azərbaycan və rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır. Hal-hazırda fakültədə aşağıdakı  ixtisaslar  üzrə kadr hazırlığı aparılır:
Bakalavr pilləsi:
  1.  “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”
  2.  “Nəliyyat tikintisi mühəndisliyi”
  3. “Yer quruluşu, torpaq və şəhər kadastrı”
  4. “Geodeziya və xəritəçilik mühəndisliyi”
Magistr pilləsi:
      1. “Yer quruluşu, torpaq və şəhər kadastrı”, İxtisaslaşma: “Şəhər kadastrı”;
       2. “Geodeziya və xəritəçilik mühəndisliyi”, İxtisaslaşma: “Tətbiqi geodeziya”;
       3. “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”, İxtisaslaşma: “Yol hərəkətinin təşkili və təhlükəsizliyi”;
       4. “Nəliyyat tikintisi mühəndisliyi”, İxtisaslaşma: “Avtomobil yolları və aerodromların tikintisi”;       
       5. “Nəliyyat tikintisi mühəndisliyi”, İxtisaslaşma: “Körpülər və nəqliyyat tunellərinin tikintisi”;
 
Fakültədə dörd kafedra fəaliyyət göstərir:
1.“Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrası   
2.“Materiallar müqaviməti” kafedrası
3. “Geomatika” kafedrası
4. “Fizika” kafedrası
 
“Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrası - Kafedranın əsası 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin nəzdində “Yolların tikintisi və istismarı” kafedrası adı ilə qoyulmuş, 1976-cı ildən həmin adla AzİMİ-nin tərkibində fəaliyyət göstərmiş və 1977-1996-cı illərdə “Avtomobil yolları, körpülər və tunellər” kafedrası adlandırılmışdır. 1996-cı ildən kafedra buraxılış ixtisaslarına uyğun olaraq “Nəqliyyat yolları, körpülər və tunellər” adlanmağa başlamışdır. Müxtəlif illərdə kafedraya professor R.M.Əliyev (1976-1985), dosent Y.M.Piriyev (1985-2000) rəhbərlik etmişlər. Hal-hazırda prof. F.M. Cəfərov rəhbərlik edir. Kafedra əməkdaşlarının hazırladıqları yeddi dərslik, dərs vəsaiti və bir neçə metodik vəsait nəşr olunaraq tələbələrin istifadəsinə verilmişdir.
Kafedranın elmi fəaliyyətinin əsas istiqaməti nəqliyyat yollarının və bu yollarda olan mühəndis layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı texniki məsələlərin həllinə yönəlmişdir.
Kafedra əməkdaşlarının büyük bir qismi TRASEKA proqramı çərçivəsində tarixi “İpək yolu”nun bərpası üzrə layihələrdə fəal iştirak edirlər. Bundan əlavə kafedra əməkdaşları 1999-cu ildə respublikamızda “Yol haqqında” qanunun hazırlanması üçün Milli Məclis tərəfindən yaradılmış işçi qrupunun tərkibində fəal iştirak etmişlər.
Kafedranın MDB və xarici ölkələrin ali məktəbləri ilə əlaqələri bu gün də davam etməkdədir.
Hazırda “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrasında 21 müəllim çalışır ki, bunlardan 1-i professor, 10-u dosent, 8-i baş müəllim, 2-si müəllimdir.
Hazırda kafedraya t.e.n., dosent F.M.Cəfərov rəhbərlik edir.
“Materiallar müqaviməti” kafedrası - “Materiallar müqaviməti” kafedrasının təşkili Azərbaycan Politexnik İnstitutunun yaranması dövrünə təsadüf edir.
Kafedranın müdiri Azərbaycan dilində yazılmış “Materiallar müqaviməti” dərsliyinin ilk müəllifi A.A.Süleymanov olmuşdur.
1975-ci ildə AzİMİ müstəqil ali məktəbə çevrilərkən bu kafedranı da öz tərkibində saxlamışdır. Elə həmin ildən 1997-ci ilə qədər kafedraya görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor İ.A.Bəxtiyarov rəhbərlik etmişdir. Kafedranın ixtisaslı kadrlarla təmin olunmasında, onun üçün yeni kadrların hazırlanmasında alimin böyük xidmətləri olmuşdur. Professor İ.A.Bəxtiyarovun rəhbərliyi ilə 3 elmlər doktoru və 28 elmlər namizədi hazırlanmışdır.
“Materiallar müqaviməti” kafedrası əməkdaşlarının “Elastiklik və plastiklik nəzəriyyəsinin əsasları”, “Texniki mexanika”, “İnşaat qurğu konstruksiyalarının hesablanma üsulu” fənlərinə dair hazırladıqları dərslik, dərs vəsaiti və göstərişlər tələbələrin istifadəsinə verilmişdir. Bu dərsliklər içərisində mərhum prof. İ.ABəxtiyarovun “Materiallar müqaviməti” dərslikləri xüsusi əhəmiyyət kəsb edir.
Kafedrada aparılan elmi-tədqiqat işləri də xüsusi diqqətə layiqdir. Belə ki, son dövrlər kafedra əməkdaşlarının 372-də artıq məqaləsi çap olunmuşdur.
Kafedrada hazırda 1 elmlər doktoru, 8 elmlər namizədi, dosent və 2 baş müəllim çalışır. Kafedraya t.e.d., professor İ.R.Sadıxov rəhbərlik edir.
“Geomatika” kafedrası - Kafedra 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaranıb. Bu kafedranın təşkilatçısı Leninqrad şəhərindən dəvət olunmuş istedadlı  alim L.İ.Lipman olmuşdur. 1976-cı ilə qədər kafedraya Azərbaycan dilində nəşr olunmuş ilk “Geodeziya”, “Mühəndis geodeziyası kursu” dərsliklərinin müəllifi, dos. M.N.Şəfiyev rəhbərlik etmişdir. 1975-ci ildə Zaqafqaziya regionunda ilk dəfə AzPİ-də yeni “tətbiqi geodeziya” ixtisasının açılması “Mühəndis geodeziyası” kafdrasının geniş profilli bir kafedraya çevrilməsində mühüm rol oynamışdır. Elə həmin vaxtdan AzİMİ-nin tərkibində fəaliyyətə başlayan kafedra yalnız Azərbaycan deyil, keçmiş SSRİ üçün yüzlərlə yüksək ixtisaslı kadrlar hazırlamışdır. 1976-1981-ci illərdə kafedraya dos. Ş.Q.Mustafayev  rəhbərlik etmiş və onun əməyi sayəsində kafedra üçün yüksək ixtisaslı kadrlar yetişdirilmişdir. 1981-1998-ci illərdə isə kafedraya t.e.n., dosent A.M.Mütəllimov rəhbərlik etmişdir.
Kafedranın əməkdaşları “Geodeziya və kartoqrafiya”, “Mühəndis geodeziyası”, “Geodeziya. Aeroçəkiliş” kimi ümumittifaq jurnallarında 120-dən artıq məqalə çap etdirmişlər.
Keçən dövr ərzində kafedra əməkdaşları tərəfindən dövlət büdcəsi hesabına iki mühüm əhəmiyyətli elmi iş hazırlanmış və tətbiq olunmaq üçün istehsalata göndərilmişdir.
Kafedra respublikada “Geodeziya və xəritəçəkmə” istiqaməti üzrə əsas baza  hesab olunur. Bu sahə üzrə təhsil alan tələbələr əldə etdikəri nəzəri biliklərin tədris ilinin sonunda keçirdikləri 3 həftəlik çöl-tədqiqat təcrübəsi ilə möhkəmləndirirlər.
Kafedrada 10 elmlər namizədi, dosent, 13 baş müəllim, 4 müəllim fəaliyyət göstərir.
Hazırda kafedraya f.r.e.n., dos. S.A.Qəniyeva rəhbərlik edir.
“Fizika” kafedrası - Kafedra 1975-ci ildə təşkil olunmuş və ilk müdiri professor A.O.Mehrabov olmuşdur. Az vaxt ərzində “Fizika” kafedrası böyük inkişaf yolu keçmişdir. Hazırda o, müasir avadanlıqlarla, tədris və elmi-tədqiqat laboratoriyaları ilə təchiz olunmuş, güclü kadr potensialına malikdir. Kafedranın ən böyük nəaliyyətlərindən biri onun əməkdaşlarının dünyanın qabaqcıl elm mərkəzləri ilə geniş əlaqələr yaratmasıdır. Bu əlaqlər Amerika, İngiltərə, Almaniya, Macarıstan, Polşa, Türkiyə, Rusiya, Ukrayna və bir sıra ölkələrin aparıcı elm mərkəzləri ilə bu gün də davam etməkdədir. Kafedra Rusiya Federasiyasının qapalı müəssisələri olan “astrofizika”, “Uçuşları idarəetmə mərkəzi”, Ukrayna EA “İstilik fizikası”, “Metal fizikası”, Türkiyənin TÜBİTAK elm mərkəzi, Sankt-Peterburq Fizika-Texniki İnstitutu, Ural “Metal fizikası” və bir sıra digər elmi müsəssisələrlə birgə araşdırmalar aparmışdır.
Bu əlaqələrin son nəticələri kafedra əməkdaşlarının namizədlik və doktorluq dissertasiyalarında öz əksini tapmışdır.
Təhsil Nazirliyinin tövsiyəsi ilə kafedranın nəzdində 3 sərbəst elmi-tədqiqat laboratoriyası yaradılmışdır.
Bunlar professor Q.H.Binnətlinin, prof. T.M.Pənahovun və prof. V.Y.Əliyevin rəhbərlik etdikləri “Nüvə qanma-rezonansı spektroskopiyası”, “Metal və ərintilərin fizikası”, “Yüksəktemperatur ifratkeçiricilik” laboratoriyalarıdır.
Hal-hazırda kafedraya f.r.e.d. prof. T.Pənahov rəhbərlik edir.
 
Dekanlıq:
Dekan: Dosent, Elçin Yusifzadə
Dekan müavini: Tariyel Həsənov
Dekan müavini: Bayram Mehdiyev
 
 
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi 11
Tel:  (+994 12) 539 05 79
E-mail: ntf@azmiu.edu.az