Azərbaycan Memarlıq və İnsaat Universitetinin yaradılmasının 25 illik yubileyi münasibətiilə 2000 – ci ilin fevralında universitetin rektoru, memarlıq doktoru,  Beynəlxalq Elmlər Akademiyasının akademiki, millət vəkili, professor Gülçöhrə xanım Məmmədovanın təşəbbüsü ilə Universitetin Tarixi Muzeyi və Sərgi salonu yaradılmışdır.Universitetimiz böyük və şərəfli yol keçmiş, respublika iqtisadiyyatının inkişafında yüksək ixtisaslı memar və inşaatçı kadrların hazırlanmasında önəmli rol oynamışdır.
 Muzeyin iki guşəsi ümummilli liderimiz Heydər Əliyevin respublikada təhsilin inkişafı, tikinti, quruculuq və abadlıq işləri ilə bağlı həyat fəaliyyətinə həsr edilmişdir. 
        Ümumiyyətlə, muzey 12 güşədən ibarətdir. Burada Universitetin tarixini, keçdiyi şanlı yolu əks etdirən sənədlər, universitetin nəşrləri barədə əyani vəsaitlər, tədris müəssisəsinin yarandığı gündən ona rəhbərlik etmiş rektorlar haqqında məlumat və onların portretləri, ayrı-ayrı illərdə AzMİU-da işləmiş alim, müəllim və görkəmli inşaatçı, memar, sənət adamları haqqında məlumatlar, onların elmi-tədqiqat işlərindən bəhs edən sənədlər, əlyazmalar, ixtira və səmərələşdirici təkliflər, elmi əsərlər toplusu, monoqrafiyalar, fotomateriallar, qəzet, jurnal məqalələri, müxtəlif suvenirlər, albomlar, video kasetlər, disklər, maketlər, muzeyə bağışlanan hədiyyələr və s. toplanib nümayiş etdirilir.
 
Muzeydə bundan başqa universitetin tarixi güşəsi, universitetin fəxri doktoru, Türkiyənin eks prezidenti Süleyman Dəmirələ həsr edilmiş bölmə, universitetimizi bitirmiş adlı-sanlı məzunlar, Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri  (S.Dadaşov, M.Hüseynov, K.Bağırov, H.Həsənov), qabaqcıl müəllimlər, Böyük Vətən müharibəsi veteranları, Əfqanıstan döyüşçüləri, 20 Yanvar hadisələrində şəhid olmuş tələbələrimiz ( Ə.Y.Qayıbov, F.Y.Babayev, M.Ə.Muradov, B.M.Əliyev),  Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhid, əlil və veteranları (universitet bu müharibədə 50-dən çox müəllim və tələbə itirib, həlak olub) onlardan 7-nəfərinə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib (Ç.F.Mustafayev, R.B.Qənbərov, K.Ə.Mirzəyev, B.T.Ağayev, M.İ.Rüstəmov, K.B.Nəsibov, E.S.Hüseynov) muzeydə onlara həsr edilmiş şəhidlər güşəsi təşkil edilmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olmuş tələbə və müəllimlərimizə məxsus olan əşyalar, materiallar burada nümayiş etdirilir.Toplanmış materiallar əsasında 19 Yanvar 2001-ci ildə universitetin I saylı tədris binasının foyesində Şəhidlər guşəsi, 2 aprel 2007-ci ildə isə Memarlıq fakültəsində III saylı tədris binasının foyesində memar, şair, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid tələbəmiz Fuad Qərib oğlu Əsədova həsr edilmlş qarelyef açılmışdır. 2012-ci il yanvarın 19-da 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş mərasimdə isə universitetin 1 saylı tədris binasının foyesindəki "Şəhidlərin xatirə guşəsi"nin binanın əsaslı təmirindən sonra yeni tərtibatda açılışı olmuşdur. Şəhidlik zirvəsinə ucalan tələbələrimizin əziz xatirəsi daim anılır.Onların ailə üzvüləri və cəbhə yoldaşları ilə görüşlər keçirilir, məzarları ziyarət olunur.
Muzeydə ayrı-ayrı fakültələrin inkişaf yolu, tələbə şəhərciyi, əcnəbi tələbələrin həyatı, onların istirahəti, tələbə inşaat dəstələri, tələbə gənclər təşkilatı, müəllim və tələbələrimizin beynəlxalq əlaqələri, konfranslar, simpoziumlar haqqında informasiyalar da nümayiş etdirilir.
Muzeydə “Tanınmış səyyah, tarixçi və etnoqraf Tur Heyerdal və AzMiU”, universitetin elmi şurası, kitabxanamız, “İnşaatçı kadrlar” qəzeti, ictimai təşkilatlar- Həmkarlar təşkilatı, Qadınlar Şurası, Veteranlar Şurası güşələri də nümayiş etdirilir.





        Onu da qeyd etmək lazımdır ki, muzey fəaliyyətə başladığı gündən onlarca maraqlı tədbirlər, görüşlər, sərgilər keçirmişdir.
Universitetdə bədən tərbiyyəsi və idman yüksək səviyyədə inkişaf etmişdir. Bunu  tələbələrimizin beynəlxalq yarışlarda qızıl, gümüş medalların, kubokların qazanması da sübüt edir. Muzeydə tələbələrimizin qazandığı mükafatlar, fəxri fərmanlar, diplomlar, kuboklar nümayiş etdirilir.
Muzeyin əsas və köməkçi fondunda 5.000 –dən çox muzey materialı mühafizə olunur. İndiyədək muzeyə 4.000-dən çox tamaşaçı baxmışdır. Onların böyük əksəriyyəti gənclər və yeniyetmələrdir.
 






Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, 2-ci mərtəbə
Muzeyin direktoru: Gülmirə Seyfulla qızı Məmmədova
Telefon: (+994 12) 539 10 81 daxili: 1-48