Yaranma tarixi və məqsəd. Fakültə 1997-ci ildə yaradılmışdır. Fakültənin ilk dekanı t.e.d., professor Şərifov Arif Rza oğlu (1997-2000- ci illər) olmuşdur. Fakültənin yaradılmasında A.R.Şərifovun xüsusi xidməti var. Sonrakı dövrlərdə (2000-2011) fakültəyə t.e.n. dosent Hacıyev Arif Müseyib oğlu başçılıq etmişdir. Fakültənin qarşısında duran əsas məqsəd müxtəlif istiqamətlər üzrə mülki və sənaye, hidrotexniki və meliorasiya, nəqliyyat tikintilərində texnoloji proseslərin mexanikləşdirilməsi, avtomatlaşdırılması və bu sahələrə xidmət edən maşın, mexanizm, avadanlıqların və avtomatik idarəetmə sistemlərinin düzgün seçilməsi, təhlükəsiz idarə olunması, səmərəli istismarı, informasiya texnologiyaları və telekommunikasiyanın istifadə mərkəzləri ilə məşğul olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
          Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.  Fakültədə təhsil Azərbaycan və rus dillərində aparılır.
 
Bakalavr pilləsi Magistratura pilləsi
050630 – Mexanika  mühəndisliyi
 
 
050625 - Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
 
 
 
 
 
050628 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
 
050632 - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
 -   Maşınların təmir möhkəmliyi və dinamikası
-   Tribotexnika
-   Maşınşünaslıq
 
 -   İnşaat yol maşınları və avadanlıqları
-   Qaldırıcı nəqliyyat maşın və avadanlıqlar
-   Texnoloji maşın və avadanlıqlar
 
 
 -   Texniki sistemlərdə idarəetmə və informatika
-   İinformasiya texnologiyaları
-   Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması
 
-   İnformasiya sistemləri
-   İdarəetmədə informasiya sistemləri



          












Praktika sahələri.
“Bakı şəhər tikinti-mexanikləşdirmə“ ASC, AMEA-nın Kibernetika İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, ARDNŞ-nin İnşaat-tikinti trestləri.
           Tədqiqat   istiqamətləri. Yarım keçirici elementlər üzərində yaddaş elementlərinin qurulması, İnşaat maşınlarında dinamiki yükün optimallaşdırılması və onların detallarının elektrokimyəvi korroziyadan mühafizə olunması, texnoloji proseslərin identifikasiyasının adekvatlığı və nəzarətin dəqiqliyinin yüksəldilməsində informasiya texnologiyalarının yaradılması.
2003- cü ildə aparılan elmi-tədqiqat işlərinə görə 1 patent; 2005-ci ildə 1 Beynəlxalq patent, 2006-cı ildə 2 Beynəlxalq patent; 2007-ci ildə 3 patent və 1 Beynəlxalq ixtira;2008 – ci ildə 11 patent, bunlardan 5-i Avrasiya patenti; 2009-cu ildə 1 Beynəlxalq və 5 Avrasiya patenti;  2010- cu ildə 1Beynəlxalq patent alınmışdır.


2006-2010-cu illər ərzində respublika daxilində və xaricdə çoxlu sayda dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar çap olunmuşdur:
1.    T.İ.Aslanov, "Metallar texnologiyasının əsasları və tikintidə qaynaq işləri", 2006.
4.    A.R.Şərifov, A.M.Bayramov, “Tikintinin kompleks mexanikləşdirilməsi və texniki təchizatı”, 2006.
5.     Musayeva N.F. “Təcrübi verilənlərin işlənməsinin informasiya texnologiyaları”, 2007.
6.    Eyvazov E., Musayev C. “Nəzəri mexanika”, 2009.
7.    T.İ.Aslanov, "Qarşılıqlı əvəz olunma, standartlaşdırma və texniki ölçmələr" 2009.
8.    T.İ.Aslanov, X.A.Əsgərov, Z.Ə.Niftiyeva, "Metalların möhkəmliyi və plastikliyi", 2010.
9.    T.İ.Aslanov və başq. "Metalların mexaniki xassələri və möhkəmləndirilməsi", 2007
10.    T. A. Talıbov, “Nəqliyyat maşınları”, 2009.
11.    F.C. Məmmədov, T. A. Talıbov, A. M. Bayramov, “İnşaat maşınları”, 2010.
12.    Ə. H. Kərimov, “Yükqaldıran maşınlar və liftlər”,2006.
13.    E. Ə. Məlikov, “İstilik və iqlim qurğularında ölçmə və tənzimləmə texnikası”, 2008.
14.    A. Ə. Tağıyev, R. C. Məmmədova, S. B. Məmmədov, L. N. Rəhimov, “Tərsimi həndəsə” ,2012.
15.    T. Əliyev, "Defektlərin yaranmasının rəqəmsal səs monitorinqi". 2012
16.     T. Əliyev, "Siqnalların emalında küylərin analizi üçün robast texnologiyalar.". 2012
 17.    T.Əliyev, "Zəlzələ fəlakətlərinin minimumlaşdıran noise texnologiyaları.". 2012


 
          Beynəlxalq əlaqələr: Fakültənin Miçiqan Universiteti, Yunanıstanın Parta Universiteti, Rusiyanın Moskva Texniki Universiteti, Moskva İnşaat Mühəndisləri Universiteti, Minsk Texnoloji Universiteti, Kiyev Politexnik Universiteti ilə əlaqələri vardır.
Dekan - Qasımov Akif Fazil oğlu
Fakültənin tərkibində 5 kafedra fəaliyyət göstərir:
  • İnformasiya texnologiyaları və sistemləri
  • İnşaat, yol və meliorasiya maşınları
  • Hesablama texnikası və proqram təminatı
  • Metalşünaslıq və maşın mexanikası
  • Tərsimi həndəsə və mühəndis qrafikası
 
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi,11, I tədris binası, otaq № 1313
Tel: (+994 12) 539 05 73  
       (+994 12) 539 05 73 
Rəsmi Facebook səhifəsi:  www.facebook.com
E-mail: maf@azmiu.edu.az