Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq hüququna bakalavrlar malikdirlər.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramalrı üzrə qruplaşdırılır. Qəbul imtahanları  iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi ( məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalvrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılır.
Azərbaycan bölməsinin bakalavrlarına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir.
Ərizə qəbulu
Bakalavrlar qəbul imtahanlarında iştirak etmək üçün TQDK – nın rəsmi internet saytında elektron ərizəsini doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına ( SQK – lara) tələb olunan ( TQDK-nın rəsmi internet- saytında göstərilir) sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunduqdan sonra ikinci mərhələyə buraxılan bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün  proqram və ixtisalaşma seçimi aparırlar.