Universitet ümumi sahəsi 49000 m2 olan 5 tədris korpusundan ibarətdir. Bir çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunmuş, tədris və elmi tədqiqat laboratoriyaları fəaliyyət göstərir.

Universitetin tələbə şəhərciyi vardır. Şəhərcikdə xarici tələbələr üçün ayrıca 9 mərtəbəli  yataqxana binası və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir.

Tələbələr burada dərslərə hazırlaşmaqla yanaşı, öz asudə vaxtlarını da səmərəli keçirə bilirlər. Bunun üçün şahmat klubu, idman meydançaları, tələbə kafeləri fəaliyyət göstərir.