Azərbaycan Memarlıq və İnşaat Universitetinin 
nəzdində fəaliyyət göstərən
Fizika-riyaziyyat təmayüllü lisey


Yaranma tarixi

AzMİU-nun nəzdində yaradılmış fizika-riyaziyyat təmayüllü lisey təbiət elmləri üzrə ixtisaslaşan VIII-XI siniflər üçün nəzərdə tutulmuş və Təhsil Nazirliyinin 07 yanvar 1997-ci il 12 saylı əmrinə əsasən fəaliyyətə başlamışdır. 2001/2002-ci tədris ilindən fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Təhsil Nazirliyinin 19 yanvar 2005-ci il 46-03-214/17 saylı məktubuna və AzMİU-nun rektoru, professor G.H.Məmmədovanın iyun ayının 2005-ci il tarixli 212/t-d əmrinə əsasən fəaliyyətini bərpa etmişdir.

Məqsəd

Liseydə təhsil alan şagirdlərin potensial imkanlarını üzə çıxarmaq, onların gələcəkdə yiyələnəcəkləri ixtisasların sirlərinə bələd olmağa istiqamətləndirmək, Azərbaycan Respublikasının prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 aylı əmrinə uyğun olaraq onların yaradıcılıq potensialını artırmaq, texniki ali məktəblərinə o cümlədən Universitetimizə daha istehdadlı şagirdlərin qəbul olunmasında müstəsna rol oynamaqdır.

Tədrisin keyfiyyəti

Dərin bilik, bacarıq, yüksək əxlaqi dəyərlər zirvəsinə gedən yol təlimlən keçdiyindən liseydə universitetimizin ən təcrübəli müəllimləri fəaliyyət göstərirlər. Onlardan 11 nəfəri elmi adlara malikdirlər, ( 2 elmi doktoru, 9 fəlsəfə üzrə doktor). Dərslərin aparılmasında müasir tələblərə cavab verən əyani vasitələrdən geniş istifadə olunur. Liseydə şagirdlərin ixtiyarında olan ayrıca kompyüter otağı yaradılmışdır. Şagirdlərimiz Respublika səviyyəli olimpiyadalarda, Universitetimizdə təşkil olunan yaradılcılıq sərgilərində fəal iştirak edirlər. Liseydə şagirdlərin yüksək təlimlə yanaşı onların vətənpərvərlik və estetik tərbiyələnmələrinə ciddi fikir verilir. Məzunlarımız Universitetimizə və digər universitetlərə yüksək ballarla qəbul olunurlar.

Liseyə qəbul

Liseyə qəbul müsabiqə yolu ilə keçirilir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların azərbaycan bölməsinin  VII, VIII, IX və X sinifərini, rus bölməsinin VIII siniflərini  bitirmiş şagirdlər iştirak edə bilərlər. Müsabiqə sorğu üsulu ilə riyaziyyat, fizika və ingilis dili fənləri üzrə aparılır.

Şagirdlər müsabiqədə iştirak etmək üçün mayın 16-dən sentyabrın 12-dək Liseyə müraciət edə bilərlər.

 

Liseydə təhsil ödənişlidir. Təhsil haqqı illik 950 Azərbaycan manatıdır.

 

Ünvan: Az 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi ,11,
Tel: (012) 539-54-48
Daxili Tel: 6-10

Liseyin direktoru : Pənahlı Pənah

Əlaqələndirici şəxs

Tel:          (050) 394-10-52

E-Mail:     lisey@azmiu.edu.az