Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu      

     “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyətinin rəhbərliyi fəliyyətə başladığı gündən bu günə qədər gördüyü işlər barədə hesabat vermişdir. Belə ki, dövlət əhəmiyyətli işlər olaraq “Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu” tərəfindən keçirilmiş tenderlərdə qalib gəlmiş və bir çox rayonlarda məcburi köçkünlər üçün tikiləcək qəsəbələrin və yaşayış komplekslərinin layihələndirilməsi öhdəçiliyini öz üzərinə götürmüşdür. Eyni zamanda “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitetkura Komitəsinin” Tikinti Normativ sənədlərinin yenidən müasir dövrün tələblərinə və dünya standartlarına uyğun olaraq işlənib hazırlanması tenderini də öz üzrərinə götürmüşdür. “Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu” ilə bağlanmış müqavilələr siyahısında “Balakən şəhəri ərazisində 43 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi” və “Qəbələ rayonu, Zarağan bələdiyyəsinin ərazisində öncə salınmış yen yaşayış məhəlləsində 155 məcburi köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli yaşayış binasının layihələndirlməsi” işləri müvəffəqiyyətlə yerinə yetirilmiş, müəlliflik nəzarəti aparılaraq tikintisi başa çatmış və məcburi köçkünlərə təhvil verilmişdir. Eləcə də “Hacıqabul rayonu ərazisində 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin layihələndirilməsi” və “Sabirabad rayonu ərazisində 440 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsinin layihələndirilməsi” işləri başa çatdırılmışdır. Qeyd etmək istəyirik ki, Hacıqabul rayonu ərazisində 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsində İnstitutumuz tərəfindən müəlliflik nəzarəti aparılaraq tikintisi davam etdirilir və yaxın zamanda işlər başa çatdırılacaqdır.

Azərbaycan Respublikası prezidenti cənab İ.Əliyevin regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı və Bakının inkişaf planı ilə əlaqədar olaraq verdiyi fərmanların icrasının keyfiyyətli və qısa müddətdə yerinə yetirilməsini nəzərə alaraq “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitetkura Komitəsi” Tikinti Normativ sənədlərinin müasir tələblərə və dünya standartlarına uyğun olaraq işlənib hazırlanması üçün tender keçirmişdir. Tender şərtlərinə uyğun olaraq əsas normativlər-
a) inzibati və məişət binaları
b) körpülər və borular
c) hidrotexniki qurğuların əsasları
d) istilik şəbəkələri
e) ictimai binalar və qurğular
q) qazanxana qurğuları
ə) isitmə,ventilyasiya və kondisionerləşdirmə
v) zəhərli sənaye tullantılarının zərərləşdirilməsi və basdırılması üşün poliqonlar, layihələndirmə üzrə əsas müddəalar
n) döşəmələr
m) müalicə-profilaktika müəssisələrinin bina və otaqları
müasir tələblərə uyğun işlənib hazırlanmalı idi.

Bu Tikinti Normativ sənədlərinin işlənib hazırlanmasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili, professor Gülçöhrə xanım Məmmədova baş məsləhətçi vəzifəsində öz köməkliyini və məsləhətlərini əsirgəməmiş və bunun nəticəsi olaraq bu çətin və şərəfli işin öhtəsindən universitetin bacarıqlı mütəxəssisləri gəlmişlər. Bütün bu görülmüş işlər Layihə İnstitutu üçün nə qədər fərəhli olsada yeni görüləcək işlərə ilham verir. Beləki İnstitutumuzun qarşısında Zaqatala rayonunda və başqa regionlarda tikiləcək yeni qəsəbələrin layihələri davamiyyətli olaraq hazırlanır.


   İnstitutun direktoru:

  Sabir Hidayət oğlu Orucov
  Əməkdar memar, professor






















Əlaqə:
  Tel:  +994 (50) 216 30 88
         +994 (40) 211 44 15