İnşaat Kollecində hal-hazırda təhsil Azərbaycan dilində keçirilir. Tədris ili sentyabr ayın 15-dən iyul ayının 15-dək davam edir. Payız və yaz semestrləri arasında tələbələrinin tətil müddəti 14 günü əhatə edir.
Kollecdə təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 4 il, tam orta təhsil bazasından qəbul olanlar üçün isə 3 ildir. Qiyabi bölmədə oxuyanların təhsil müddəti 3 il 10 ay və ya 4 ildir.
İnşaat Kollecində Azərbaycan Memarlıq və İnşaat Universitetində olduğu kimi xüsusi qabiliyyət tələb edən fənlərdən hazırlıq kursları fəaliyyət göstərir.
 Kollecə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır.
 
İxtisaslar və şifrələri.
040561- “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri”
040548 -  “İnformasiya texnologiyası sistemləri” -
040555 - “Tikinti məmulatları və konstruksiyaları istehsalı”
040720 - “Nəqliyyat vasitələrinin təmiri və servisi"
040319 -  “Dizayn”
040552 - “Bina və qurğuların tikintisi və istismarı”
040557 -   “Qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı”
040516 -  “Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları”
040554 -  “Geodeziya və xərtiçilik”
                İnşaat Kollecində olan ixtisasların tədris planları və fənn proqramları əsasən ali təhsil pilləsinin tədris plan və fənn proqramları ilə uyğunlaşdırıldığı üçün eyni ixtisas üzrə təhsilini ali məktəbdə davam etdirmək istəyənlərin bakalavr təhsil pilləsində daha yüksək nailiyyətlər əldə etmək imkanları yaranır.
                Kolleci bitirən tələbələr ali məktəblərə qəbul olunaraq təhsilini davam etdirə bilərlər.