Kollecdə təhsil alan tələbələr gündəlik qayğı ilə əhatə olunmuşdur. Onlara Universitetin ən qabaqcıl müəllimləri dərs deyirlər. Kollecdə çalışan müəllimlər arasında elmlər namizədlərinin, dossentlərin, baş müəllimlərin sayı digər orta ixtisas təhsil müəssisələrinə nisbətən daha çoxdur (bu gün kollecdə 13 nəfər elmlər namizədi dərs deyir). Bu da təhsilin müasir standarlara uyğun təşkil olunmasına yüksək səviyyəli mütəxəssislər hazırlamağa imkan yaradır. Fənn müəllimləri öz gündəlik dərslərində elm və texnikanın son nailiyyətləri haqqında məlumat verir, dərslərin daha canlı şəkildə aparılmasına çalışırlar. Bütün bunlar tələbələrdə öz seçdikləri ixtisasa olan sevginin artmasına, müasir tələblərə cavab verən mütəxəssis kimi yetişməyə imkan yaradır. İmtahanlara hazırlıq prosesində tələbələr və onların validenyləri ilə sıx təmasda tədbirlər planı hazırlanır və müvəffəqiyyətlə həyata keçirilir. Məsləhət saatları, yoxlama işləri təstiq olunan qrafik əsasında keçirilir, tələbələrin ümumi bilik səviyyəsi müəyyən olunur.
İmtahanlar Kollecdə yazılı şəkildə ciddi nəzarət altında xüsusi təyin edilmiş komissiyalar tərəfindən keçirilir. Imtahanların bir hissəsi Azərbaycan Memarlıq və İnşaat Universitetidə yaradılan və hər növ müdaxiləni istisna edən “Imtahan – kompyuter” mərkəzində keçirilir. Imtahanların obyektivliyi üçün hər çür şərait yaradılmışdır.
İnşaat Kollecinin tələbələri Azərbaycan Memarlıq və İnşaat Universitetin bütün maddi- texniki bazasından istifadə edirlər. 
Tələbələrlə təlim- tərbiyə işi də yüksək səviyyədə təşkil olunur. Tələbələrin həvəsləndirilməsi metodu şəffaf şəkildə həyata keçirlir.  
Buna görə də ildən ilə İnşaat Kollecində təhsil almaq istəyənlərin sayı artır.