Kollecə qəbul ümumi orta və tam orta təhsil bazalarından, həm ödənişli, həm də dövlət hesabına yüksək rəqabət şəraitində TQDK tərəfindən test üsulu ilə aparılır. Beləki, ümumi orta (9 illik) bazasından sənəd verən abituriyentlər TQDK tərəfindən müəyyən olunmuş qaydalara əsasən imtahan verir və topladıqları ballar əsasında qəbul olunurlar. Tam orta (11 illik) təhsil bazasından isə abituriyentlər sənədlərini V-ci ixtisas qrupu üzrə tam orta təhsil bazasından sənəd  verir və  yığdıqları ballarla orta ixtisas təhsil müəssisələrinin müsabiqələrində iştirak edirlər.
Kollecə qəbul olmuş abituriyentlərdən aşağıdakı sənədlər tələb olunur
  • İş nömrəsi və şifrə
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti
  • Attestatın (Şəhadətnamənin) əsli və surəti
  • Yaşayış yerindən arayış
  • 4 ədəd rəngli (ağ fonda) 3x4 fotoşəkil
  • Təhsil haqqı (ödənişli əsaslarla qəbul olan tələbələr üçün)
  • E-mail.(abituriyentin şəxsi e-mail )
Qeyd: Qaçqın və məcburi köçkün ailələrinin övladları müvafiq sənədləri təqdim etməklə ödənişdən azad hesab olunur.
Xüsusi qabiliyyət tələb edən ixtisasların qabiliyyət imtahanlarını da TQDK mərkəzləşdirilmiş qaydada keçirir. Belə ki, ümumi orta təhsil bazasından sənəd verənlərin  qabiliyyət imtahanları test imtahanlarından əvvəl, tam orta təhsil bazasından sənəd verənlərin qabiliyyət imtahanları isə TQDK tərəfindən test imtahanlarından sonra keçirilir. İmtahanların keçirilmə qaydası, vaxtı və minimal keçid balları TQDK-a tərəfindən müəyyən edilir.
Hal – hazırda İnşaat Kollecində 1000 nəfərə yaxın tələbə təhsil alır.