Yaranma tarixi və məqsəd. 1976-cı ildən fəaliyyət göstərən bu fakültənin əsas təhsil istiqaməti idarə və təşkilatların rəhbər işçilərinin peşə və ixtisas biliklərini artırmaqdan ibarətdir. Fakültəyə ardıcıl olaraq dosentlər S.Ə. Abdilov (1975 - 1996), R.S. Mahmudov (1996 - 1999), N.İ.Əliyev (2001-2004), S.B.Məmmədov (2004-2008) rəhbərlik etmişlər. C.N.İmaməliyeva 2008-ci il iyul ayının 10-da  İxtisasartırma  fakültəsinin dekanı seçilmişdir.
Tədris iki formada: istehsalatdan ayrılmaqla və ayrılmamaqla aparılır. Təlimata görə istehsalatdan ayrılmaqla keçirilən kurs 3 ay müddətində, istehsalatdan ayrılmamaqla keçirilən kurs isə 6 ay müddətində davam edir. Bəzən istehsalatdan ayrılmaqla olan kurslar nazirlik və baş idarələr tərəfindən 3 həftəyədək ixtisar edilir.
Universitetimizə göndərilən digər təhsil müəssisələrinin müəllimləri üçün stajkeçmə kursları təşkil edilir. Onlar universitetin uyğun kafedralarında təcrübə mübadiləsi keçir, kitabxana, kompüter və digər müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda elmi- tədqiqat işi aparırlar.
2009-cu il noyabrın 6-da İxtisasartırma fakültəsinin nəzdində “Maarif Tədris Mərkəzi” yaradılmışdır. Həmin mərkəzdə«Xarici dil»(İngilis, rus, alman), Windows, Word, Exsel, Power Point, İnternet, Photoshop, Corel Draw proqramları üzrə informasiya texnologiyası (kompüter), Autocad, Archicad, 3D-MAX  proqramları üzrə (kompüter), Lira SAPR, Monamax SAPR proqramları üzrə (kompüter), Magistraturaya hazırlaşan tələbələr üçün (Məntiq, İnformatika, Xarici dil ) kursları keçirilir.
 

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi,11.
Tel:  (+994 12) 537 11 34
mob: (+994 50) 206 00 74
E-mail:  iaf@azmiu.edu.az