Yaranma tarixi və məqsəd. Fakültə 1976-cı ilin iyun ayında yaradılmışdır. Fakültədə tikinti materialları, məmulatları və konstruksiyaların – sement, beton doldurucuları, beton və dəmir-beton məmulatları, divar, bəzək və izolyasiya materialları istehsal edən müəssisələrdə, ağac emalı və mebel istehsalı ilə məşğul olan müəssisələrdə çalışan mühəndislər, həmçinin inşaat komplekslərində və texnoloji proseslərin icrasında mühafizənin təşkili, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, həyat fəaliyyətinin təhlükəsizliyi ilə məşğul olan mühəndislər hazırlanır. Fakültədə
təhsil. 
Fakültəyə daxil olmaq istəyən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Fakültədə
təhsil Azərbaycan və rus dilində aparılır

.
Bakalavr səviyyəsi Magistratura səviyyəsi
Materialşünaslıq mühəndisliyi
 
 
 
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
 
 
 
 
 



Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
              - Materialşünaslıq və materialların texnologiyası (inşaatda)
              -  Metallar fizikası
 
           -   Tikinti materialları və konstruksiyalarının texnologiyası
-   Tikinti materialları sənayesində  xammal ehtiyatlarının
mühafizəsi və ekologiyası
       -   Sement texnologiyası
      -   Bəzək və izolyasiya materialları
 
 
    -Həyat fəaliyyətinin təhlükəsizliyi (sahələr üzrə)
 -  Ətraf mühitin mühəndis mühafizəsi (sahələr üzrə)
   -   Ətraf mühitin və insanların radiasiya təhlükəsizliyi
   -   Fövqəladə hallarda texnoloji proseslərin təhlükəsizliyi
   -   Fövqəladə halların idarə olunması



        


















 

Tədris olunan fənlər. “İnşaat materialları və məmulatları”, “Quru inşaat qarışıqları texnologiyası”, “Kompozisiya materialları texnologiyası”, “Yapışdırıcı materiallar texnologiyası”, “Məsaməli materiallar texnologiyası”, “Nano texnologiya”, “Beton doldurucuların texnologiyası”, “Betonşünaslıq”, “Beton və dəmir-beton məmulatları və konstruksiyalarının texnologiyası”, “Divar, bəzək və izolyasiya materiallarının texnologiyası”, “Fövqəladə halların idarə olunmasının təşkili”, “Fövqəladə halların monitorinqi və proqnozu”, “Texnoloji proseslərin təhlükəsizliyi”, “Həyat fəaliyyətinin təhlükəsizliyi”, “Yanğın təhlükəsizliyi” və s.

Praktika sahələri. İnşaat-texnologiya fakültəsində təhsil alan tələbələr tədris müddətində Respublikanın müxtəlif  inşaat materialları və məmulatları istehsalı müəssisələrində - sement , betonqarışdırıcı, dəmir-beton məmulatları, keramika məmulatları, quru inşaat qarışıqları müəssisələrində, həmçinin Fövqəladə hallar, Ekologiya və təbii sərvətlər, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin obyektlərində təcrübə keçirlər.
 
 Tədqiqat sahələri. Fakültədə “Yerli xammal və texnogen tullantılar əsasında müxtəlif təyinatlı inşaat materiallarının və məmulatlarının istismar xassələrinin yaxşılaşdırılması, texnologiyasının təkmilləşdirilməsi və yeni texnologiyanın işlənməsi”  istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilir.
İnşaat - texnologiya fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur:
  1. Sərdarov B.S., Haqverdiyeva T.A., Xəlilov Y.X. “Divar, bəzək və izolyasiya materiallarının texnologiyası”, dərslik, Bakı, 2007, s.356.
  2. Sərdarov B.S., Abbasova S.İ., Quvalov A.A., Qurbanova R.A. “Keramika materiallarının texnologiyası”, dərs vəsaiti, Bakı 2007, s.146.
  3. Sərdarov B.S., Haqverdiyeva T.A. “Beton doldurucularının texnologiyası”, dərslik, Bakı, 2008, s. 204.
  4. Ocaqov H.O., Danyalov D.Ş. “Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları”, dərs vəsaiti, Bakı 2008, s.140.
  5. Sərdarov B.S., Haqverdiyeva T.A., Əkbərova S.M.. “Yeni inşaat materiallarının alınma texnologiyası”, dərslik, Bakı, 2009, s.176.
  6.  Ocaqov H.O. “Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi”, dərslik, Bakı 2010, s.398.
  7. Ağabəyli N.M. “İnşaat materialları və məmulatları”, dərslik, Bakı, 2011, s.544.
  8. Sərdarov B. S., Qurbanova R. A., Əkbərova S. m. “Xüsusi dəmir-beton müəssisələrinin layihələndirilməsi”, dərslik, Bakı 2011.
  9. Sərdarov B. S., Quvalov A. A., Abbasova S. İ. “Polimer inşaat materialları və məmulatları”,  dərs vəsaiti, Bakı 2011.
  10. Ocaqov H.O. “Fövqəladə halların idarə olunması”, dərslik, Bakı 2011, s.232.
  11. Ocaqov H.O. “The Management of emergency situations”, dərslik, Bakı 2011, s.210.
  12. Sərdarov B.S., Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva “Beton və dəmir-beton müəssisələrinin layihələndirilməsi”, dərslik, Bakı, 2012, s.388.
  13.  Əliyev Ə.B. “Kimya”, dərslik, Bakı 2012, s.596.
  14.  Əliyev Ə.B. “Kimya praktikumu”, dərs vəsaiti, Bakı.2013, s.312
 
Beynəlxalq əlaqələr. İnşaat-texnologiya fakültəsi nəzdində fəaliyyət göstərən kafedraların D.İ.Mendeleyev adına “Rusiya Kimya-Texnologiya Universiteti”, Rusiya “Altay Dövlət Politexniki Universiteti”, “Kiyev Dövlət İnşaat və Memarlıq Universiteti”, “Xarkov Dövlət Memarlıq və İnşaat Universiteti”, “Odessa İnşaat və Memarlıq Universiteti”, “İstanbul Texniki Universiteti”, “Gazi Universiteti”, “Sakarya Universiteti”, “Ümumrusiya Mülki Mühafizə İnstitutu”, “Rusiya Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dövlət Akademiyası”, “Moskva Dövlət İdarəetmə Akademiyası”, “Moskva Dövlət Aviasiya İnstitutu”, “Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu”, “Gürcüstan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutu”, “Avropa irimiqyaslı qəzalar üzrə mərkəz”, “BMT-nin Mərkəzi Asiya və Qafqazda fəlakətlərin təhlükələrinin azaldılmasının Beynəlxalq strategiyası katibliyi”, "Oksfam" Humanitar Təşkilatı İngiltərə, NATO-nun xəttilə “Sülh naminə Beynəlxalq Əməkdaşlıq Təşkilatı” və s. ilə sıx əlaqələri vardır.
 
 
Fakültədə  4 professor, 24 dosent, 20 baş müəllim və asistent olmaqla 48 üzv vardır.
Dekan - Haqverdiyeva Tahirə Axi qızı      
 
Fakültənin tərkibində 5 kafedra fəaliyyət göstərir:
  • Kimya kafedrası
  • İnşaat materialları kafedrası
  • Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası
  • Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrası
 
 
 
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11, II tədris binası, otaq № 1113
Tel : (+994 12) 538 30 91
Rəsmi Facebook səhifəsi : www.facebook.com
E-mail: itf@azmiu.edu.az