Azərbaycan  Memarlıq və İnşaat Universitetinin “İnşaatçı kadrlar” qəzeti 1983-cü ilin iyun ayından nəşr olunur. Qəzet ötən bu illər ərzində universitetdə aparılan təlim-tərbiyə işində rektorluğa, ictimai təşkilatlara,  professor-müəllim heyətinə və fakültə dekanlıqlarına həmişə yaxından köməklik göstərmişdir.
 “İnşaatçı kadrlar” qəzeti oxucuların ağıllı məsləhətlərinə, arzu və təkliflərinə əməl edərək hər daim özünün ideya səviyyəsini yüksəltmək, yazılarının məzmununu yaxşılaşdırmaq, günümüzün hadisələri ilə bağlı maraqlı, aktual və  operativ yazılar vermək yolu ilə gedir.
"İnşaatçı kadrlar” qəzetinin səhifələrində dərc olunan materialların əsas qayəsini universitetdə təhsil alan tələbə gənclərin təlim-tərbiyə məsələləri, milli təhsilimizin uğurları, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, milli həmrəylik və azərbaycançılıq duyğu və ideyaları təşkil edir.
Universitetdə elm, mədəniyyət, incəsənət xadimləri, şair və yazıçılarla tez-tez maraqlı görüşlər keçirilir, gənc memarların yaradıcılıq sərgiləri təşkil olunur. Bütün bunlar tələbə gənclərin dünyagörüşünün formalaşmasında, onlarda vətənpərvərlik hisslərinin aşılanmasında olduqca böyük rol oynayır. Qəzet öz səhifələrində bu səpkili yazılara da demək olar ki, həmişə geniş yer ayırır.
Bir sözlə, “İnşaatçı kadrlar” universitetdə çalışan müəllimlərin, tanınmış alimlərin sözünü deyən, tələbə gənclərin yaradıcı axtarışlarını üzə çıxaran, yeni düşüncə və yanaşmaları qiymətləndirən qəzetdir.
AzMİU-nun "İnşaatçı kadrlar" qəzetinə onun nəşrə başladığı ilk gündən bu günədək Akif Nemət oğlu Hacıyev redaktorluq edir.

   


 
Redaktor: Akif Nemət oğlu HACIYEV
   Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
   filologiya üzrə fəlsəfə doktoru, dosent.
 
  








   Ünvan: 
Az 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi ,11,
   I tədris korpusu, IV mərtəbə, 416-cı otaq

   Telefon: (+994 12) 539 10 45 (1-43)
   E-mail: redaksiya@azmiu.edu.az
 
                     I say                                           II say                                                     III say                                         IV - V say
VI say VII say VIII IX

2017-ci il

I say II say III say IV say V say
VI say VII say VIII say