Yaranma tarixi.
İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində, 1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. Fakültənin bakalavr, magistratura və doktorantura bölməsində inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər inşaat mühəndisliyi, sənaye və mülki tikinti, şəhər bələdiyyə tikintisi və təsərrüfatı, daşınmaz əmlakın idarə olunması və ekspertizası sahəsində fəaliyyət göstərirlər. 
 
           Fakültə. İnşaat fakültəsi “İnşaat mühəndisliyi” ixtisası üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük qismi  bina və qurğuların layihələndirilməsi, inşaat konstruksiyalarının hesablanması və layihələndirilməsi, tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması, şəhər bələdiyyə tikintisi və təsərrüfatı, daşınmaz əmlakın idarə olunması və ekspertizası sahəsində respublikanın tanınmış  mütəxəssis və alimləridirlər. Hal – hazırda fakültədə 10 texniki elmlər doktoru, professor, 43 elmlər namizədi, dosent, 13 baş müəllim, 4 müəllim və 5 assistent olmaqla 75 professor-müəllim heyəti öz dərin nəzəri və praktiki biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi medalı" ilə təltif olunmuşdur, 2 nəfəri isə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
 
          Beynəlxalq əlaqələr. Inşaat fakültəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə fakültə xarici ölkələrin texniki universitetləri ilə qarşılıqlı əlaqələrini genişləndirir. Beləki, son beş il ərzində 5 beynəlxalq elmi-praktik konfrans keçirilmiş və fakültə Moska Dövlət İnşaat Universitetində Avrokodun tətbiqi ilə bağlı 1 onlayn konfransın iştirakçısı olmuşdur. “İnşaat elminin müasir problemləri” mövzusunda Elmi-Beynəlxalq konfrans 29-30 noyabr 2012-ci il tarixində keçirilmişdir. “Müasir İnşaatda Dəmir-Beton Konstruksiyalarını yeri” mövzusunda Beynəlxalq konfrans 14.07.2013-cü il tarixində keçirilmişdir.
RF-da “İnşaat Mövsümü -2010” İnşaat sərgisində və Beynəlxalq konfransda iştrak etmiş diplomlar qazanmışdır. 2011-ci ildə Cənubi Koreya Respublikasında Beynəlxalq konfranslarda iştrak etmiş, universitetlər və istehsalat müəssisələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanmışdır. İstanbul Texniki Universiteti, Novosibirsk Dövlət Memarlıq və İnşaat Universiteti, Qazaxıstan Milli Texniki Universiteti, Saratov Dövlət Memarlıq və İnşaat Universiteti, Penza Dövlət Memarlıq və İnşaat Universiteti və s. universitetlərlə müqaviləllər imzalanmış və inşaat mühəndisliyi istiqamətində elmi və elmi-metodiki tədqiqatlar aparılır. Həmçinin fakültə Beynəlxalq İnşaat Ali Məktəbləri Assosiasiyası ilə sıx əməkdaşlıq edir.
Fakültə ERASMUS və  «MÖVLANƏ» beynəlxalq tələbə-magistr mübadiləsində iştirak edir və inşaatçı mühəndis təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə fakültə xarici texniki profilli məktəblər ilə professional əlaqələri genişləndirir.
 
           Fakültədə tədris.  Fakültədə tədris Azərbaycan, rus və ingilis  dillərində aparılır. İstanbul Texniki Universiteti ilə ikili diplom haqqında müqavilə imzalanmışdır (tələbə 2 il AzMİU-da sonrakı 2 il isə İTU-da təhsil alır).
 
Bakalavr pilləsi üzrə
S/S Ixtisasın adı Ixtisasın kodu
1 Inşaat mühəndisliyi 050634
Magistr pilləsi üzrə
S/S Ixtisasın adı Ixtisasın kodu
1 Inşaat mühəndisliyi 060634
Ixtisaslaşmaların  adı
Sənaye və mülki tikinti
Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
Daşınmaz əmlakın idarə olunması və ekspertizası
Bina və qurğuların tikintisinin təşkili və texnologiya
Qurğular nəzəriyyəsi
Metal konstruksiyaları
Dəmir-beton konstruksiyaları
Bina və qurğuların dinamikası və zəlzələyə davamlığı
Əsaslar və özüllərin tikintisi

Fakültənin tərkibində 5 kafedra fəaliyyət göstərir:
  1. İnşaat konstruksiyaları – kafedra müdiri t.e.d., prof. Hacıyev M.Ə.
  2. Bünövrələr, özüllər və yeraltı qurğular - kafedra müdiri t.e.d., prof. Eyyubov Y.A.
  3. Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrası– kafedra müdiri t.e.n., dos. Fərzəliyev S.A.
  4. İctimai fənlər kafedrası – kafedra müdiri f.e.d., prof. Mikayılov N.M.
  5. Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası – kafedra müdiri t.e.n., dos. Əliyev İ.Q.
          Praktika sahələri. Fakültənin istehsalat və elmi-tədqiqat müəssisələri ilə də əlaqələri genişdir.  Bağlanmış müqavilələr əsasında tələbələrimiz tədris istehsalat və tədris texnoloji təcrübələrini Bakının tanınmış inşaat şirkətlərində (“Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu”, “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “SOCAR”, “Paşa İnşaat”, “Gilan İnşaat”, “Akkord”, “BP”, “İCOM” və s.) keçirlər. “SOCAR”, “BP”, “AzərSu” və digər şirkətlərin təhsilə dəstək təqaüd proqramlarında tələbələrimiz iştrak edirlər və bu proqramların qalibləridirlər.
          Tədqiqat istiqamətləri. Nazikdivarlı dəmir-beton fəza konstruksiyalarının qeyri-xətti nəzəriyyələrlə statika, dinamika və dayanıqlıq məsələlərinin tədqiqi, Dövlət büdcəsi ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı, 2006-2010-cu illər, 2010-2015-ci illər, Çoxmərtəbəli, monolit binaların inşasının yeni texnologiyasının metodikasının hazırlanması, Böyük aşırımlı müstəvi sistemlərin və birtərəfli rabitələri olan qurğuların metal konstruksiyalarının gərginlik və deformasiya hallarının tədqiqi, Qurğuların dinamikasının və zəlzələyə davamlığının nəzəri-eksperimental tədqiqi, Mühəndis sistemlərinin rekonstruksiyası və texniki istismarı, şəhər ərazilərinin mühəndis hazırlığı.
İnşaat fakültəsində tədris olunan fənnlər üzrə aşağıdakı dərslik və dərs vəsaiti çap olunmuşdur (son 5 ildə çap olunanlar):
  1. Məmmədov H. S. Şəhər infrastrukturunda alternativ enerji mənbələri. Bakı, 2010.
  2. Hüseyn Artıqoğlu, Xalid Məmmədoğlu . Dəmir-beton . Elementlərin hesablanması.
  3. Seyfullayev X.Q. Cəbrayılova G.X. Nazikdivarlı dəmir-beton fəza konstruksiyaları. "Elm", Bakı, 2009.
  4. Seyfullayev X.Q. Mühəndis dəmir-beton konstruksiyaları. "Elm", Bakı, 2010.
  5. Bələgözov Ə.M. Monolit və yığma-monolit dəmir-betondan bina və qurğuların tikintisinin texnologiyası. 2011
  6. Гаджиев М,А, Драаз В,М, Балки и рамы на упругам основании, Баку,2012, "Tİ-MEDİA".
  7. Hacıyev M.Ə.Bina və qurğuların dayanıqlılığı. Mühazirələr toplusu. Bakı,2014
  8. M.Ə.Hacıyev. İnşaat mexanikasından hesablama-qrafik işlərin nümunələri.(Texniki ali məktəb tələbələri üçün dərs vəsaiti).        Bakı, 2012, “Tİ-MEDİA”, 160 s.
  9. M.Ə.Hacıyev. Tətbiqi mexanika-1 fənni üzrə sərbəst işlər və onların həlli nümunələri. (Texniki ali məktəb tələbələri üçün dərs vəsaiti).Bakı, 2012, “Tİ-MEDİA”, 74 s.
  10. M.Ə.Hacıyev. Tətbiqi mexanika-2 fənni üzrə sərbəst işlər və onların həlli nümunələri. (Texniki ali məktəb tələbələri üçün dərs vəsaiti).Bakı, 2012, “Tİ-MEDİA”, 84 s.
  11. M.Ə.Hacıyev. İnşaat mexanikasından məsələlər toplusu.Сборник задач по строительной механике. (Texniki ali məktəb tələbələri üçün dərs vəsaiti).Bakı, 2012, “Tİ-MEDİA”, 206 s.
  12. M.Ə.Hacıyev. Qapalı konturlu statik həll olunan sistemlərdə epürlərin qurulmasına dair metodik göstərişlər. (Texniki ali məktəb tələbələri üçün metodik vəsaiti).Bakı, 2012, “Tİ-MEDİA”, 52 s.
  13. M.Ə.Hacıyev, F.Q.Həsənov. İnşaat konstruksiyaları mexanikasının praktik kursu.(dərs vəsaiti). Bakı, 2012, “Tİ-MEDİA”, 612 s.
  14. M.Ə.Hacıyev, A.M.Nəcəfov. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsasları. Praktik kurs. Bakı, 2012, “Tİ-MEDİA”, 272 s.
  15. M.А.Гаджиев, В.М.Драаз. Балки и рамы на упругом основании. Bakı, 2012, “Tİ-MEDİA”, 152 s.
  16. М.А.Гаджиев. Расчет армированных элементов строительных конструкций с применением реальных нелинейных диаграмм кратковременного и длительного деформирования материалов. Баку,1996, “Элм”, 266 с.
  17. X.Q.Seyfullayev.Nazikdivarlı dəmirbeton fəza konstruksiyaları. (Texniki ali məktəb tələbələr üçün dərslik).                                 Bakı, 2010, “Tİ-MEDİA”, 780 s.
  18. X.Q.Seyfullayev.Mühəndis dəmirbeton konstruksiyaları. (Texniki ali məktəb tələbələr üçün dərslik).Bakı, 2010, “Tİ-MEDİA”, 612 s.
  19. Hüseyn Artıkoğlu, Xalid Məhəmmədoğlu. Dəmirbeton elementlərin hesablanması. (Texniki ali məktəb tələbələr üçün dərs vəsaiti).Bakı, 2005, “Nurlar”, 520 s.
  20. N.H.Ağayev, L.M.Zeynalov.Metal konstruksiyaları. (Texniki ali məktəb tələbələri üçün dərslik).Bakı, 2008, “Tİ-MEDİA”, 388 s.

Dekan:                    t.e.n., dos. Məmmədov Hikmət Süleyman oğlu 
Dekan müavinləri:  m.f.d., dos. Cəfərov Nazim Nütvəli oğlu
 baş müəllim  Məmmədov Ceyhun Cahid oğlu  
 

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11.
Tel: (+994 12) 510 03 92 
E-mailifakultesi@azmiu.edu.az