Erasmus + KA 2 -  tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa universitetləri ilə təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan təhsil proqramlarının hazırlanması, müasir ədəbiyyatın təmin edilməsi, tədris bacarıqlarının səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, universitetlərdə islahatların aparılması, universitetlərdə inzibati-professor-müəllim heyətinin ixtisasartırma proqramlarının hazırlanması və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlıq layihələrini nəzərdə tutur. Daha ətraflı bu linkdə məlumat qeyd olunub.
Azərbaycan Memarlıq və İnşaat Universiteti 2003-cü ildən Avropa Birliyinin TACIS-TEMPUS layihələrində iştirak etməyə başlamışdır:
- Universitetimiz 2003-2005-ci illərdə Fransanın Monpelye I Universiteti, Fransa Memarlıq Məktəbi, Monpelye Langedok Məktəbi ilə birlikdə AB-nin TACİS-TEMPUS (CD – JEP 2003-2005), “Binanın iqtisadiyyatı, inşa edilməsi və saxlanılması” adlı layihədə iştirak etmişdir. Magistr təhsili üzrə uğurla yerinə yetirilən layihə çərçivəsində 20-dək xarici müəllim AzMİU-da dərslərdə iştirak etmiş, AzMİU-nun 20 müəllim və tələbəsi Avropa Universitetlərinə səfər etmiş, orada tədrislə tanış olmuşlar. Memarlıq fakültəsinin 12 tələbəsi Fransanın Monpelye Memarlıq Məktəbində və Monpelye I Universitetində bir il təhsil almışlar.
 - 2005-2008-ci illərdə Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin koordinatorluğu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Neft və Sənaye Akademiyası, Sumqayıt Dövlət Universiteti və  Niderland Zuyd Universitetinin əməkdaşlığı ilə “Azərbaycanda enerji menecmenti üzrə magistr təhsili (AzEMMT)” TACİS-TEMPUS (CD – JEP -25043-2004) adlı layihə həyata keçirilmişdir. Layihə nəticəsində Universitetdə “Enerji menecmenti” Laboratoriyası və “Binalarda enerji menecmenti” üzrə magistr ixtisası açılmışdır. Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti ilə AzMİU arasında müəllim mübadiləsi həyata keçirilmiş, AzMİU-nun 7 müəllimi 1 və 2 aylıq Köln Tətbiqi Elmlər Universitetinə stajkeçməyə göndərilmişlər.
 
AzMİU 2012-2016-cı illərdə AB-nin 3 Erasmus+ KA2 layihəsində iştirak etmişdir: 
- 2012-2015-ci illəri əhatə edən və Qafqaz Universitetinin koordinatorluğu ilə həyata keçirilən “ENOTES-Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” (530340-Tempus-1-2012-1-AZ-TEMPUS-JPHES) layihəsi nəticəsində AzMİU-da İKT sahəsində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya qurulmuş və “Ali təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi” sahəsində Avropa standartlarına uyğun İKT-nin ECDL sillabusu əsasında 300 universitet müəlliminə, 600 tələbəyə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatların verilməsi nəzərdə tutulur. Uyğun olaraq, metodik vəsaitlər hazırlanmış və Universitetin kitabxanasına- müəllim və tələbələrin istifadəsinə verilmişdir.
- 2013-2015-ci illəri əhatə edən və İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə həyata keçirilən “ECONANO - Ekologiya mühəndisliyinin nanotexnologiya əsasında kurikulum islahatı və modernləşdirilməsi” (543924-TEMPUS-1-2013-1-IT-TEMPUS-JPCR) TEMPUS layihəsi nəticəsində nanotexnologiyanın nailiyyətlərindən istifadə etməklə Azərbaycan ali təhsil sistemində ekologiya mühəndisliyi üzrə kurrikulumun müasirləşdirilməsi, bu sahədə çalışan müəllimlərə Avropa tədris sisteminin izah edilməsi, tərəfdaş universitetlər arasında ikili magistr diplom proqramının əsasının qoyulması nəzərdə tutulub. ECONANO Tempus layihəsi çərçivəsində AzMİU-nun “Ekologiya mühəndisliyi” ixtisası üzrə magistr təhsili almış 4 tələbəsi 9 aylıq təkmilləşdirilmə kursu (Advanced Course on Ecology Engineering - ACEE) və Roma “La Sapienza” Universitetində öz dissertasiya mövzularına uyğun olaraq 3 aylıq staj keçmiş, Universitet müasir nanotexnologiya avadanlıqları ilə təchiz olunmuşdur.
- 2013-2016-cı illəri əhatə edən və Portuqaliyanın Lissabon Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR)TEMPUS layihəsi çərçivəsində AzMİU-nun müəllimləri Avropa Birliyi ölkələrinin tərəfdaş universitetlərində qısamüddətli təlim səfərlərində iştirak etmişlər.  “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” layihəsi nəticəsində təhsil, mədəniyyət, biznes körpülərini gücləndirmək və “Ətraf mühit” mövzusu altında ali təhsil və cəmiyyət sahəsində ortaq bir dil qurmaq, həmçinin tələbələrə Memarlıq/Şəhər planlaşdırması, İqlim mühəndisliyi/Ətraf mühit elmləri və İnşaat mühəndisliyi sahəsində (magistr və fəlsəfə doktoru-PhD) birgə dərəcə –ikili diplom əldə etmək imkanı yaradılır. Bütün bunlarla yanaşı, dərs otaqları müasir avadanlıqlarla təchiz olunur və ingilis dilində dərsliklərin çapı nəzərdə tutulur.

AzMİU 2015-2018-cı illərdə AB-nin 2 Erasmus+ KA2 layihəsində iştirak etmişdir:
 -  2015-ci ilin dekabr ayından etibarən Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində "Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı - Nizami" layihəsi fəaliyyətə başlayıb. Layihə 2015-2018-ci illəri əhatə edəcək. “Nizami” layihəsində Azərbaycanın 11 ali təhsil məktəbi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi birgə fəaliyyət göstərirlər. Layihənin baş koordinatoru Fransa Respublikasının Monpelye Universitetidir. Layihə çərçivəsində AzMİU əməkdaşları ayrı-ayrı vaxtlarda Fransanın Montpelier, İsveçin Uppsala və Almaniyanın Heidelberq şəhərlərində keçirilən görüşlərdə iştirak ediblər.
 - «Rusiya Federasiyası,Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı» N° 561732-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-JP layihəsində AzMİU iştirak edir. Layihənin əsas məqsədləri: iqlimin istiləşməsinə qarşı mübarizə, bərpa olunan enerjilərin səfərbər olunması, enerji səmərəliliyidir. Layihə 2016-2018-ci illəri əhatə edir.  
Key Action 2: İnnovativ Təcrübələr üçün əməkdaşlıq



Tel:                  (+994 12) 539 10 45 /6-81 (daxili)
Fax:                 (+994 12) 434 15 97 
E-mail:             
ipps@azmiu.edu.azali.aliyev@azmiu.edu.az

Ünvan:           AzMİU-nun əsas tədris binası, 4-cü mərtəbə, otaq: 419
                       Az-1073, Bakı ş., A. Sultanova küçəsi 11