Key Action 2: Cooperation for innovation and the exchange of good practices



Erasmus + KA 2 -  tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa universitetləri ilə təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan təhsil proqramlarının hazırlanması, müasir ədəbiyyatın təmin edilməsi, tədris bacarıqlarının səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, universitetlərdə islahatların aparılması, universitetlərdə inzibati-professor-müəllim heyətinin ixtisasartırma proqramlarının hazırlanması və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlıq layihələrini nəzərdə tutur. Daha ətraflı bu linkdə məlumat qeyd olunub.

Universitetimiz 2003-cü ildən Avropa Birliyinin TACIS-TEMPUS layihələrində iştirak etməyə başlamışdır. 

AzMİU-nun iştirak etdiyi Erasmus+ KA2 (Əvvəl Tempus) layihələri barəsində məlumat aşağıdakı kimi qeyd olunmuşdur:

1. “Binaların tikintisi, saxlanılması və idarə edilməsi” TACIS-TEMPUS layihəsi, 2003-2005-ci illərdə icra olunub (Koordinator: Fransa, Monpelye Universiteti);

2. “Enerji menecmenti (binalarda) - magistr proqramı” TACIS-TEMPUS layihəsi, 2005-2008-ci illərdə 
icra olunub (Koordinator: Almaniya, Köln Tətbiqi Elmlər Universiteti).

3. “ENOTES-Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” TEMPUS layihəsi, 2012-2015-ci illərdə icra olunub (Koordinator Qafqaz Universiteti, Bakı ş., Azərbaycan) – link: http://www.enotes.az;

Bu layihədə universitetin Mexanika və İnformasiya Texnologiyaları fakültəsi, eyni zamanda onun uyğun “İnformasiya texnologiyaları və sistemləri” və “Hesablama texnikası və proqram təminatı” kafedraların əməkdaşları aktiv iştirak etməkdədirlər.

4. “ECONANO - Ekologiya mühəndisliyinin nanotexnologiya əsasında kurikulum islahatı və modernləşdirilməsi” TEMPUS layihəsi, 2013-2015-ci illərdə 
icra olunub (Koordinator Roma la Sapienza Universiteti, Roma ş., İtaliya) – link: http://www.tempuseconano.eu/partners_mea.html;

Bu layihədə universitetin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi kafedrasının və Nəqliyyat fakültəsinin Fizika kafedrasının əməkdaşları aktiv iştirak etməkdədirlər.

5. “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” TEMPUS layihəsi, 2013-2016-cı illəri əhatə edir (Koordinator Lisbon Texniki Universiteti, Lisbon ş., Portuqaliya) - http://rethink.fa.ulisboa.pt.

Bu layihədə universitetin Memarlıq fakültəsinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının, İnşaat fakültəsinin və 
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi kafedrasının əməkdaşları aktiv iştirak etməkdədirlər.

Yuxarıda sadalanan Avropa Birliyinin layihələrindən başqa onu da nəzərinizə çatdırırıq ki, 2015-ci ildən başlayaraq universitetimiz 2 yeni Erasmus+ KA2 layihələrinə tərəfdaş universitet kimi qoşulmuş və bu layihələr barəsində ümumi məlumat aşağıdakı kimi təqdim olunmaqdadır.
 

6.1. Azərbaycanda doktorantura təhsilinin avropa ali təhsil sistemi tələblərinə uyğunlaşdırılması xətti ilə yenidən qurulması və inkişaf etdirilməsi (NİZAMİ)" Erasmus+ KA2 layihəsi, 2015-2018-ci illəri əhatə edir (Koordinator Montpellier Universiteti, Montpellier ş., Fransa).

7.2. Rusiya Fedrerasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi üzrə peşəkar bakalavr-magistr hazırlığının təşkili Erasmus+ KA2 layihəsi, 2015-2018-ci illəri əhatə edir (Koordinator Fransanın Paris Sedex universitetinin rəhbərliyi və Qrenobl Akademiyası, Paris ş., Fransa).


Beynəlxalq proqramlar və layihələr sektoru yeni Erasmus+ KA2 layihələrin hazırlanması və tərəfdaş kimi universitetimizin digər Erasmus+ layihələrində iştirak etməsi istiqamətində işlər aparmaqdadır. Bunlarla yanaşı onu da vurğulamaq istəyirik ki, universitetimizin hər bir fakültə və kafedraların əməkdaşlar yeni beynəlxalq Erasmus+ (əvvəlki adı TEMPUS) layihələrin hazırlanmasında sektorla birlikdə iştirak etməklə bu “http://ec.europa.eu/programmes/erasmus-plus/discover/guide/2015/documents/strategic-partnerships-school-education_en.pdf” linkdən faydalanaraq öz layihə ideyalarını, yəni ilkin layihə təklif formasını nümunəvi ərizə sənəd əsasında hazırlaya bilərlər.

8. 
Təhsildə yeni texnologiyaların tətbiqi-Avisenna layihəsi.
AzMİU Daşkənd Beynəlxalq Vestminster Universiteti və Qırğızıstan Dövlət Texniki Universitetlərinin tərəfdaşlığı ilə təhsil prosesində yeni texnologiyaların tətbiqini nəzərdə tutan “Mərkəzi Asiyada Avisenna Virtual Kampus” layihəsini həyata keçirir.  2015-2017-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulan və universitetlər arasında Avisenna şəbəkəsi quraraq, virtual vasitələrə  əsaslanan kursların yaradılması vasitəsilə regional təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan layihə çərçivəsində İKT-nin inkişafının son nailiyyətlərinə cavab verən və müasir təhsilin tələblərini qarşılaya bilən yeni məzmun və metodların tətbiqi nəzərdə tutulur. Son nəticədə bilik və bacarıqların partnyor universitetlər arasında mübadiləsi  məqsədi ilə Vahid Avisenna Virtual Kitabxanası yaradılması planlaşdırılır.
      Layihə çərçivəsində müasir tələblərə cavab verən tədris vəsaitlərinin - onlayn  modulların yaradılması məqsədi ilə  həm müəllimlərə, həm də texniki heyətə treyninqlər təşkil edilmiş, internet əsaslı kursların (video dərslərin) yaradılması üçün universitetdə lokal infrastruktur qurulmuş, AzMİU-da Avisenna tədris mərkəzi yaradılmış və  4 fənn üzrə dərslərin hazırlanmasına başlanılmışdır.
     Avicenna Virtual Campus mәrkәzin işinin sabit aparılması üçün bura hәm UNESCO hәm dә universitәt tәrәfindәn tәmin olunan avadanlıqlar yerlәşdirilmiş vә zәruri iş alәtlәri alınmışdır.
Avicenna Mәrkәzi hәm audio-vizual studio olaraq, hәm dә video redaktә mәrkәzi olaraq hәmçinin layihәdәn kәnar Universitetin maraqlarını tәmsil edәn, o cümlәdәn tәdrisin keyfiyyәtinin yüksәldilmәsinә xidmәt edәn digәr mәqsәdlәr üçün dә istifadә edilir. Nümunә olaraq Sabah qruplarında çәkilәn Açıq dәrsi vә SAP proqramı haqqında olan master klası göstәrmәk olar.
Düşünürük ki, gәlәcәkdә mәrkәzin daimi әmәkdaşlarının artması vә texniki tәminat-avadanlıq bazasının tәkmillәşdirilmәsi nәticәsindә mәrkәz daha geniş spektrlәrdә fәaliyyәt göstәrәcәk, dünyada gedәn innovativ texnologiya fırtınasının universitetimizdәki nümunәsinә çevrilәcәk.
Bunun üçün әn vacibi bizә entuziast akademik heyәt, modern analiz bacarıqları olan kadrlar lazımdır.

Sual və təkliflər üçün əlaqə:

 BEYNƏLXALQ PROQRAMLAR VƏ LAYİHƏLƏR SEKTORU:

Sektor müdiri: Nəcimov Arif

Tel:                  (+994 12) 539 10 45 / 2-69 (daxili)
Fax:                 (+994 12) 434 15 97 
E-mail:             ipps@azmiu.edu.az, arif.najimov@azmiu.edu.az
   
Skype:             arif.najimov



Sektorun müfəttişi: Əliyev Əli

Tel:                  (+994 12) 539 10 45 /6-81 (daxili)
Fax:                 (+994 12) 434 15 97 
E-mail:             ipps@azmiu.edu.azali.aliyev@azmiu.edu.az

Ünvan:           AzMİU-nun əsas tədris binası, 4-cü mərtəbə, otaq: 419
                       Az-1073, Bakı ş., A. Sultanova küçəsi 11