Bədən Tərbiyəsi İdman kafedrası 1977 – ci ildən fəaliyyət göstərir. Təhsil Nazirliyi, Gənclər İdman və Turizm Narizliyi, Respublika Həmkarlar Təşkilatı və Gənclər Tələbə İdman Cəmiyyətinin təsdiq etdiyi təqvim planına əsasən Respublikadakı bütün ali məktəblər arasında Yunan – Roma güləşi, sərbəst güləş, cüdo, voleybol, stolüstü tennis, şahmat, həndbol, basketbol, dama, atletika, futbol, futzal və s. idman növləri üzrə hər iki ildən bir universiadalar, hər il isə çempionatlar keçirir. Kafedra fəaliyyətə başladıqdan bəri Universitetimizin müxtəlif idman komandası həm şəhər həm Respublika, həm də beynəlxalq yarışlarda iştirak etmiş, müxtəlif mükafatlar qazanmışlar. Universitetimizin Yunan – Roma və sərbəst güləş üzrə komandası Respublikanın universitetləri arasında yeganə komandadır ki, Respublika birinciliyində iştirak edib.  
     2008 – 2009 – cu illəri əhatə edən sonuncu unversiadada universitetimizi təmsil edən komanda ayrılıqda stolüstü tennis üzrə 1 – ci yer, voleybol idman növü üzrə 3 – cü yer qazanmış, ümumilikdə isə Respublika üzrə 23 komanda arasında 6 – ci yeri tutmuşdur. 


                                               
 


 
      
Rəhbər: Əsədov Telman Oruc oğlu

Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, I tədris korpusu , I mərtəbə    
 
Tel: (99412)439-10-65