Kafedranın tərkibi
 
  1. Əliyeva Könül Rafiq qızı - Siyasi elmlər üzrə fəlsəfə  doktoru, dosent.
  2. Əhmədov Əlisa İsa oğlu - Fəlsəfə elmləri doktoru, professor.
  3.  İsmayılov Dilqəm Yunis oğlu - Fəlsəfə elmləri  doktoru, professor.
  4.  Avılov Bəhram Salman oğlu - Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi.
  5.  Ismayilov Şahin Məmməd oğlu - Fəlsəfə üzrə fəlsəfə  doktoru, dosent.
  6.  Abbasov Aydın Cabbar oğlu - Fəlsəfə üzrə fəlsəfə  doktoru,   dosent.
  7.  Quliyeva Tamara Kazım qızı – Tarix üzrə fəlsəfə  doktoru,    dosent.
  8.  Əsgərova Zəminə Qoşqar qızı - Fəlsəfə üzrə fəlsəfə  doktoru,  dosent.
  9.  Abbasova Gülarə Ələsgər qızı - Fəlsəfə üzrə fəlsəfə  doktoru,  dosent.
  10.  Şükürova Yaqut Şeyruz qızı - Tarix üzrə fəlsəfə  doktoru, baş müəllim.
  11.  Tağıyev Əhliman Tahir oğlu - Fəlsəfə üzrə fəlsəfə  doktoru,  baş müəllim.
  12.  Əhmədova Vəfa Şamil qızı - Tarix üzrə fəlsəfə  doktoru,  baş müəllim.
  13.  Mirzəyev Kəramət İltifat oğlu – baş müəllim.
  14.  Musayeva İzzət xanım Seyfəddin qızı - baş müəllim.
  15.  Topçubaşeva Rəna İbrahim qızı - baş müəllim.
  16.  Mirzəyeva Nəcibə Tariyel qızı  -  müəllim.
  17.  Məmmədova Aygün Mahir qızı - baş labarant.
 Dəmirova  Xatirə Fərhad qızı - labarant.   
 
 
 
                                                    
Əlisa  İsa  oğlu Əhmədov
          1941-ci il fevral ayının 15-də Azərbaycan Respublikası Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. 50 ildən çoxdur ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2000-ci ildən fəlsəfə elmləri doktoru, 2006-cı ildən professordur.
          Ali təhsillidir.1963-cü ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirmişdir. 1963-cü ildən 1967-ci ilədək Ağsu rayonundakı Növcü kənd orta məktəbində müəllim və tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir.1970-ci ildə Azərbaycan Respublikası EA Fəlsəfə  və Hüquq İnstitutunun əyani aspiranturasını bitirmişdir.1975-ci ilədək həmin İnstitutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1975-ci ildən 1981-ci ilədək “Azərbaycan kommunisti”  jurnalı redaksiyasında “Fəlsəfə” şöbəsinin müdiri olmuşdur. 1981-ci ildən hal-hazıra kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində işləyir.1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Müxtəlif  illərdə ayrı-ayrı ali məktəblərdə və elmi tədqiqat institutlarında Elmi Seminarların sədri və Dissertasiya Şuralarının üzvi olmuşdur. 2009-cu ildən hal-hazıra kimi AMEA Fəlsəfə və Hüquq  İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, eyni zamanda AzMİU-nun “İnşaat” fakültəsi Elmi Şurasının üzvüdür. O, “Sülhməramlı səfir” diplomuna, “Qızıl qələm” Media Mükafatı Laureatı adına layiq görülmüş, “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunmuşdur. 2016-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
           Ə.Əhmədov 6 monoqrafiya və elmi kitabın,100-dən çox elmi və 60-dan artıq elmi-publisistik məqalənin, 2 dərsliyin, 2 dərs vəsaitinin, 12 tədris proqramı və metodik vəsaitin müəllifidir. O,uzun illərdir ki, elmlər doktoru və fəlsəfə doktoru  dissertasiyalarının müdafiəsində rəsmi opponent kimi çıxış edir, monoqrafiyaların rəyçisi və ya redaktoru olur.

İsmayılov Dilqəm Yunis oğlu
Dilqəm Yunis oğlu İsmayılov 1956-cı il martın 18-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində dövlət qulluqçusu ailəsində anadan olmuşdur. 1963-cü ildə atasının Şəmkir şəhər  Polis idarəsində işə keçməsi ilə əlaqədar olaraq Şəmkir şəhərinə köşmüş və orta təhsilini  burada  Nizamı adına şəhər orta məktəbində başa vurmuşdur.
O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin gündüz şöbəsinə  daxil olmuş  və 1978ci ildə həmin fakültəni bitirmişdir.  1978-1981-ci illərdə təyinatla Lənkəran şəhər 2 saylı orta məktəbində  tarix və ictimaiyyət müəllimi vəzifəsində işləmişdir. 1981-ci ildə təyinatını başa vurub Bakı şəhərinə gəlmişdir.
Dilqəm İsmayılov  1981-1982-ci illərdə Bakı şəhərində  Azərbaycan Dövlət Ateizm Muzeyində  (İndiki din tarixi ) kiçik elmi işçi, 1982-ci ildən 1991-ci ilədək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun  “Elmi kommunizm” (İndiki İctimai fənlər) kafedrasında baş laborant  (1982-1985), müəllim  (1985-1988), baş müəllim vəzifələrində  çalışmışdır.
Dilqəm İsmayılov  1991-1994-cü illərdə Qərb Universitetinin Sosial  fənlər fakültəsinin dekanı, Humanitar elmlər kafedrasının müdiri  və tərbiyəişləri üzrə  prorektoru, 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin ictimai əlaqələr  üzrə müşavirinin  köməkçisi  vəzifəsində işləmişdir. 1994-1995-ci illərdə Azərbaycan Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifələrində iələmişdir. 1995-1998-ci illərdə Azərbaycan Bütövlüyü uğrunda Cəmiyyətin sədr müavini olmuşdur. 1998-ci ildən 2010-cu ilədək Azərbaycan Milli Elmləri Akademiyası  Fəlsəfə, hüquq, Sosiologiya  İnstitutunda böyük elmi işçi,  aparıcı elmi işçi  və baş elmi işçi  vəzifələrində işləmişdir. Hazirda Azərbaycan Memarliq və İnşaat Universitetinin İctimai fənlər kafedrasının  professoru  vəzifəsində  çalışır, fəlsəfə elmləri doktorudur.
Dilqəm İsmayılov 1983-1987-cı illərdə Azərbaycan Dövlər Universitetinin aspiranturasında  qiyabi təhsil almış,  1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək  fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır.  2007-ci ildə “Azərbaycan cəmiyyətinin  transformasiya şəraitində  fəlsəfi  ideoloji cərəyanların və konsepsiyaların  rolu” mövzusunda doktorluq dissertasiyası  müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
D.İsmayılov 150-dən cox elmi məqalənin 4 monoqrafiyanın, 5 dərsliyin, 6 dərs vəsaitinin, 8 metodik vəsaitinin  müəllifidir.
“Əsrin Ziyalıları” XİB-nın kollektivi  tərəfindən  “Əsrin ziyalısı” Fəxri diplomu ilə təltif edilmişdir.

Avılov Bəhram Salman oğlu.
Fəlsəfə elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi.
         1938-ci il iyul ayının 16-da Ermənistan Respublikasının Basarkeçər rayonunun Qanlı kəndində anadan olmuşdur.
         Orta təhsilini başa vurduqdan sonra 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. Həmin fakültəni V.İ.Lenin adına təqaüdlə oxuyub, fərqlənmə diplomu ilə bitirmişdir.
         İnstitutu bitridikdən sonra təyinatla Saatlı rayonuna işləməyə göndərilmişdir. 1964-1966-cı illərdə həmin rayonun Qıraqlı kəndində məktəbdə dərshissə müdiri vəzifəsində işləmişdir.
         1967-1968-ci illərdə Abşeron Rayon Partiya Komitəsində təlimatçı vəzifəsini tutmuşdur.
         1968-1971-ci illərdə Azərbaycan SSR EA Fəlsəfə və hüquq İnstitutunun aspirantı olmuşdur.1971-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1973-1977-ci illərdə Azərbaycan SSR EA Prezidenti yanında «Fəlsəfə» kafedrasında baş müəllim vəzifəsini tutmuşdur.
         1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunda fəlsəfə üzrə baş müəllim vəzifəsini tutmuşdur. Hazırda «Tarix və sosial-siyasi fənlər» kafedrasının dosentidir.
         2005-ciildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona «Əməkdar müəllim» adı verilmişdir.
         Azərbaycan ictimai-siyasi  və fəlsəfi fikrinə aid 100-dən çox elmi  məqalə, 4 kitabı, bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.


Abbasov Aydın Cabbar oğlu
1958-ci ildə ADU-nun, indiki  Bakı Dövlət Universitetinin Şərqşünaslıq  fakültəsinə daxil olub və 1963-cü ildə bitirmişdir. 1963-1966-cı illərdə  Sovet ordusu siralarında xidmət etmişdir. 1966-cı ildə tərxis olunduqdan sonra  1968-ci ilin oktyabırına qədər Bakı şəhəri, Nərimav rayonu 64-saylı orta məktəbdə müəllim işləmişdir. 1968-ci ildə Azərbaycan Elmlər  Akademiyası, Fəlsəfə və Hüquq İnstitutuna aspirant kimi daxil olmuşdur.
1976-cı ildən “Gənclərin dinə münasibəti”  mövzusunda dissertasiya müdafiə etmiş və 1978-ci ilə qədər həmin institutda elmi işçi kimi çalışmışdır.1978-ci ilin sentyabrında  müsabiqə yolu  ilə  Azərbaycan  Memarlıq və İnşaat Universitetinin Fəlsəfə kafedrasına  əvvəlcə müəllim, sonra dosent  vəzifəsində,  hal-hazırda isə  İctimai fənlər kafedrasında  çalışır.
Çalışdığı müddətdə kafedradan  ayrılmadan  Azərbaycan Respublikası  Prezident Aparatında  Milli  Siyasət  şöbəsinin müdiri,  Prezidentin  müşaviri  vəzifələrində  çalışmışdır.
2002-ci  ildə “Milli dövlətçilik  məfkurəsi və laiqlik” adlı  doktorluq dissertasiyasını  müdafiə etmişdir.
1968-cı ildən başlayaraq  bu günə qədər 100-dən artıq  elmi, elmi-metodik, elmi publisistik əsərlər yazmışdır.
Pakistanda, Polşada, Türkiyədə, Kiprdə, İsveçdə, Norveçdə elmi – siyasi simpozium və konfranslarda məruzələr etmişdir.
Kiprin fəxri vətəndaşı ödülünü  qazanmışdır.
2002-ci ildə “Milli dövlətçilik   məfkurəsi və laiqlik”,  2004-cü ildə “Milli təfəkkür sistemimiz” monoqrafiyalarını çap etdirmişdir. Fəlsəfə, etika  fənlərinin tədrisi üzrə metodik  vəsaitlər, proqramlar çap etdirmişdir. 2013-2014 və 2014-2015-ci illərdə  çap etdirdiyi  “Qısa fəlsəfə kursu”  və “Etikanın tədrisi” müəllim və tələbələr üçün tədris vəsaiti kimi nəzərdə tutulmuşdur.
 

Quliyeva Tamara Kazım qızı
1951-ci ildə anadan olmuş, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
         Az.MİU-da 1984-cü ildən işləyir. 1995-ci ildə namizədlik dissertasiyasın  müdafiə etmişdir. Hal – hazırda Az.MİU-nun İctimai fənlər kafedrasının  dosentidir.
Quliyeva T.K Azərbaycan tarixi üzrə 3 proqram və 20 elmi məqalənin müəllifidir.
 

Əsgərova Zəminə Qoşqar qızı
Əsgərova Zəminə Qoşqar qızı 1964-ci ildə 23 dekabrda Sumqayıt şəhərində anadan olmuşdur. 1970-ci ildə Sumqayıt şəhər 23 № li orta məktəbə daxil olmuş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1981-ci ildə Bakı Dövlət Universitetinin Tarix  fakültəsinə (əyani) daxil olmuş, 1986-cı ildə həmin fakültəni bitirmişdir. 1987-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Elmi kommunizm” (İndiki İctimai fənlər)  kafedrasında 1989-cu ildə baş laborant, 1995-ci ildə isə müəllim kimi çalışmışdır. 1992-ci ildə AMEA-nın Fəlsəvə və Hüquq İnstitutuna dissertant kimi qəbul olmuşdur. 1998-ci ildə “Müasir dövrdə Azərbaycan qadınlarının ictimai münasibətlər sistemində yeri və rolu” mövzusunda  dissertasiya müdafiə edərək fəlsəfə (sosial fəlsəfə) elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1999-cu ildə baş müəllim, 2005-ci ildən “İctimai fənlər” kafedrasında dosent vəzifəsində çalışır.
Qərb Universiteti, Cender tədqiqatları mərkəzi, cender aspektləri modulu üzrə sertifikatları ilə təltif eilmişdir.
2003-2004-cü illərdə “Cənubi Qafqaz ölkələrinin qanunvericiliklərinin 1997-ci il ali təhsil haqqında Lissabon Konvensiyası ilə harmonizasiyası və inteqrasiyası” mövzusunda layihənin iştirakçısı  (Avrasiya Fondu) olmuşdur.
2014-cü ilin dekabrında Türkiyə hökümətinin Mövlanə proqramı çərçivəsində Sakarya Universitetinin “Sosial bilimlər” bölümündə tədris prosesində iştirak etmişdir.
 2015-ci il 09 sentyabr  tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi”  proqramları üzrə sertifikatı  ilə təltif eilmişdir.
11.07.2016 ADA Universitetində 09.03.2016- cı il tarixlərində tədris olunan “Tədqiqat metodları” fənni üzrə sertifikatı ilə təltif eilmişdir.
42-dən çox elmi məqalənin və tələbələr üçün 5 metodik göstərişin (politologiya və sosiologiya, insan hüquqları və demokratiya üzrə) müəllifi, sosiologiya və politologiya fənləri üzrə 2 dərsliyin həmmüəllifi və 1 metodik vəsaitin  həmmüəllifidir.
 

Abbasova Gülarə Ələsgər qızı
 Mən Abbasova Gülarə Ələsgər qızı 1970-ci il mart ayının 6-da Füzuli rayonunda  anadan olmuşdur. 1977-ci ildə 1 nömrəli rayon orta məktəbinə daxil olub 1987- ci ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə Bakı Dövlət Universitetinin Tarix  fakültəsinə daxil olub, 1995-cı ildə həmin fakültəni bitirmişdir. 1994-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İctimai fənlər” kafedrasında laborant, baş laborant, 2000-ci ildən 2003-cü ilə qədər saat hesabı və 0,5 ştat müəllim kimi çalışmışdır. 2003-cü ildən tam ştat müəllim, 2007-ci ildən baş müəllim, 2014 –cü ildə dosent əvəzi, 2015 –ci ildən isə dosent vəzifəsində çalışır. 25-ə yaxın məqalə, dərs və metodik vəsaiti, bir monaqrafiyası çap olunmuşdur. 2005-ci ildən fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
Qərb Universiteti, Cender tədqiqatları mərkəzi, cender aspektləri modulu üzrə sertifikatları ilə təltif eilmişdir.
2015-ci il 09 sentyabr  tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi”  proqramları üzrə sertifikatı ilə təltif eilmişdir.
 

Şükürova   Yaqut    Şeyruz    qızı
26.01.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə BDU-nun Filologiya fakültəsini bitirmiş, 1983-cü ildə Elmlər Akademiyasının Tarix İnstitutunun  aspiranturasına daxil olmuşdur.  1987-ci ildən baş elmi işçi vəzifəsində çalışmışdır. 1991-ci ildə  Daşkənt şəhərində  “Ziyalıların müasir həyat tərzi” mövzusu üzrə namizədlik  dissertasiyası  müdafiə etmiş, tarix elmləri  namizədi  elmi adı almışdır.
1995-ci ildən Az.MİU-nun “Tarix” kafedrasında  baş müəllim vəzifəsində fəaliyyətə başlamışdır. Hal-hazırda AZ.MİU-nun “İctimai fənlər ” kafedrasında  baş müəllim  vəzifəsində çalışır.
Şükürova Y.Ş. 1 monoqrafiya, 2 proqram, 30-a qədər elmi məqalənin  müəllifidir. O, beynəlxalq konfranslarda istirak etmiş və sertifikatlar almışdır.
 

 
              Musayeva İzzətxanım Seyfəddin qızı
 
1942-ci il 14 oktyabrda anadan olmuşdur. 1949-cu ildə Kürdəmir şəhər orta məktəbininə  gedib 1959-cu ildə bitirmişdir. 1959-cu ildə Bakı şəhəri 1 №-li Tibb məktəbinə daxil olmuş 1962-ci ildə məktəbi Qırmızı diplomla bitirmişdir.
1963-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsiniə daxil olmuşdur. 1969-1976-cı illərdə Azərbaycan SSR  Baş Arxivlər idarəsində baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.   Pedoqoji fəaliyyətə 1972-cı ildə Politexnik İnstitutunda müəlliim kimi fəaliyyətə başlamışdır.  1977-1981-ci illərdə  həyat yoldaşımın xaricə uzunmüddətli ezamiyyəti ilə əlaqədar Əlcəzair Respublikasında yaşamış, Həmin dövrdə Kontraktin Qadınlar Şurasının sədri vəzifəsini aparmışdır.
8 fevral 1982-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim, 1994-cü ildən isə “İctimai fənlər” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
İşlədiyi müddətdə tədris etdiyi “Azərbaycan tarixi” fənnindən bir neçə tədris proqramı və metodiki vəsaitini çap etdirmişdir. Elmlər Akademiyasının və Universitetimizin jurnalında məqalələr çap etdirmişdir.
 

Mirzəyev Kəramət İltifat oğlu
1977-ci ildə  Az.XTİ-nin  Siyasi İqtisad fakültəsini bitirmişdir.  1978-ci ildən  Azərbaycan  Ali və orta ixtisas təhsili Nazirliyinin göndərişi  ilə  Az.MİU-da işləyir. İctimai fənlər  kafedrasının baş müəllimidir.
K.İ.Mirzəyev 1 dərslik,  4 proqram və metodik göstəriş, 24 elmi məqalənin müəllifidir.
 
 

Topçubaşeva Rəna İbrahim qızı
1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Pedaqoji  İnstitunun  Tarix  fakültəsini  bitirmişdir. Əmək fəaliyyətinə 1972-ci ildə ADBTİ-nin Sov.İKP tarixi kafedrasında başlamışdır. Az.MİU-da 1976-cı ildən  işləyir. Müəllimlik fəaliyyətinə 1994-cü ildən başlamışdır. Hal-hazırda İctimai fənlər kafedrasının baş müəllimidir. Universitetin ictimai-siyasi həyatında  yaxından iştirak edir.
Topçubaşeva R.İ. 1proqram və 11 elmi məqalənin müəllifidir.
 

Əhmədova Vəfa Şamil qızı
14.02.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982 -1992-ci illərdə  Bakı şəhəri 172 saylı orta məktəbi  bitirmiş,  Azərbaycan İctimai-Siyasi Universitetin Fəlsəfə fakültəsinə qəbul  olmuşdur.
         1998-ci ildə Universiteti bitirdikdən sonra  Az.MİU-nun “Tarix və sosial-siyasi fənlər” kafedrasında baş laborant vəzifəsində çalışmağa başlamışdır.
Əhmədova  V.Ş 2002-ci ildən  AMEA-nın Artxeologiya və etnoqrafiya institutunun dissertantı olmuş, 2009-cu ildə “Xalq təbabəti- etnoqrafiq aspektdə” mövzusu üzrə  namizədlik dissertasiyası müdafiə etmişdir. O,  2011-ci ildə tarix üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
Əhmədova  V.Ş 2004-cü ildən  Az.MİU-nun “İctimai fənlər” kafedrasında əvəzləyiçi müəllim, 2011-ci ildən isə müəllim  vəzifəsində fəaliyyətə başlamışdır. Hal-hazırda İctimai fənlər kafedrasında  baş müəllim vəzifəsində  çalışır.
Əhmədova V.Ş. Azərbaycan tarixi və Etika üzrə 2 proqram, 1 konfrans materialı, 10 elmi məqalənin müəllifidir.
2015-ci il 09 sentyabr  tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi”  proqramları üzrə sertifikatı ilə təltif eilmişdir.
 
 
 
 
 
 
                                                                                         
Məmmədova Aygün Mahir qizi
 
Məmmədova Aygün Mahir qizi   23avqust  1976-cı ildə Bakı  şəhərində anadan oluşdur. 1983-1993-cı illərdə Bakı şəhəri Mikayıl Müşfiq adına  18 saylı orta məktəbində oxuyub. 1993-1998-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetin Fəlsəfə fakültəsində oxuyub filosof, insan və cəmiyyət müəllimi ixtisasına yiyələnib. 2011- 2015-ci illərdə   Bakı Dövlət Universitetinin  Sosial fəlsəfə üzrə doktorantı olub. Hal-hazırda müdafiə ərəfəsindədi.
2008-ci ildən “İctimai fənlər”  kafedrasında baş laborant vəzifəsində çalışır.
Məmmədova A.M. 12 elmi məqalənin müəllifidir.
 
 
                                    Dəmirova Xatirə Fərhad qızı                        
31 oktyabr 1983-cü ildə Bakı şəhərində anadan olub.1999 –cu ildə Bakı şəhəri 176 saylı orta məktəbi  bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Kolleci İbtidai təhsil ixtisası üzrə, 2015 –ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi ixtisası üzrə təhsilini bitirmişdir.
2009-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fəlsəfə kafedrasında laborant, 2012- ci ildən isə İctimai fənlər kafedrasında laborant vəzifəsində çalışır.