“İctimai fənlər” kafedrası
 
“İctimai fənlər” kafedrası 1975-ci ildə, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu  Politexnik  İnstitutunun bir neçə fakültəsi əsasında müstəqil institut kimi fəaliyyətə başlayandan sonra 1991-ci ilə qədər “Elmi kommunizm” kafedrası adı ilə fəaliyyət göstərmişdir. Respublikamız müstəqillik əldə etdikdən sonra bu kafedralar “Siyasi tarix”, “Fəlsəfə” və  “Sosiologiya və Politologiya” kafedraları adlanmışdır. 1997-ci il fevral ayında  “Sosiologiya və Politologiya” kafedrası  “Siyasi tarix” kafedrası ilə birləşərək “Tarix və sosial siyasi fənlər”, 2012-ci ildə isə bu kafedra  “Fəlsəfə” kafedrası ilə birləşdikdən sonra “İctimai fənlər” kafedrası adlanır.
1975-2014 cü ilin sentyabr ayına qədər kafedraya fəlsəfə elmləri doktoru, professor Nurqələm Mikayıl oğlu Mikayılov rəhbərlik etmişdir. 
                                                                                                          

 
 
 
Nurqələm Mikayıl oğlu Mikayılov 2005-ci ildə Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə «Əməkdar müəllim» adı verilmişdir. Azərbaycan ictimai fikir tarixinə, fəlsəfə və sosial-siyasi elmlərə aid 3 monoqrafiya, 26 kitab, dərslik və dərs vəsaitinin, 110-dan çox məqalənin müəllifi olmuşdur.
1996-2009-cü illərdə Azərbaycan Respublikasının Prezdenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika, psixologiya və ilahiyyat üzrə  ekspert şurasının üzvi və daha sonra  sədri vəzifəsində işləmişdir.
         19 yanvar 2009-cu ildə Azərbaycan KİVİHİ tərəfindən «İlin nüfuzlu ziyalısı» fəxri diplomu təqdim edilmişdir.