Elmi tədqiqat işinin aktuallığı:
Bu mövzuların tədqiq və mənimsənilməsi bazar iqtisadiyyatına və siyasi demokratiyaya keçidi reallaşdıran Azərbaycan üçün aktualdır. Beləki, vətəndaş cəmiyyəti, hüquqi dövlətin parametrləri və elmi-nəzəri xarakteristikasına müraciət hər şeydən əvvəl bütün dünyada, o cümlədən Azərbaycanda bu problemə marağın artması ilə əlaqədardır. Ona görə də, açıq cəmiyyət şəraitində yaşadığımızdan vətəndaş cəmiyyəti quruculuğunun sürətlənməsi qloballaşma, inteqrasiya prosesləri ilə əlaqədar olaraq bu  problemi yenidən tədqiqatçıların diqqət mərkəzinə çəkmişdir. O da qeyd olunmalıdır ki,  vətəndaş cəmiyyəti,  həm də demokratiyanın inkişafına şərait yaradan çox mühüm amildir. Mövzunun aktuallığı məhz buradan irəli gəlir. Bu problemi araşdırarkən müəlliflər tədqiq etdikləri məsələləri izah etməyə çalışmış, onları tədqiq edərkən fikirlərini praktika, yəni təbiət qanunları və nəzəriyyə şəklində ortaya qoymaq istəmişlər. Çünki bu mövzunun işlənməsi formalaşmaqda olan gənclərin dünyağörüşündə  bir sıra dəyərləri, xüsusilə elm yolunu diqqətə çəkir. Bu da ki, onu aktual edir.
 
                                         Tədqiqatın elmi yeniliyi
Tədqiqatın başlıca elmi yeniliyi ondan ibarətdir ki, mövzu Azərbaycan gerçəkliyindən çıxış edilərək araşdırılmışdır. İntelekt baxımdan ,daha yüksək düşüncə baxımından azad fikirli Azərbaycan gəncləri bu elmi işdə fəlsəfi baxımdan elmə müxtəlif yanaşmalarda, elmin bir məhsul olduğunu dərk etməklə, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu hansı mərhələdədir, bu proseslərə təkan verən amillər hansılardır, demokratikləşmənin hansı probləmləri vardır, sosial-siyasi informasiya nədir, vətəndaş cəmiyyətinin formalaşmasının regional və qlobal aspektləri hansılardır, QHT – lər  vətəndaş cəmiyyətinin əsas atributlarından biridir, vətəndaş cəmiyyəti quruculuğunda beynəlxalq təşkilatların rolu nədən ibarətdir kimi suallara  cavab tapa biləcəklər.
 
                                Tədqiqatların elmi-praktiki əhəmiyyəti
 Elmi araşdırılmalardan əldə edilmiş bir sıra nəzəri müddəalar, nəticələr, edilən tövsiyələr bu və ya başqa məsələlərin dərindən öyrənilməsi zamanı faydalı ola bilər. Bu tədqiqat işinin materiallarından həm müəllimlərin, həm də tələbələrin elmi işlərinin yazılmasında, mühazirə mətnlərinin yazılmasında, tədris metodikasının nailiyyətlərinin tələbə gənclərə çatdırılmasında, elmi və siyasi dünyagörüşünün formalaşdırılmasında, elmlə məşğul olan insanların fəallığının artırılmasında, onlarda təşəbbüskarlıq mədəniyyətinin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır.