Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.
          Fakültə haqqında Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında  həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi-   şəhərsalma, dizayn, abidələrin  bərpası  sahəsində  respublikanın  tanınmış  mütəxəssisləri  və  alimləridir.  Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122  üzvü vardır.
          Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və  universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.
Fakültədə  ölkənin inşaat və layihə sektorunun müxtəlif sahələri üçün Memarlıq ixtisasının Memarlıq və Dizayn istiqamətləri üzrə bakalavr və magistr mütəxəssis hazırlığı aparılır.
 
BAKALAVR PİLLƏSİNDƏ:
Memarlıq və Dizayn istiqamətləri.
 
MAGISTR PİLLƏSİNDƏ:
 
Memarlıq istiqaməti üzrə:
  • Bina qurğuların memarlığı
  • Şəhərsalma
  • Memarlıq abidələrinin bərpası  rekonstruksiyası
  • Landşaft memarlığı
  • Memarlıq mühitinin dizaynı
  Dizayn istiqaməti üzrə:
  • Dizayn texniki estetika
 
          Əməkdaşlıq sahələri.  Respublikanın Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Arxeologiya İnstitutları, «Azərbər
pa» Elmi - Tədqiqat Layihə İnstitutu, Memarlıq və Dizayn üzrə qeyri-dövlət şirkətləri ilə təcrübi və elmi sahədə sıx əlaqələri davam etdirir.
          Tədqiqat istiqamətləri.  Bakının yaşayış memarlığının xüsusiyyətləri. XI-XVII əsr Azərbaycan memarlığının kompozisiya qanunauyğunluqları, Azərbaycanın kurort-rekreasiya zonalarına mədəni-məişət xidməti sisteminin formalaşması, «Azərbaycan şəhərlərinin bağ-park quruculuğunun formalaşdırılması, Bakı şəhərinin mürəkkəb relyefində yerləşən memarlıq komplekslərinin məkan təşkili, “Şəhər mühitinin bədii memarlıq layihələndirilməsi metodları” (Bakı şəhəri timsalında), “Sumqayıt şəhərinin sənaye müəssisələrinin memarlıq planlaşdırma inkişafı”, ”Azərbaycanın böyük şəhərlərinin yaşayış tikintisinin memarlıq planlaşdırma inkişafı (1920 - 1990 - cı illərdə) Azərbaycan memarlıq tarixi– ( qədim dövrlərdən günümüzə qədər) və s.



Fakültədə 50-yə yaxıdərslik və dərs vəsaiti çap olunmuşdur.
Onlardan əəsaslarını təqdim edirik:
 
Müəllif Dərslik və dərs vəsaitinin adı
 
1.
G.H.Məmmədova, F.M.Hüseynov, R.H.Əbdülrəhimov, N.H.Nağıyev, N.C.Abdullayeva, R.B.Əmənzadə, S.X.Hacıyeva, Z.G.Məmmədova  
Azərbaycan memarlıq tarixi – 5 cildlik.
Bakı, 2014
2. F.M.Hüseynov, M.N.Mikayılova, R.R.Ağazadə Şəhərsalma nəzəriyyəsi. Bakı, 2008
3. N.H.Nağıyev Azərbaycan Respublikasında müasir şəhərsalma.
Bakı, 2011
4. N.Ə.Əliyev, E.F.Hüseynov, N.O.Yusufova, Z.A.Şıxlinskaya, Y.S.Kərimli  
Bina və qurğuların tipologiyası, Bakı. 2014
 
5. R.H.Əbdülrəhimov  Restorasyonda yapım texnikləri (türk dilində).Trabzon. 1999
6. N.C.Abdullayeva Azərbaycanın mühəndis qurğularının memarlığı.  Bakı, 2009
7. Z.G.Məmmədova  Bərpanın elmi - nəzəri əsasları. Bakı, 2007
8. R.M.Həsənov, Y.Ə.Hacıyeva Dizaynın əsasları. Bakı, 2008
9. S.X.Hacıyeva Azərbaycanın Şəki-Zaqatala zonasının memarlığı. Bakı, 2011
10. V.H.Muradov  Mülki binaların memarlıq konstruksiyaları. Bakı, 2007
11. R.B.Əmənzadə  Azərbaycanın XI - XVII əsr monumental  tikililərinin kompozisiya qanunauyğunluqları. Bakı, 2007
12. S.Ə.Axundova  Cənubi Şərqi Azərbaycanın və Cənubi  Azərbaycanın (İran) müdafiə memarlığı. Bakı, 2007
13. S.İ.Allahverdiyeva Müdafiə qurğularının memarlığı. Bakı, 2010
14. Ş.Həmidova Memarlıq layihələndirməsində memarlıq qrafikasının  əhəmiyyəti və onun müasir təkmilləşdirilməsi. Bakı, 2014
15. N.Ağayeva İnteryer dizaynı. Bakı, 2014
16. N.Ağayeva İnteryer qrafikası. Bakı, 2014
17. M.T.Nəcəfova Bakının yaşayış memarlığı. Bakı, 2013
18. T.Ş.Bəkirova, N.C.Abdullayeva Dizayn tarixi. Bakı, 2012
 
          Beynəlxalq əlaqələri. 2006-cı ildə YUNESKO - nun xətti ilə ABŞ-ın Minnesota Universiteti ilə birlikdə İçərişəhər abidələrinin inventarlaşdırılması aparılmışdır. İtaliyanın «Romualdo Del Bianko» Fondu, Florensiya Universiteti və Avstriyanın Vyana Universitetinin memarlıq fakültəsiylə birgə layihələr həyata keçirilmişdir. 2008-ci ildə fakültənin əməkdaşları və bərpa ixtisası üzrə təhsil alan tələbələri Florensiya Universitetinin professor və tələbələriylə birlikdə UNESKO-nun xəttiylə Florensiyada və Bakıda keçirilən Work-Shop-larda istirak etmişdir. Layihə İçərişəhər nümunəsində memarlıq abidələrinin müasir tədqiqat metodlarına həsr olunmuşdur.
 
Fakültənin beynəlxalq təhsil əlaqələri genişdir: Türkiyə, Qazaxıstan, Gürcüstan memarlıq məktəbləri, İtaliyanın Florensiya, Milan Texniki, Sa Pienza, Tor Veqato Universitetləri, İspaniya və Portuqaliya Universitetləri. Fransa Memarlıq məktəbləri Assosiasiyası REA –nın üzvü olaraq, həmin assosiasiya tərkibində beynəlxalq müsabiqələrdə iştirak edir.
 
Fakültə məzunlarının bakalavr və magistr pilləsi üzrə buraxılış işləri və dissertasiyaları MDB ölkələri memarlıq universitetləri, İtaliyada keçirilən Beynəlxalq konfranslar və müsabiqələrdə, Fransa memarlıq məktəblərinin beynəlxalq REA birliyində layiqli şəkildə təmsil olunur. 2009 və 2012-ci illərdə İtaliyanın “Del Bianko” fondunun Bakıda keçirilən regional festivallarında buraxılış işləri fəxri yerlərə layiq görülmüşdür. 2009-cu ildə Rusiya Federasiyasının Saratov, 2010-cu ildə Voronej şəhərlərində keçirilən Beynəlxalq müsabiqələrdə diplomlar qazanmışdır. Fakültə əməkdaşları Turində, Florensiyada (İtaliya), Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda uğurla iştirak edirlər. 2012-ci ilin sentyabrında RF Krasnoyarsk şəhərində keçirilən buraxılış işlərinin müsabiqəsində iştirak edən bütün 17 iş fəxri yerlərə layiq görülmüşdür. 2013-cü ilin sentyabrında RF Sankt-Peterburq şəhərində keçirilən buraxılış işlərinin müsabiqəsində iştirak edən bütün 18 iş fəxri yerlərə layiq görülmüşdür.  
Fakültə ERASMUS və  «MÖVLANƏ» beynəlxalq tələbə-magistr mübadiləsində fəal iştirak edir. 
Memarlıq təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə fakültə xarici memarlıq məktəbləri ilə professional əlaqələri genişləndirir.
 
Fakültə bir çox xarici ölkələrlə: Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa, Misir, Türkiyə, Gürcüstan, İran, İtaliya və digər ölkələrlə əməkdaşlıq münasibətləri qurmuşdur.
Fakültənin tərkibində 6 kafedra fəaliyyət göstərir. Həmin kafedralara rəhbərlik tanınmış elm xadimləri tərəfindən həyata keçirilir:
 
  • «Memarlıq layihələndirilməsi və şəhərsalma» kafedrası
     Kafedra müdiri: əməkdar memar, memarlıq doktoru, professor -  Hüseynov Fikrət Mövsüm oğlu
     Tel: (012) 539 10 19   
  • «Memarlığın əsasları» kafedrası.
       Kafedra müdiri: əməkdar memar, memarlıq doktoru, professor- Nağıyev Nizami Həsən oğlu
  • «Memarlıq konstruksiyaları və abidələrin bərpası» kafedrası
            Kafedra müdiri: professor, əməkdar memar - Abdullayev Tofiq Əli oğlu
            Tel: (012) 538 04 79
  • «Landşaft memarlığı» kafedrası
     Kafedra müdiri: əməkdar memar, memarlıq doktoru, professor - Həsənova Aybəniz Əşrəf qızı
    Tel: (012) 539 05 37
  • «Dizayn» kafedrası.
      Kafedra müdiri:  əməkdar memar, memarlıq doktoru, professor -  Abdullayeva Nərgiz Cavad qızı
  • «Təsviri incəsənət» kafedrası.
      Kafedra müdiri: əməkdar incəsənət xadimi, professor Avalov Elturan Vəli oğlu
  • Dekan - əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru, dosent Məmmədova Zahidə Gülməmməd qızı    
Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi ,11
Tel : (+994 12) 539 10 15
E-mailmemarliq@azmiu.edu.az