1. Beynəlxalq yay məktəbləri və stajkeçmə proqramları çərçivəsində 2013-cü ilin iyun ayında AzMİU-nun 6 tələbəsi Doğu Akdeniz Universitetinin İstanbulda təşkil etdiyi yay məktəbində, 14 tələbəmiz avqust ayında Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin fərqli idarələrində 1 aylıq staj proqramında, 1 tələbəmiz isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yay stajkeçmə proqramında iştirak etmişdir. 
Bundan başqa AzMİU-nun 4 əməkdaşı Təhsil Nazirliyinin icra etdiyi Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində oktyabr-noyabr aylarında İngiltərənin Northampton Universitetində ixtisasartırma kursu keçmişdirlər.
2. İkili diplom layihəsi. 2011-ci ilin mart ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İstanbul Texniki Universiteti arasında əldə olunmuş bakalavr pilləsi üçün ikili diplom protokolu sayəsində AzMİU-nun İnşaat fakültəsinin 1 tələbəsi 2013-2014-cü tədris ilindən İstanbul Texniki Universitetində təhsilini davam etdirir.
Universitetimiz Avropanın Erasmus Mundus, Tempus və Türkiyənin Mevlana Mübadilə Proqramını həyata keçirir.
3. Erasmus-Mundus Lissabon Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən Tempo layihəsi: “Dayanıqlı inkişaf üçün təhsildə trans Avropa mobilik layihəsi” çərçivəsində 7 tələbəmiz Portuqaliya, İspaniya və İtaliyada təhsil alır; Ispaniyanın Alikante Universitetinin 2 tələbəsi AzMİU-da təhsil alır. Eyni qayda ilə Tempo layihəsi üzrə 2012-2013-cü tədris ilində Vilnüs Gedminas Universitetinin 1 tələbəsi universitetimizdə təhsil almışdır.
- Monpelye 2 Universitetinin koordinatorluğu ilə həyata keçirilən "Backis" – “Qara və Xəzər dənizi regionları arasında” layihəsi çərçivəəsində 4 tələbəmiz Litva və İspaniyada təhsil alır.
4. “Ali təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi üçün şəraitin yaradılması” (ESDL National Operator and Test Centers in Azerbaijan) adlı Tempus layihəsi çərçivəsində AzMİU-nun 4 əməkdaşı noyabr ayında Polşada təlim toplantısında iştirak etmişdir.
5. Mevlana Mübadilə Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində  2 tələbəmiz ODTU-da, 5 tələbəmiz Sakarya Universitetində təhsil alır; 2 müəllimimiz dekabr ayında Sakaryada 2 həftəlik, 3 müəllim isə Bartın Universitetindən AzMİU-da 1 həftəlik təcrübə mübadiləsi həyata keçirmişdirlər.
Tələbə və magistrantlar 2013-cü ildə Universitet daxili, respublika və xarici ölkələrdə keçirilən elmi konfranslarda, olimpiadalarda, müsabiqələrdə və sərgilərdə iştirak etmişlər. Hesabat ilində tələbələrin ayrı-ayrı kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərinə cəlb olunmaları istiqamətində işlər davam etdirilmişdir.
2013-cü il may ayının 2-3-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümünə həsr edilmiş tələbə və magistrantların Respublikada  ilk dəfə olaraq Beynəlxalq Elmi Konfransı keçirilmişdir.
 Konfransda AzMİU-nun tələbələri ilə birlikdə Respublikanın bir neçə ali məktəb tələbələri həmçinin Gürcüstandan, Ukraynadan və Portuqaliyadan olan tələbələr və magistrantlar iştirak etmişlər.
Konfransda 17 bölmə üzrə 441 məqalə qəbul edilmiş və bölmələrdə məruzə edilmişdir. 245 məqalə nəşrə təqdim olunmuşdur. 
2013-cü ildə keçirilən konfranslarda, vorkşoplarda və sərgilərdə fərqlənənlər universitetin rektorluğu tərəfindən mükafatlandırılmış və diplomlarla təltif edilmişdir.
 
Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və isteh­salat­da tətbiqi. Elmi-tədqiqat işlərinin səmərəliliyi
Universitetdə aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında laboratoriya işləri, elmi məqalələr, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, əyani vəsaitlər, maketlər, plakatlar və s. hazırlanaraq tədris prosesinə tətbiq olunur. Elmi - tədqiqat işlərinin istehsalatda tətbiqi ilə bağlı bir neçə tövsiyyələr və təkliflər verilmişdir.