Qəbul qaydaları
AzMİU-nun Əcnəbi Vətəndaşların Hazırlığı Fakültəsi haqqında məlumat və qəbul qaydaları
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsi xarici vətəndaşlara aşağıdakı ixtisaslar üzrə bir illik kurslar təklif edir.
  • Memarlıq, dizayn
  • Tikinti mühəndis
  • Tikinti – iqtisadiyyat
  • Kimya, biologiya, tibb, idman, kənd təsərrüfatı
  • Fizika - riyaziyyat
Təhsil azərbaycan, rus və ingilis dillərində aparılır. Xarici tələbə hazırlıq fakültəsində təhsilini müvəffəqiyyətlə bitirdikdə, ona müvafiq ixtisas üzrə və təhsil aldığı dilə uyğun şəhadətnamə verilir.
Əcnəbi tələbələr aşağıda adları çəkilən universitetlərdə bakalavr, magistratura və aspirantura pillələrində təhsil ala bilər.
Universitetlərin siyahısı.
 Azərbaycan Memarlıq və İnşaat Universiteti                                    www.azmiu.ed.az
Memarlıq fakültəsi Memarlıq proqramı
İnşaat fakültəsi İnşaat proqramı
Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsi Kimya, biologiya proqramı
Nəqliyyat fakültəsi Tikinti mühəndis proqramı
İnşaat – Texnologiya fakültəsi İnşaat proqramı
Tikinti – İqtisad fakültəsi Tikinti-iqtisadiyyat proqramı
Mexanika və informasiya texnologiyaları fakültəsi İnşaat proqramı
 Azərbaycan Dövlət Dəniz Akademiyası                                                www.adda.edu.az
Dəniz texnikası və texnologiyası fakültəsi  
İnşaat proqramı
Dəniz naviqasiyası və menecmenti fakültəsi
Elektromexanika və radioelektronika fakültəsi
Bakı Biznes Universiteti                                                                         www.bbu.edu.az
Biznes və menecment fakültəsi Tikinti-iqtisadiyyat proqramı
İqtisadiyyat və idarəetmə fakültəsi
 Bakı Xəzər Universiteti                                                                         www.khazar.orq
Mühəndislik və Tətbiqi elmlər fakültəsi Tikinti mühəndis, Tikinti-iqtisadiyyat, Humanitar proqramları
İqtisadiyyat və menecment fakültəsi
Humanitar və Sosial Elmlər fakültəsi
 Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)                                    www.adau.edu.az
Aqronomluq fakültəsi  
 
Kimya, biologiya, tibb, idman, kənd təsərrüfatı, İnşaat,
Tikinti-iqtisadiyyat proqramları
Aqrotexnologiya fakültəsi
Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsi
Elektroenergetika və informasiya texnologiyaları fakültəsi
Mühəndislik fakültəsi
Aqrar İqtisadiyyat fakültəsi
Aqrobiznesin idarəedilməsi və menecment  fakültəsi
 Azərbaycan Qafqaz Universiteti                                                            www.qu.edu.az
Mühəndislik fakültəsi  
Tikinti – iqtisadiyyat proqramı
İqtisadiyyat və idarəetmə fakültəsi
Pedaqoji fakültəsi
 
Hazırlıq fakültəsində, magistr və aspirantlar üçün dil hazırlığı kursları fəaliyyət göstərir.
  • Azərbaycan
  • İngilis
  • Rus
Dil kurslarının təhsil müddəti 3-6 aydır.
Kursu müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat verilir.
Hazırlıq fakültəsinə sənəd qəbulu hər tədris ili iyul ayından etibarən aparılır. Dərslər sentyabr ayının 15-i başlanır (I semestr – 16 həftə; II semestr – 16 həftə).
Azərbaycan Memarlıq və İnşaat Universitetinin  hazırlıq fakültəsinə tam orta təhsil sənədi olan əcnəbi vətəndaşlar qəbul olunur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsində təhsil almaq üçün əcnəbi vətəndaş Azərbaycana gəlmədən öncə orta və ya ali təhsil haqqında diplomu, (şəhadətnaməni) mənsub olduğu ölkənin Təhsil Nazirliyində təsdiqlətməli, həmin və aşağıda adları sadalanan sənədləri onlayn və yaxud scan vasitəsi ilə aşağıda göstərilən elektron poçta təqdim etməlidir.
Təhsil üçün Azərbaycana yalnız tələbə vizası ilə daxil olmaq olar.
Tələbə vizası almaq üçün əcnəbi vətəndaşın göndərdiyi mövcud sənədlər daxil olduqdan və universitetin aid olan bölümündə yoxlanıldıqdan sonra əcnəbi vətəndaşa Universitetin rəsmi dəvət məktubu göndərilir. O məktubla  əcnəbi vətəndaş  Azərbaycanın həmin ölkədə təhsilə aid nümayəndəliyinə müraciət edib təhsil vizasını ala bilər.
Sənədlər  (təsdiq edilmiş)  elektron formada da təqdim olunmalıdır:
  • Orta təhsil haqqında sənəd (diplom, şəhadətnamə, sertifikat), ( keçdiyi fənlərin siyahısı ilə).
  • Xarici pasport və ya şəxsiyyəti təsdiq edən sənəd.
  • Tibbi arayış. (QİÇS, Hepatit  B, C)
  • Doldurulmuş elektron ərizə(nümunə)
  • E-mail. admission@azmiu.edu.az
Sadalanan sənədlər (Bakıda)  azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq edilməlidir.
Hazırlıq fakültəsinə yerində təqdim edilən sənədlərin siyahısı:
  • Ali təhsil müəssisəsinin rəhbərinini adına yazılan ərizə (ixtisas və təhsil dilini qeyd etməklə).
  • Orta təhsil haqqında sənəd (keçdiyi fənlərin siyahısı).
  • Xarici pasport və ya şəxsiyyəti təsdiq edən sənəd.
  • Tibbi arayış. (QİÇS, Hepatit  B, C)
  • 8 ədəd şəkil (3x4, arxa fon - qırmızı)
Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır. Təhsil haqqı hər tədris ilinin əvvəlində tələbənin özü tərəfindən Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə ABŞ dolları ilə ödənilir. Əcnəbi tələbə hər hansı üzrlü və üzrsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır. Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi statusunu alır.
Xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır: www.migration.gov.az  (Universitetdə miqrasiyaya cavabdeh şəxs tərəfindən) 1 illik müvəqqəti yaşamaq hüququ.
Xarici tələbə kitabxana, idman kompleksi, tibbi xidmət, yataqxana, habelə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələ üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edir və xarici tələbə öz növbəsində:
  • təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;
  • təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;
  • onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəyir.
2016/2017-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil haqqı
(ABŞ dolları ilə)
(Əcnəbilər üçün)
Hazırlıq fakültəsi 1000
Dil kursu 700
Bakalavr pilləsi
İxtisaslar Əyani Qiyabi
Memarlıq 2500 -
Digər ixtisaslar 2000 1800
Magistratura pilləsi
Memarlıq 2500 -
Digər ixtisaslar 2200 1800
Doktorant pilləsi
Bütün ixtisaslar üzrə 3000 2500
 
Ünvan: Bakı ş. AZ 1073, A.Sultanova 11,  I tədris binası
Beynəlxalq əlaqələr üzrə prorektor
Tel: (+994 12) 539 07 48
e-mail: prorektor-ir@azmiu.edu.az
 
Əcnəbi Tələbələrin Təhsili Dekanlığı
Tel.: (+994 12) 538 94 01
 e-mail: ettf@azmiu.edu.az
 
Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsi
Tel.: (+994 12) 510 21 09
Tel.: (+994 12) 432 52 26
e-mail: admission@azmiu.edu.az
            evhf@azmiu.edu.az
            foundation@azmiu.edu.az
            gulnara.asgaralizada@azmiu.edu.az
skype: Preparatory Faculty AzUAC, Azerbaijan
facebook: https://www.facebook.com/Education-of-foreign-students-at-AUAC-AzM%C4%B0U-1693065194286985/?fref=ts
whatsapp: (+994 55) 478 64 44