Yaradılmasının tarixi və məqsədi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin hazırlıq fakültəsi 1984-cü ildə Azərbaycan Respublikası Maarif Nazirliyinin sərəncamına əsasən yaranıb və ali təhsilə qədərki tədris müəssisəsidir. Ötən illər ərzində fakültədə dünyanın təqribən 60-dan cox ölkəsinin – Avropa və Afrika, Yaxın Şərq və Latın Amerikası, Asiya və MDB ölkələrinin 3000-dən vətəndaşı təhsil almış və onlara sertifikat verilmişdir.
Fakültənin əsas vəzifəsi xarici ölkələrdən olan dinləyiciləri AzMİU-da və Azərbaycanın digər ali təhsil ocaqlarında, həmçinin MDB ölkələrinin ali məktəblərində ali (bakalavr və magistr dərəcələri üzrə) pesə təhsili almaları ücun hazırlamaqdır.
Hazırkı təhsil dövrü Azərbaycana gələn əcnəbi vətəndaşların həm yeni  dil mühitinə uyğunlaşması nöqteyi-nəzərdən, həm də ali məktəbin  baza fənlərinin öyrənilməsinə hazırlıq baxımından ilk addımdır.
Beynəlxalq əlaqələr
Azərbaycan Memarlıq və İnşaat Universitetinin hazırlıq fakültəsinin Türkiyə Respublikasında Ankara və Qazi universitetlərinin hazırlıq fakültələri, “Türk Təhsil Mərkəzi”, İran İR-da Təbriz Universitetinin, Moskva Yol  Nəqliyyatı Universitetinin, Rusiya Xalqlar Dostluğu Universitetinin, Moskva Dövlət Universitetinin hazırlıq fakültələri ilə əməkdaşlıq haqda müqavilələri vardır.
Fakültənin tərkibi
Fakültənin tərkibinə  Azərbaycan və rus (ingilis)  dili kafedraları, həmçinin Ümumi fənlər kafedrası (ÜFK) daxildir. Bu gün kafedraların kollektivlərini uzun illər iş təcrübələri olan yüksək ixtisaslı metodistlər, təcrübəli müəllimlər, professor və dosentlər təşkil edir. Fakültədə müasir tələblərə cavab verən tədris-metodik təchizat yaratmaq istiqamətində böyük işlər gedir. Tədris prosesində təhsilin ən yeni metodlarından istifadə olunur, tədris materialları və onların təqdimat üsulları diqqətlə seçilir.
Fakültələrin əməkdaşları elmi tədbirlərdə fəal iştirak edirlər.
Təhsil
AzMİU-nun hazırlıq fakültəsində təhsil müddəti bir tədris ilidir: I semestr – 16 həftə; II semestr – 16 həftə.
Fakültədə təhsil alan tələbələr öyrənməli olduqları peşədən (hazırlıq istiqamətindən) asılı olaraq aşagıdakı ixtisaslar uzrə – memarlıq, mühəndis-texnik, inşaat-iqtisadiyyat, tibbi-bioloji, humanitar istiqamətlərdə peşəkar hazırlıq aparılır. Dillərlə yanaşı tələbələr seçdikləri ixtisasa uyğun olaraq riyaziyyatı, informatikanı, fizikanı, kimyanı, biologiyanı, iqtisadi və sosial coğrafiyanı, rəsmxəti, rəsmi öyrənirlər.
HF-da təhsil Azərbaycan, rus və ingilis dillərində ən yeni dərslik və dərs vəsaitləri əsasında və təhsilin müasir metodikasına əsaslanaraq  aparılır.
Fakültədə tədris işi ilə yanaşı müxtəlif auditoriyadankənar işlər – şəhər və şəhərkənarına (Qobustan, Qala və s.), muzey və sərgilərə ekskursiyalar, tematik gecə və konsertlər, tələbələrin konfranslarda iştirakları təşkil olunur. Birgə tədris və auditoriyadankənar iş dinləyicilərə Azərbaycan, onun mədəniyyəti və insanları haqda daha cox məlumatlı almaqda kömək edir, gənclik mühitində tolerantlığın təbliğinə imkan verir.
Tədris ili müddətində oxuyub buraxılış imtahanlarını müvəffəqiyyətlə verən əcnəbi vətəndaşlar onlara AzMİU-da, həmçinin Azərbaycanın digər ali məktəblərində seçdikləri ixtisas üzrə təhsillərini davam etdirmək hüququ verən hazırlıq fakültəsini bitirmək haqda şəhadətnamə alırlar.
Hazırlıq fakültəsində Azərbaycan, rus və ingilis dillərində dil öyrənmə kursları vardır. Bu kurslarda təhsil müddəti 3-6 aydır. İmtahanları müvəffəqiyyətlə verdikdən sonra tələbələr sertifikat alırlar.
HF-da təhsil müqavilə əsasındadır. Təhsil haqqı tədris ilinin əvvəlində ödənilir.
        

                      Dekanlıq :
Dekan – s.ü.f.d. Əsgərəlizadə Gülnarə Sabir qızı,  Mob: (+994 55) 478 64 44
   E-Mail:  gulnara.askaralizada@azmiu.edu.az                

      Dekan G.S. Əsgərəlizadə
Dekan müavini    –   Sultanova İranə Murat qızı,         Mob: (+994 50) 669 25 29
 
Fakültədə üç kafedra fəaliyyət göstərir:
  1. Azərbaycan dili və pedaqogika –kafedra müdiri f.ü.f.d.,dosent, Əhmədova Salatın Alı qızı.
  2. Rus dili - kafedra müdiri p.e.d.,prof. Osmanzadə Alimə     Osman   qızı
  3. Ümumi hazırlıq fənləri – kafedra müdiri f.r.e.n.,dosent, Hüseynov Hüseynağa  İbrahim oğlu

Qəbul qaydaları 
Əcnəbi vətəndaşların hazırlığı  fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur:

  1. “Azərbaycan dilində yazmağı öyrənirik” .  N.N.Əsədova, M.A.İsmayılova, Z.C.Cəlilova, Z.İ.Əliyeva, “Elm və təhsil”, Bakı-2011.
  2.  “Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin üslubi layları” . S. Əhmədova , “MBM”, Bakı-2014.
  3. “Azərbaycan dili” . A. Hacıyev , “Mars Print” , Bakı-2011.
  4. “Azərbaycan dilində leksik normalaşma”. R.Qasımova, ”Elm və təhsil”,  Bakı-2010.
  5. “Rəsmxətt”. I hissə, II hissə , R.Ə. Səlimbəyli,  Bakı-2009.
  6. “Biologiya. İnsan”. L.H.Məmmədova,   Bakı-2012.
  7. “Ümumi fizika kursu”.  T.M.Pənahov, İ.V. Musazadə, H.İ.Hüseynov , S.H.Məmmədova, Bakı-2014.
  8. “Ümumi informatikadan praktikum” M. M.Mehdiyev, Bakı-2009.
      9. “Материалы к лекциям по методике преподавания РКИ в вузе , Osmanzadə A.O.,   
            Vəkilova L.Q.  (müəllimlər və magistrantlar  üçün dərs vəsaiti)” – Bakı, 2011,(10ç/v).
      10.“Azərbaycan dilini öyrənəcək” (dərs vəsaiti), Əliyeva Z.İ. – Bakı, 2011,(5ç/v).
      11. “Rus dilinin ibtidai  kursu” (dərs vəsaiti) , Osmanzadə A.O.– Bakı, 2012,(10ç/v).
      12. “Пособие по развитию речи для студентов-архитекторов” (dərs vəsaiti),  Abbasova İ.M.,   
             Vəlibəyova R.C. – Bakı, 2013 (10ç/v). 
       13. WORLD ARCHITECTURE. Manual for students studying architecture and construction,
               
V. Aghalarova , Baku-2015 , 220p. 
      
14. "Pre-Algebra for the preparation department". Manuals. A.H.Hummatov, Baku-2015, 70 p. 
                     
Ünvan: AZ 1073  , A.Sultanova küç. 11, 4 korpus
Website:  www.azmiu.az
Dekanlıq: Tel.(+994 12) 510 21 09   (+994 12)   432 52 26
    E-Mail:  evhf@azmiu.edu.az