Universitetə əyani  və qiyabi şöbələrə əcnəbilərin qəbulu  hər tədris ili avqust  ayının 25-dən sentyabr ayının 15-nədək  aparılır. Dərslər sentyabr  ayının 15-i başlanır.  
      Universitetdə  bakalavr pilləsində   əyani şöbədə təhsil müddəti 4 il, qiyabi şöbədə isə 5
ildir. (Memarlıq və Dizayn ixtisaslarında qiyabi təhsil yoxdur). Magistr pilləsində təhsil müddəti əyani şöbədə 2 il, qiyabi şöbədə isə 2,5 ildir.
         AzMİU-da təhsil bütün ixtisaslar üzrə  azərbaycan və rus , memarlıq və inşaat mühəndisliyi ixtisasları üzrə ingilis  dilində aparılır.

             Əcnəbilər universitetdə təhsil almaq üçün aşağıdakı sənədləri təqdim edir: 
-seçdikləri ixtisas,tədris dili və təhsilalma forması göstərilməklə  universitetə qəbul üçün təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
-əvvəlki təhsil pilləsində keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış təhsil haqqında sənəd;
- sağlamlıq ,o cümlədən QİÇS,Hepatit B və C viruslarının daşıyısı olmaması haqqında arayış;
- etibarlı sərhədkeçmə sənədi;
- 6 ədəd 3x4 ölçüdə foto;
-tədris dilindən imtahan verilməsi barədə sertifikat
-fəxri təltiflər,sertifikatlar,diplomlar və bu kimi sənədlərin surətləri 
Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq edilməlidir.
 
     Əcnəbilərin dil səviyyəsi universitetdə təşkil olunmuş komissiya tərəfindən müəyyən  olunur.
     Seçdikləri dilə uyğun təhsil almaq istəyən əcnəbilər birbaşa AzMİU-nun I kursuna aşağıdakı   
hallarda qəbul oluna bilər:

-  ali və orta təhsil müəssisəsini azərbaycan,rus və ya ingilis dilində birtirmə sənədini təqdim etdikdə;
- ingilis dilində təhsil almaq üçün  beynəlxalz imtahan formaları üzrə yeterli bal topladığı halda(bakalavr üçün İELTS-5.0 bal;TOEFL-40 bal;sonrakı təhsil səviyyələri üçün İELTS-5,5 bal,TOEFL-50 bal).
- Azərbaycan Respublıkasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində təhsil almaq üçün müraciət edənlər;
    
     Yuxarıda  göstərilən şərtlərə uyğun sənədlər olmadığı halda əcnəbilər universitetin nəzdində dil hazırlığı kurslarını  keçərək müvafiq sənəd almalıdır.
     Əcnəbi tələbə ilə universitet arasında təhsil barədə müqavilə bağlanır və bu müqavilə tam təhsil müddəti üçün qüvvədədir.. Təhsil haqqı hər semestrin  əvvəlində tələbə tərəfindən   təsdiq olunmuş  məbləğdə  ABŞ  dolları ilə ödənilir. I kursa qəbul olunmuş tələbələr təhsil haqqını tədris ilinin əvvəlində tam ödəməlidirlər.
     Əyani şöbədə təhsil alan əcnəbi tələbələrin Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətində 1 illik müvəqqəti yaşamaq hüququ verilməklə qeydiyyatı  aparılır (www migration.gov.az)
     Təhsildə yüksək göstəricilər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə təhsillərini magistraturada davam etdirə bilirlər. Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən və dil hazırlığına dair sənədi  olmayan  əcnəbilər magistraturada təhsil almaq üçün  dil kurslarını keçməlidirlər.  
Magistr pilləsində təhsilini müvəffəqiyyətlə bitirən əcnəbilər  doktoranturada  təhsil ala bilərlər. Doktoranturada təhsil almaq istəyənlər üçün əsas şərtlərdən biri seçilmiş ixtisas profilinə uyğun referat və ya məqalənin təqdim olunmasıdır. Magistraturanı Azərbaycan Respublikasında bitirməyən əcnəbilər dil kurslarını  da  keçməlidirlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 2016/2017-cı tədris ili üçün təhsil haqqları                                      
                               (Əcnəbi vətəndaşlar üçün  ABŞ dolları ilə)
 
Bakalavr Pilləsi
İxtisaslar Əyani Qiyabi
Memarlıq 2500 -
Digər ixtisaslar 2000 1800
Magistratura
Memarlıq 2500
Digər ixtisaslar 2000 1800
Doktorantura
Bütün ixtisaslar 3000 2500
 Hazırlıq 1000
 Dil kursları 700
 
Ünvan :  AZ 1073, Bakı, A.Sultanova küç.11, I tədris binası
Beynəlxalq əlaqələr üzrə prorektor:
Tel: (+994 12) 539 07 48;  
e-mail: prorektor-ir@azmiu.edu.az
                                                         
Əcnəbi tələbələrin təhsili dekanlığı
Tel: (+994 12) 538 94 01;  
e-mail:  ettf@azmiu.edu.az;  

Əcnəbi tələbələrin hazırlıq fakültəsi :
 Tel: (+994 12) 510 21 09;  
e-mail:  htf@azmiu.edu.az;
  gulnara.asgaralizada@azmiu.edu.az