Yaranma tarixi: Azərbaycan Memarlıq və İnşaat Universitetində 1977-ci ildən xarici ölkələr üçün kadr hazırlığı aparılır. Fəaliyyətə başladığı gündən bu günədək universiteti dünyanın 40-dan artıq ölkəsindən  2000-dən artıq əcnəbi tələbə bitirmiş və 60-dan çox əcnəbi vətəndaş alimlik dərəcəsi almışdır.
Yarandığı 1977-ci ildən 1984-cü ilədək fakültənin dekanı Salahov M.A. olmuşdur. 1984-cü ildən 1992-ci ilə qədər fakültəyə ardıcıl olaraq Məmmədov M.Q., Qasımov C.C. və yenidən Salahov M.A. rəhbərlik etmişlər. 1992-ci ildən 1997-ci ilə qədər Məmmədov H.S. fakültənin dekanı olmuşdur. 1997-ci ildən 2001-ci ilə qədər fakültəyə Mərdanov İ.C. rəhbərlik etmişdir. 2001-ci ildən bu günə qədər fakültədə fizika-riyaziyyat elmləri namizədi Sadıkov Polad Mamed oğlu dekan vəzifəsində çalışır.
Fakültə:Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təlimata uyğun olaraqƏcnəbi TələbələrinTəhsili üzrə dekanlığın fəaliyyət istiqamətlərinə ali məktəbin müvafiq bölmələri ilə birlikdə əcnəbi tələbələrin təhsili və təcrübəsinin təşkili; təhsil almağa gələn əcnəbi tələbələrin qəbulu və yataqxanalara yerləşdirilməsi; əcnəbi tələbələrin kursdan kursa keçirilməsi, ali məktəbi bitirməsi və ya xaric edilməsi barədə əmrlərin layihəsinin hazırlanması; imtahan vərəqlərinin verilməsi daxildir. Əcnəbi magistr və doktorantların elmi işlərinin və dissertasiyalarının müdafiəsinin mövcud təlimata uyğun təşkili, onların təhsili və təcrübəsi ilə məşğul olan professor-müəllim heyətinin seçilməsi, işçi heyətin fəaliyyəti ilə bağlı işlərin təşkili üzrə təkliflərin hazırlanması və yerinə yetirilməsinin təmini də Əcnəbi TələbələrinTəhsili üzrədekanlığın fəaliyyət istiqamətinə daxildir.
Hal-hazırda universitetdə 15-ə yaxın ölkədən 650-dən artıq xarici vətəndaş təhsil alır. Bu tələbələrin böyük əksəriyyəti qardaş Türkiyə Respublikasındandır. Türkiyə vətəndaşları ÖSYS imtahanlarını verərək təhsillərini davam etdirmək üçün əsasən AzMİU-nu seçirlər.
Universitetdə təhsil alan əcnəbi tələbələr universitetin ictimai həyatında olduqca aktiv iştirak edir, keçirilən bir çox tədbirdə ya təşkilatçı, ya da iştirakçı qismində çıxış edirlər. Həm universitetdə,  həm də ölkədə universitetlər arasında keçirilən müxtəlif xarakterli – idman, musiqi, incəsənət, bilik və s. yarışlarında, müsabiqə və festivallarda universitetimizi layiqincə təmsil edir və çoxsaylı uğurlara imza atırlar.
 
















Fakültədə tədris: Dekanlıq əcnəbi vətəndaşların  seçimlərinə uyğun olaraq universitetdə tədris olunan demək olar ki,bütün ixtisaslar üzrə təhsilin bakalavr, magistr və doktorantura səviyyələrindətəhsillərini Azərbaycan vəRusdillərində təşkil edir.  2007-ci ildən universitetdə təhsilin bakalavr pilləsində memarlıq ixtisası üzrə və 2011-ci ildən inşaat mühəndisliyi  ixtisası üzrə ingilis dilində tədris aparılır. Təhsil əyani və qiyabi şöbədə həyata keçirilir. 
2009-2010-cu tədris ilindən universitetə qəbul olunan əcnəbi tələbələr   Boloniya konvensiyası tərəfindən müəyyənləşdirilən Beynəlxalq təhsil sistemi ilə təhsil alırlar.
Bakalavr pilləsində təhsil almaq istəyən xarici vətəndaşlar əvvəlcə universitetin hazırlıq fakültəsində 1 illikhazırlıq kursunu bitirməlidirlər. Hazırlıq fakültəsini müvəffəqiyyətlə bitirən əcnəbi vətəndaş seçdiyi ixtisas və dilə uyğun universitetdə təhsilini davam etdirir. Əcnəbi vətəndaşlar ödənişli əsaslarla və dövlət hesabına təhsil alırlar. Universitetdə  əyani şöbədə təhsil müddəti 4 il, qiyabi şöbədə isə 5 ildir. (Memarlıq ixtisası üzrə qiyabi təhsil forması yoxdur). Təhsil Azərbaycan, rus və memarlıq ixtisası üzrə ingilis dilində də aparılır.
Təhsildə yüksək göstəricilər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə  təhsillərini magistr  pilləsində davam etdirə bilirlər. Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar  magistraturada təhsil almaq üçün dil kurslarını keçməlidirlər. Magistraturada təhsil müddəti əyani şöbədə 2 il,qiyabi şöbədə isə 2,5ildir. Əcnəbi vətəndaş müvəffəqiyyətlə təhsilini bitirdikdə ona təhsil səviyyəsinə uyğun müvafiq ixtisas və dərəcə almağına dair diplom verilir.
Magistr səviyyəsində təhsilini müvəffəqiyyətlə bitirən xarici vətəndaşlar doktoranturada  təhsil ala bilirlər. Magistraturanı Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar dil kurslarını keçməlidirlər.
 
Dekanlıq:
Dekan – Dosent   Sadıkov  Polad  Mamed oğlu
Tel: (+99412) 538 94 01
E-mail: ettf@azmiu.edu.az
 
Dekan müavini – Sərdarova   Kəmalə  Şəmsəddin  qızı
Tel: (+99412) 538 94 01
E-mail: ettf@azmiu.edu.az
 
 
Ünvan:Az 1073, Bakı, A. Sultanova küçəsi 11.
Tel: (+99412) 538 94 01
E-mail: ettf@azmiu.edu.az