AzMİU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib
 2017-10-26
          Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. AzMİU-nun rektoru  gündəlikdə duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib, şuranın genişləndirilmiş iclasının keçirilməsi səbəblərinə aydınlıq gətirib. Bildirib ki, bu günki iclasa şura üzvləri ilə yanaşı, müəllimlərin də dəvət edilməsi, müzakirə olunacaq məsə­lə­lər­in bir­b­aşa on­lara aid­iyyatı olmasıyla bağlıdır.
Şu­ra zamanı ETŞ-nin müdiri Rzayeva Nərmin bu ilin sonunda Universitetmizdə ilk dəfə keçiriləcək  “2016-2017-ci illərin ən yaxşı məqaləsi” müsabiqəsi haqqında məlumat verib. N.Rzayeva  bildirib ki, müsabiqədə iştirak üçün sənəd qəbulu dekabrın 10-dək davam edir. Şöbə müdiri eyni zamanda məlumat verib ki,  nəzərdə tutulmuş müddət ərzində sənədlərin qəbuluna aid suallarla Elmi-tədqiqat şöbəsinə müraciət edilə  bilər (I korpus, 308 nömrəli otaq).

_______________________________________________________________________________________________

AzMİU-nun prorektoru "İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal" mövzusunda keçirilən konfransda çıxış edib
 2017-10-21 
      Oktyabrın 20-də İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Memarlıq və İnşaat Universiteti və "Schneider Electric" şirkətinin birgə təşkilatçılığı ilə "İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal" mövzusunda konfrans keçirilib.
      İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsinin fəaliyyətə başladığını, yeni rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələrinin yaradıldığını, idxaldan asılılığın azaldıldığını, ixrac potensialının yüksəldiyini qeyd edib. V.Vəliyev, həmçinin dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına və kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritələrində 2017-2020-ci illər üzrə əsas götürülmüş hədəflərdən, ötən müddət ərzində bu hədəflər üzrə görülmüş işlərdən bəhs edib. Bildirilib ki, bu yol xəritələrində mövcud aktivlərin səmərəli istifadə olunması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi əsas strateji hədəflər kimi seçilib.
      İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru sənayeyönümlü özəl müəssisələrin, universitetlərin və dövlətin əməkdaşlığının gücləndirilməsinin, ideya və texnologiyaların sənayedə tətbiqinin səmərəliliyin artırılmasında rolunu vurğulayıb.
      Daha sonra AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov çıxış edərək universitetin rektoru Gülçöhrə Məmmədova adından konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Prorektor dünyada sənayenin yüksələn templə inkişafının nəticəsi olaraq enerji resuslarına artan təlabatdan danışaraq, bir çox hallarda onlardan qənaətlə istifadə məsələsinin ortaya çıxmasına diqqət çəkib. Bu baxımdan bu gün müzakirə ediləcək mövzunun əhəmiyyətliliyi ilə seçildiyini qeyd edib.
      Prorektor bildirib ki, son illərdə respublikanın istehsalat sahələri ən müasir texnika və texnologiyalarla təchiz olunub və bununlada ölkəmizin gələcək inkişafı, xalqımızın maddi rifahının yaxşılaşdırılmasına qulluq edəcək yüksək ixtisaslı kadrların hazırlanmasında, ali təhsil müəssisələri və istehsalat müəssisələrinin birgə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. AzMİU bu sahədə respublikanın bir çox aparıcı müəssisələri ilə (Azərsu, Meliorasiya və ST ASC, Pasha Holding, Socar, Holcim və.s) sıx əməkdaşlıq edir. Həmin təşkilatların bəzilərinin universitetdə laboratoriyaları fəaliyyət göstərir. İstərdik ki, yaxın zamanlarda "Schneider Electric" şirkəti ilə də belə əməkdaşlığımız olsun.
      Şirkət nümayəndələrinin də universitetlə əlaqələr qurmaqda maraqlı olduqlarını deyən AzMİU-nun prorektoru bir neçə gün öncə universitetdə baş tutan görüş zamanı bu məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.
      Plenar sessiyada İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru V.Vəliyev “Sənayedə məhsuldarlıq və səmərəliliyin artırılması istiqamətləri”, direktor müavini Arzu Hüseynova “Kiçik və orta sahibkarlığın imkanlarının genişləndirilməsində innovativ infrastrukturun inkişafı: model müəssisələrin yaradılması xüsusiyyətləri”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis sistemləri və qurğuların tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov “Enerjidən səmərəli istifadə”, "Schneider Electric" şirkətinin Orta Asiya üzrə rəhbəri “Azərbaycanda Schneider Electricin fəaliyyəti haqqında. Sənaye, İnfrastruktur və digər sahələr üzrə layihələrdə iştirak imkanları” şirkətin nümayəndələri Süleyman Aydemir, Emrah Tekdemir enerji effektivliyi mövzularında təqdimatlarla çıxış ediblər.
      Konfransda İqtisadiyyat Nazirliyinin, aidiyyəti qurumların, ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri, AzMIU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev, Memarlıq fakültəsinin müəllimi Yeganə Hacıyeva, Elmi tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva və digər elmi işçilər iştirak ediblər.
      Sonda geniş müzakirə keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.
 
______________________________________________________________________________________________
AzMİU-nun prorektoru "İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal" mövzusunda keçirilən konfransda çıxış edib
 2017-10-21 16:03:27

Schneider Electric” şirkətinin nümayəndələri AzMİU-da
 2017-10-18 11:51:34
      Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları “Schneider Electric” şirkətinin Azərbaycandakı nümayindələri ilə birlikdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkdaşlıq görüşü və təlim keçirib.
         Görüşdə çıxış edən tədris işləri üzrə prorektor Akif Qasımov qonaqları salamlayıb, müasir dövrün tələblərinə cavab verən güclü kadr potensialının yetişməsində istehsalatın əhəmiyyətli rolundan danışıb.  Universitetin daim istehsalat müəssisələri ilə əməkdaşlıq etdiyini, “Schneider Electric” şirkətinin  nümayəndələrinin universitetlə əlaqələr yaratmaqla  kadr hazırlığına dəstək olmaq istəyini müsbət hal kimi dəyərləndirib.
         “Schneider Electric” şirkətinin nümayəndəsi Mirməhəmməd Səmədzadə çalışdığı şirkətin enerjiyə qənaət və enerji səmərəliliyi mövzusunda bir çox layihələr həyata keçirildiyini və son illərdə şirkət tərəfindən hazırlanan enerji effektivliyi proqramından danışıb.   Proqramda nəzərdə tutulmuş tədbirlər arasında ən vacib məsələnin universitetlərlə əməkdaşlıqların yaradılması olduğunu və bu işdə maraqlı tərəf kimi çıxış etdiklərini vurğulayıb. M.Səmədzadə qeyd edib ki, əməkdaşlıqda məqsəd AzMİU-da yetişən kadr hazırlığı işinə dəstək olmaq və gələcəkdə universitetdə şirkətin laboratoriyasını yaratmaqdır.
          Müzakirə olunan məsələlər arasında  enerjiyə qənaət və enerji səmərəliliyi üzrə innovativ texnologiyaların tətbiqi üzrə layihələndirmə, laboratoriyaların qurulmasında “Schneider Electric” şirkətinin təcrübəsindən faydalanmaq imkanları, qurulması nəzərdə tutulan “Texnoloji Mərkəz”in birgə layihəsinin hazırlanması, habelə, sözügedən infrastrukturun formalaşdırılması üzrə kadr potensialının gücləndirilməsi, idarəetmə sturukturunun formalaşdırılması olub.  Müzakirə olunan mövzu ətrafında fikir mübadiləsi aparılıb. Gələcəkdə əməkdaşlıq əlaqələrinin universitet və şirkət nümayəndələri üçün müsbət tərəflərinə də toxunulub.
          Daha sonra  “Schneider Electric” Şirkətinin Enerji verimliliği danışmanı Enes Akgün, Şirkətinin xidmət üzrə mühəndisi Elbəy Rüstəmzadənin mövzu ilə bağlı çıxışları dinlənilib.
        Görüşdə  İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova , Marketinq və koordinasiya şöbəsinin baş mütəxəssisi Fatma İmaməliyeva, “Schneider Electric” Şirkətinin Enerji verimliliği danışmanı Enes Akgün, Şirkətinin xidmət üzrə mühəndisi Elbəy Rüstəmzadə, AzMİU-nun Su təsərrüfatı və Mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev, Mühəndis sistemlərivə qurğuların tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, Elmi tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva iştirak ediblər.

_________________________________________________________________
AzMİU-da elmi əsərlərin beynəlxalq nəşr bazalarına inteqrasiya perspektivləri müzakirə olunub
 2017-10-17 11:33:47
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsi və nəşriyyat bölməsi "Elmi əsərlərin beynəlxalq nəşr bazalarına inteqrasiya perspektivləri" mövzusunda seminar keçirib. 
           Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin  Rzayeva məruzə ilə çıxış edərək bildirib ki, seminarın keçirilməsində əsas məqsəd AzMİU-nun magistr, doktorant və dissertantlarını elmi məqalələrin yazılış və tərtibat qaydaları ilə tanış etmək, universitetin “Elmi-əsərlər” jurnalı haqqında yeni məlumatlar verməkdir. Şöbə müdiri çıxışında EBSCO elektron kitabxanasından və Thomson Reuters elmi nəşrlərin beynəlxalq məlumat bazasından istifadə qaydaları, müasir beynəlxalq nəşrlərə istinadların verilməsi  barədə də seminar iştirakçılarını məlumatladırıb. O,  həmçinin, elmi məqalələrin yazılmasının beynəlxalq tələb və standartlara müvafiq olmasından, elmi axtarışlar və tədqiqatların aparılmasında alimlərin beynəlxalq elektron bazalardan optimal istifadə yolları, məqalənin beynəlxalq səviyyədə işlənib hazırlanması prespektivləri və imkanlarından danışıb.
         “Elmi-əsərlər” jurnalının məsul katibi Samirə Ələkbərova universitet tərəfindən nəşr olunan  və  məsul katibi olduğu jurnal barədə məlumat verərək, burda yer alan məqalələrə qoyulan tələblərdən danışıb. O, müasir dövrdə dünya elminə inteqrasiyanın elmi araşdırmaların dünya səviyyəsində aparılmasını, elmi əsərlərin istinad indeksli jurnallarda dərcini, bu sahədə beynəlxalq əlaqələrin davamlılığını  tələb etdiyini diqqətə çatdırıb. S.Ələkbərova AzMİU-nun fakültə və kafedralarında işləyən müəllimlərin elmi məqalələrinin jurnalda nəşrinin vacibliyinə toxunub, onları bu işdə fəal olmağa səsləyib.

_____________________________________________________________________________________________________________________
ELAN!
Universitet əməkdaşlarının, doktorantların, müəllim və professor heyətinin nəzərinə!!!
16 oktyabr 2017-ci il saat 15:00-də I korpusun III mərtəbəsinin konfrans zalında Elmi-Tədqiqat Şöbəsi və Nəşriyyat bölməsi tərəfindən "Elmi əsərlərin bexnəlxalq nəşr bazalara inteqrasiya perspektivləri" mövzusunda seminar keçiriləcək. Seminarda müzakirə olunacaq mövzular:
  -Elmi məqalələrin yazılış və tərtibat qaydaları;
- “Elmi-əsərlər” jurnalı haqqında yeni məlumatlar;
-EBSCO electron kitabxanasından və Thomson Reuters elmi nəşrlərin beynəlxalq məlumat  bazasından istifadə qaydaları;
-Müasir beynəlxalq nəşrlərə istinadların verilməsi.

Tel.:(+994 12) 539 10 45 (531)

_____________________________________________________________
AzMİU professor-müəllim heyəti arasında “2016-2017-сi İLLƏRİN ƏN YAXŞI MƏQALƏSİ” müsabiqəsinin keçirilməsi haqqında

ELAN
22.12.17 tarixində Universitetimizdə fəal çalışan alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə 2017-ci ildə dərc olunmuş ən yaxşı elmi məqalələrin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur. Qaliblərə universitet və HOLCİM şirkəti tərəfindən pul mükafatları və diplomlar təqdim ediləcəkdir. Qaliblərin seçimi prosesində Universitet rəhbərliyi, Elmi-tədqiqat şöbəsi və dəvət olunan müstəqil ekspertlər iştirak edəcəkdir. Müsabiqədə YALNIZ nüfuzlu bazalara (Thomson Reuters, Springer, Scopus, РИНЦ, EBSCO) daxil olan jurnallarda dərc olunmuş elmi əsərlərə baxılacaqdır. Qaliblərin seçimi zamanı Science Citation İndex-li jurnallarda dərc olunmuş məqalələrə üstünlük veriləcəkdir. Müsabiqədə iştirak etmək üçün aşağıdakı əsas tələblər ödənilməlidir:
  • Müsabiqədə yalnız əsas iş yeri AzMİU olan əməkdaşlar iştirak edə bilərlər (təqdim olunan məqalədə tədqiqat aparılan müəssisə kimi AzMİU göstərilmək şərti ilə);
  • Elmi işin əsli (orijinalı) Elmi-tədqiqat şöbəsinə təqdim olunmalıdır;
  • Elmi işin nəşr olunma tarixi: yanvar 2016-ci il – dekabr-2017-cü il arasında olmalıdır;
  • Elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, hər müəllifin bu elmi işin müsabiqədə iştirakına dair yazılı razılığı olmalıdır (forma üçün Elmi-tədqiqat şöbəsinə müraciət edə bilərsiniz);
  • Elmi işlə bağlı internet linkləri (web səhifələr, nəşriyyat, istinadlar və s.) elmi_tadqiqat@azmiu.edu.az electron ünvanına göndərilməlidir;
  • Müsabiqəyə hər əməkdaş yalnız 1 iş təqdim edə bilər;
  • Müsabiqəyə sənədlərin təqdimi 1 müəllif/həm-müəllif tərəfindən həyata keçirilə bilər;
  • Tezis, konfrans materiallarında çap olunmuş işlər baxılmaq üçün müsabiqəyə qəbul edilmir;
  • Qaliblərin seçimi zamanı tətbiqi xarakterli, istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla) elmi işlərə üstünlük veriləcəkdir;
  • Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar dekabrın 10-dək qəbul ediləcəkdir.
Nəzərdə tutulmuş müddət ərzində sənədlərin qəbuluna aid suallarla Elmi-tədqiqat şöbəsinə müraciət edə bilərsiniz (I korpus, 308 nömrəli otaq). Əlaqə telefonu: (012) 539-10-45 (daxili 6-32). 
_________________________________________________________________________________________________________________________
Elmi-tədqiqat şöbəsinin müdiri Rzayeva Nərmin və şöbənin mütəxəssisi Əsədova Mahirə, operatoru Əhmədova Göyçə, “Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi” laboratoriyasının işçiləri: tərcüməçi  İbrahimova Firuzə, operatoru Həsənova Turan və Nəşriyyat bölməsinin  korektoru Əliyeva Zərnişan  “Mühəndislik elmində innovativ texnologiyalar”  adlı Beynəlxalq simpoziumun  təşkilində iştirak etdilər.

_________________________________________________________________________________________________________________________________

Mahirə  Əsədova 17 may 2017-ci il tarixində  Azərbaycan Texniki Universitetində TVİNNİNQ layihəsi çərçivəsində "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" mövzusunda seminarda iştirak edib.

Avropa  İttifaqı və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə icra etdikləri  TVİNNİNQ layihəsi Çex Metrologiya İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutunun  yaratdığı  əməkdaşlıq çərçivəsində icra olunur. Qeyd olunub ki, iki il müddətinə icra olunan layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.

Çex Metrologiya İnstitutunun əməkdaşı, Aİ-nin eksperti Tomas Hajduk və Sloveniyanın nümayəndəsi, layihənin koordinatoru Yekaterina Vladimirovna (Ölçmənin) qeyri-müəyyənliyi, ölçmənin modelləşdirilməsi haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

Seminarda iştirak edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Metroloji təminat şöbəsinin baş məsləhətçisi, professor Yusif Həsənov TVİNNİNQ layihəsi haqqında məlumat verib və ölkə iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sahələrini tənzimləyən qanunvericilik aktlarının Avropa təcrübəsinə uyğunlaşdırılmasını vurğulayıb

____________________________________________________________________________________________
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Plagiat.pl MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mərasimdə rektor Gülçöhrə Məmmədova elmi işlərin, dərs vəsaitlərinin, monoqrafiyaların və s. plagiat baxımından yoxlanılmasının ali təhsil müəssisəsi üçün çox vacib olduğunu, Təhsil Nazirliyinin də bu məsələyə diqqətlə yanaşdığını bildirib. Müxtəlif antiplagiat proqramlarının mövcud olduğunu deyən rektor StrikePlagiarism.com antiplagiat sisteminin universitetdə istifadəsi ilə bağlı Plagiat.pl MMC ilə danışıqlar getdiyini iştirakçıların diqqətinə çatdırıb: “Bu şirkətlə işbirliyi qurmağa qərar verdik, birillik müqavilə imzalayacağıq”.
MMC-nin Azərbaycan filialının direktoru Əli Təhməzov isə qeyd edib ki, Plagiat.pl (Strikeplagiarism.com beynəlxalq brendin adıdır) 2002-ci ilin iyun ayında yaradılıb. Şirkət pedaqoqlara universitetlərdə plagiat ilə mübarizədə dəstək göstərir. Strikeplagiarism.com Polşa, Rumıniya, Almaniya, Kolumbiya bazarlarının lideridir, həmçinin MDB məkanında Qazaxıstan, Ukrayna, Moldova və Azərbaycanda fəaldır.
Vurğulanıb ki, müqavilənin şərtlərinə uyğun olaraq universitetdə tədqiqatçılar üçün Strikeplagiarism.com antiplagiat sisteminin istifadəsinə dair təlimlərin keçirilməsi planlaşdırılır.
Sonra tərəflər əməkdaşlıq müqaviləsi imzalayıblar.
_________________________________________________________________________________________________________________

II Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub

Elmin İnkişafı Fondu 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli sazişin müddəalarını nəzərə almaqla II Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.

Müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi xarakterli və 100 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 16-dan mayın 15-i saat 17:00-dək təqdim olunmalıdır. Nəticələrin Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin məcburi dövlət ekspertizasının bitmə tarixindən asılı olaraq 2017-ci ilin sentyabr ayında açıqlanması planlaşdırılır.

Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə seminarların keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat və müsabiqənin keçirilməsi qaydaları ilə ətraflı olaraq Fondun İnternet səhifəsindən (http://sdf.gov.az) tanış olmaq olar.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
25-26 Oktyabr  2016 – cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının (AAPT) tərəfindən təşkil olunmuş “Patent hüquqlarında müasir istiqamətlər ” mövzusunda  keçirilən regional seminarda əməkdaşlarımız  Mahirə Əsədova , və Göyçə  Əhmədova  iştirak etmişlər.
   Seminarda “Üzv ölkələrdə əqli mülkiyyət sisteminin inkişafı sahəsində ÜƏMT-nin fəaliyyəti ”, “Patentlərin qorunması və istifadəsində müasir istiqamətlər ” , “Beynəlxalq  patent sisteminin ən yeni nailiyyətləri ”,  “Patent sahəsində Azərbaycan qanunvericiliyi , norma yaradcılığı fəaliyyəti ”,  “Patentlərin səmərəliliyi”, “Əczaçılıq sahəsində patent qabiliyyətinin qiymətləndirilməsi” və s mövzularda məruzələr dinlənlib.
 
_____________________________________________________________________________________________________________________________________________________________________

Elmi-tedqiqat şöbəsinin işciləri ZərnişanƏliyeva  və  Firuzə İbrahimova İyunun 22-23də Azərbaycan Dövlət İqtisad Universitetində Thomson Reuters Sertifikatlaşma Proqramını uğurla başa çatdıraraq, 'Web of Science', 'Journal Citation Reports', 'ResearcherID', 'Endnote Basic' üzrə, sertifikata layıq görüldülər.