“Texnoloji maşın və avadanlıqların
 
təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası
 
Laboratoriyanın rəhbəri texnika elmləri doktoru, professor Arif Rza oğlu Şərifovdur.
 
“Texnoloji        maşın  və   avadanlıqların təkmilləşdirilməsi”  elmi-tədqiqat
 
laboratoriyası  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.13-cü il tarixli
 
  1. saylı əmri ilə yaradılmışdır. Laboratoriyanın əməkdaşlarının tərkibi belədir: Laboratoriya rəhbəri, böyük elmi işçi, operator, tərcüməçi.
 
2014-2018-ci illər üçün laboratoriyada aparılacaq elmi-tədqiqat elmi tədqiqat işlərinin mövzularına bunlar daxildir:
 
  • Faza dəyişmə prinsipi ilə işləyən nasosun tədqiqi
 
  • Hidravlik intiqallı texnoloji maşın və avadanlıqların işçi mayelərinin çirklənmə səbəblərinin araşdırılması
 
  • Işçi mayeni təmizləyən qurğuların təkmilləşdirilməsi
 
2013-2014-cü illərdə “Faza dəyişmə prinsipi ilə işləyən nasosun tədqiqi” mövzusunda tədqiqat aparılmışdır. Apardığımız tədqiqatın bir nəticəsi olaraq, ikinci növ faza dəyişmələri zamanı müşahidə olunan püskürmə-sorma effektindən istifadə edərək maye kütləni nəql edə bilən istilik nasosu yaradıldı. İstilik nasosu maye halında olan bütün maddələrin nəql edilməsində tətbiq edilə bilər. Bu qurğunun əsas fərqli cəhəti ondan ibarətdir ki, digər istilik maşınlarında yalnız buxarlanma zamanı yaranan təyziqdən istifadə edərək iş görülərsə, burada kondensasiya zamanı yaranan vakuumdan da istifadə edilir. Əlavə mühərrikə, nasosa və ötürücüyə ehtiyac olmur, böyük yüksəkliyə mayeni vura bilir, avtonom çalışa bilir. Tədqiq edilən istilik nasosunun işləmə prinsipini kütlə nəqlindən başqa bir sıra digər sahələrdə də tətbiq etmək mümkündür. Məsələn, elektrik generatorlarının işlədilməsində, soyuducu maşınların kompressorlarında və s. Mövzuya aid iki məqalə çap edilmişdir.

Cəlilova Günel İsa qızı-Kiçik elmi işçi -Cəlilova Günel İsa qızı 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı şəhər 64 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2005-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Dillər Universiteti “tərcümə - ingilis dili” fakültəsinə daxil olmuşdur. Ali məktəbi 2009-cu ildə bitirib və Gəncə Dövlət Universiteti “tərcümə və dillər arası əlaqə” ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. 2009-cu ildən AzMİU-nun “Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasında tərcüməçi kimi fəaliyyət göstərir.
Həsənova Turan Elçin qızı- operator
 
 
 
Həsənova Turan Elçin qızı 1985- ci il oktyabrın 21-də Bakı şəhərində anadan olub. 1992-ci ildə 176 saylı orta məktəbə getmişdir. 2003-cü ildə orta məktəbi bitirib. 2004-cü ildə Qafqaz Universitetinin Filologiya fakültəsinin İngilis Dili və Ədəbiyyat şöbəsinə daxil olub. 2009-cu ildə Universiteti bitirib. 2009-2010 tədris ilində Odlar Yurdu Universiteti nəzdində yerləşən Britaniya məktəbində müəllim assistenti işləyib. 2011-2012-ci illərdə 176 saylı tam orta məktəbdə kargüzar işləyib. 2013-cü ildən hal-hazıra kimi Azərbaycan Memarlıq və İnşaat

Universitetində “Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi” laboratoriyasında operator vəzifəsində işləyir.