Metal və ərintilər fizikası
 
 
Elmi tədqiqat laboratoriyası
 
 
1988-ci illərdə AzMİU-da Fizika kafedrasında elmi tədqiqat işləri geniş miqyasda inkişaf edirdi. Müasir fizikanın ən aktual problemlərini əhatə edən
 
istiqamətlər üzrə çoxkomponentli maqnityumşaq ərintilərin quruluşu və fiziki
xassələri,  alınmış nəticələrin    müxtəlif    istehsalat sahələrində tədbiqləri
mövzusunda T.M.Pənahovun  rəhbərliyi  altında araşdırmalar aparılırdı. Bunun
nəticəsi olaraq   o,  doktorluq dissertasiyası   müdafiə  etdi. T.M.Pənahovun
Metallar fizikası sahəsində   apardığı   elmi tədqiqat işləri diqqətdən kənarda
qalmadı . İstər  tədqiqatların əhəmiyyəti, istərsə   alimin elmi potensialı  yeni
bir elmi mərkəzin yaradılmasına səbəb oldu. Respublika,  İttifaq və Beynəlxalq
miqyaslı konfrans  və simpoziumlarda məruzələrin elmi dəyərini nəzərə alan
Təhsil nazirliyi AzMİU-nun  Fizika kafedrasında Metal və Ərintilər fizikası
elmi tədqiqat laboratoriyası yaradılmasını məqsədəuyğun saydı (08.04.1991-ci
il  231 saylı əmr).   Laboratoriyaya   rəhbərlik     f.r.e.d.  prof.  T.M.Pənahova
tapşırıldı.   Metal  və ərintilərin tədqiqi  üçün   Azərbaycanda yeganə mərkəz
kimi yaradılmış, müasir avadanlıqla təchiz edilmiş, laboratoriya fəaliyyətini
uğurlarla davam etdirir. Elektron paramaqnit rezonans spektrometri, Optik və
maqnitooptik universal qurğusu Moskvada xüsusi mükafata layiq  görülüb.
Materialların maqnit və elektrik xassələrini tədqiq etmək üçün qurğularla
təchiz edilən laboratoriyada yüksək temperaturlarda termik, termomaqnit emalı,
krio və mexaniki emal kimi ölçmələr aparmaq üçün qurğular  hazırlanıb. Hazırda
nazik lövhələrdə tədqiqatı daha incə ölçmələrdə aparmaq üçün Atom qüvvət
mikroskopu alınıb. T.M.Pənahov  Budapeşt Texniki Universitetində, Elmlər
Akademiyasında Elmi  təcrübə mübadiləsində   olmuş, amorf  maqnit yumşaq
ərintilərin alınma texnologiyasını öyrənmiş və elmi tədqiqat laboratoriyasında
qurğunun quraşdırılmasına nail olmuşdur. Hazırda nanotexnologiya sahəsində
müasir səviyyədə işlər aparılmaq üçün qurğular hazırlanır.        
 
1991-ci  ildə AzTU-nun Metallurgiya  fakültəsində  Metallar  fizikası
ixtisasının açılmasının təşəbüskarı olan  T.M.Pənahov tədris  planını  və  fənn
proqramlarını tərtib etmişdir. Bu işlər sonradan AzMİU-nun  fizika kafedrasına
keçirilmişdir.  AzMİU-da  “Fizika” kafedrası  nəzdində “Metallar fizikası”
ixtisasının açılmasında və bu sahədə elmi kadrların yetişdirilməsində prof.
T.M.Pənahovun  fəaliyyəti  əvəzsizdir. Kafedranın nəzdində “Metallar fizikası”
ixtisası üzrə   magistrlar hazırlanır və elmi tədqiqat laboratoriyalarında elmi-
texniki tələblərə cavab verən magistr dissertasiyaları müdafiə olunur. İran və digər
xarici dövlətlərdən magistrlar hazırlayırlar.        
Laboratoriyada bir neçə nəfər aspirant, dissertant, doktorant kimi elmi
 
tədqiqat   işlərini    yerinə   yetirmiş,   elmlər   namizədi  alimlik  dərəcəsi    almışdır.
 
Musayev Zabit Səməd oğlu Türkiyə Universitetində bölüm başkanıdır, İsgəndərov İslam Əsəd oğlu Aviasiya Akademiyasında kafedra müdiridir, elmlər doktorudur. Əhmədov Valik İbrahim oğlu Fizika kafedrasında dosentdir, Hüseynov Firudin Səfər oğlu Metallurgiya sahəsində müstəqil elmi işlər aparır, İbrahimov Aydın İsmayıl Tədris müdiridir, müxtəlif yerlərdə işləyirlər, bundan başqa Mirzəliyev İntiqam Əlisabir oğlu, İsayeva Aida Əjdər qızı, Rəfiyev Nurlan Mərhəmət oğlu dissertasiya işi üzərində çalışırlar. Universitetdə keçirilən tələbə elmi konfranslarında laboratoriyada aparılan elmi işlərdə iştirak edən tələbələr müvafiq mövzularda çıxış edirlər. “Materiallar fizikası” ixtisasında oxuyan bakalavr və magistrlar uyğun kurslarda laboratoriya işlərini və buraxılış işlərini yerinə yetirirlər. Laboratoriyada alınan nəticələr ümumi fizika kursunun
 
bir çox bölmələrində, “Metallar fizikası”, “Səthin radiasiya və yüksək enerjili şüalarla emalı”, “Rezonans tədqiqat metodları”, “Metalları dağıtmadan müayinə üsulları” və s. fənnlərin tədrisində istifadə edilir. Laboratoriyada görülən tədqiqat
 
işləri əsasında yazılmış  dərs vəsaitindən     ixtisas qruplarında oxuyan tələbələr və
 
elmi işçilər istifadə edirlər.
 
Laboratoriyada Tədqiqatın      nəticəsi  olaraq       “Nikel  əsasında   ərintilərin
 
quruluşu   və  fiziki  xassələri”  mövzusunda  monoqrafiya  (Rus  və  Azərbaycan
 
dilində) elmi kütləvi “Maqnetizm” kitabı nəşr edilib.
 
Alınan nəticələr 4 müəlliflik şəhadatnaməsinə, laboratoriyada 4 patentə, 7-dən çox sertifikata layiq görülüb.
 
Metallurgiya, radiotexnika, elektrotexnika, informasiya texnologiyaları sahələrində geniş tətbiq olunan bu materialların tətbiqi xüsusi maraq kəsb edir. Keçid və nadir torpaq elementləri ilə legirlənmiş FeCo ərintilərindən alınan materiallar kompakt və ovuntu halında hidrogen mühitində termomaqnit və termik emal edilmiş, ərintilərin quruluşunu, elektrik və maqnit xassələrini tədqiq etməklə yanaşı, alınan nəticələr kollektivləşmiş, lokallaşmış elektron modelinə və fluktuasiya nəzəriyyəsinə görə nəzəri izah edilmiş istehsalata tövsiyə olunmuşdur. Alınan ərintilərin fiziki xassələri cədvəldə verilmişdir və 1 sm2-də müasir səviyyədə 105-106 informasiya qəbul edir.
 
 
 
 
 
Fiziki parametrlər   Ərintinin növü  
         
    Kompakt ərintilər Amorf ərintilər Nanokristallik
        ərintilər
       
Koersitiv qüvvə 0.4 0.4-0.8 0.5-2
(Hs) (A/m)        
         
Maqnit   105 10·106 106
nüfuzluluğu (μ)      
         
Doyma maqnit 0.8 1.2-1.6 1.1-1.95
induksiyası Bs Tl      
         
Xüsusi elektrik 20-36 120-200 110-140
müqaviməti      
mkOm san        
         
 
Bu materiallar üçün patent alınmış mikromühərrik hazırlanmış Moskva şəhərində elektromexanizm zavodunda istehsalata tövsiyyə edilmişdir.
 
Baku Steel Company MMC şirkətinin baş direktorunun AzMİU-nun rektoruna SMİKS -0072 saylı 04.04.2011 tarixdə məktubda göstərilir ki, Baku Steel Company şirkətilə bağladığımız birgə müqaviləyə əsasən birgə işlədiyimiz müddətdə yeni tərkibli arqon və arqomiks qazlarını almışıq və nəticədə texniki şərt alınmışdır. Bakı-Ceyhan neft –qaz xəttinin inşasında istifadə olunan arqomiks qaz qarışığı, bahalı arqon qazının əvəzi kimi tikintiyə iqtisadi səmərə gətirmişdir.
 
 
2002-2003-cü illərdə ilk dəfə Respublikada istehsal olunan arqon və arqomiks qaz qarışığı bu gündə Respublikanın neft-qaz çıxarma və digər sahələrdə istifadə olunur və keyfiyyətlə bağli heç bir irad yoxdur.
 
Professor T.M.Pənahov Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Baku Steel Company” MMC ilə birlikdə “Metallurgiya və Metallar fizikasının müasir problemləri” mövzusunda 3 beynəlxalq elmi praktiki konfrans keçirilmişdir. Dünyanın ən mühüm elmi yenilikləri haqqında məlumat vermişdir.
 
 
Metal    və       ərintilər  fizikası   ETL-in  2001-2005-ci  ildə  “Yeni  maqnit
 
materiallarının   işlənib    hazırlanmasının   fiziki    əsasları,   2005-2010-ci     ildə
 
“Nizamlanan Fe-Co ərintilərinin strukturu və fiziki xassələrinə keçid nadir
torpaq  elementlərinin  təsiri”,  2011-2013-cü  ildə “CoFe əsaslı amorf
maqnityumşaq ərintilərin istilik və elektrik xassələri arasında korrelyasiya və
kompozit  materialların texnologiyası” mövzusunda apardığıelmi-tədqiqat
işlərinin vahid  planını AMEA, Respublika elmi tədqiqatların təşkili  və
əlaqələndirilməsi şurası, Fizika problemləri şurası müzakirə etmiş, mövzuların
təsdiq olunması  və  işlənməsinin məqsədə uyğun olunmasını  FP-020 saylı
04.06.2010 tarixdə qeydə almışdır.                  
ETL-də  istifadə olunan qurğu və  cihazlar Azərbaycan Respublika
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə Sınaq

mərkəzi 29.08.2013-cü ildə 142/6 protokolu ilə sınağın nəticələrini təsdiq etmiş və 140/6 şəhadətnamə vermişdir.
 
Bu qayda ilə 2014-2018-ci illərdə aparılan mövzunun təsdiqi üçün sənədlər alınmışdır. 2014-cü ildə “Çox komponentli maqnityumşaq ərintilərin quruluşu” , mərhələ 1: Nazik lövhələrdə Fe-Co amorf maqnit ərintilərinin Atom qüvvət mikroskopu vasitəsilə səth relyefin öyrənilməsi, 2015-ci ildə “Çox komponentli maqnityumşaq ərintilərin nadir metallarla legirlədikdə termomaqnit emaldan asılı olaraq elektrik xassələrinin tədqiqi”, mərhələ 2: Xromla legirlənmiş amorf maqnityumşaq Fe-Co-Cr-B ərintisinin termik emaldan asılı elektrik
 
xassələrinin tədqiqi, 2016-ci ildə “Amorf maqnityumşaq və nanokristallik materialların fiziki əsaslandırılması”, mərhələ 3: Nizamlanan (CoFe)1-xSix əsaslı kristallik və amorf ərintilərin maqnit və maqnitooptik xassələrinin tədqiqi, 2017-ci ildə “Amorf maqnit materialların alınmasının elmi əsaslarının işlənməsi, işçi qurğunun hazırlanması və istismara təhvil verilməsi”, mərhələ 4: (FeCo)1-xSix amorf maqnit ərintilərin krioemaldan və termomaqnit emaldan asılı maqnit xassələrinin tədqiqi, 2018-ci ildə “Termik emaldan asılı olaraq mürəkkəb tərkibli amorf maqniyumşaq ərintilərin quruluşu, optik xassələrinin tədqiqi” , mərhələ 5: Nb elementi ilə legirlənən (FeCo)1-xMx amorf maqnityumşaq ərintilərin optik, maqnit xassələrinin tədqiqi və istehsalata tövsiyyələr vermək adlı mövzuları işlənmişdir.