Elmi fondlarla əlaqə elmi-tədqiqat şöbəsi tərəfindən aparılır.

        Elm və təhsilin müasir inkişafı, gündəlik elmi-texniki informasiyanı əldə etmək, toplamaq və təhlil etməyi tələb edir. Bu informasiyanın mənbəyi elmi jurnallar, məqalələr, müxtəlif kitablardır. Hazırda isə ön plana qlobal informasiya mənbəyi kimi elm və texnikanın müxtəlif sahələrinə aid yüz minlərlə məlumat yerləşdirilmiş internetin WEB- səhifələri çıxır. Digər tərəfdən müasir elmi kollektivlərin birgə fəaliyyət göstərməyə, təcrübə mübadiləsi etməyə, digər elmi laboratoriyaların avadanlıqlarını istifadə etməyə, staj keçməyə böyük ehtiyacı var. Bu işlərin nəticəsi olaraq birgə elmi əsərlər yazmağa və müştərək elmi layihələr aparmağa imkan yaranır. Aparılacaq elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün müxtəlif ölkələrin fondlarının və elmin inkişafı fondunun qrant müsabiqələrində iştrak etmək üçün layihələr təqdim olunur.

        Elmi-tədqiqat şöbəsinin əsas vəzifələrindən biri universitetin kafedralarında aparılan elmi- tədqiqat işlərin kordinasiya etmək və onlara aşağıda göstərilən istiqamətdə yardım göstərməkdir.

1. Elm və təhsilin inkişafında maraqlı olan fondlardan yeni layihələrin həyata keçirilməsinə «qrant» ayrılmasına nail olmaq məqsədilə, universitetdə aparılan elmi layihələr və haqda informasiya bazasının yaradılması.

2. Maraqlı tərəflərlə əlaqələrin yaradılması, informasiya mübadiləsinin təşkil olunması məqsədilə universitetdə aparılan elmi- tədqiqat işləri haqda məlumatların internetdə yerləşdirilməsi.

3. Bu və ya digər elmi layihələrin həyata keçirilməsində maraqlı olan fondların axtarılması.

4. İnternet vasitəsilə universitetin alimlərinə kafedralarınıa elmi laboratoriyalarını onların apardıqları elmi tədqiqat işlərinin mövzularına aid uyğun informasiyaların çatdırılması.

5. AzMİU-nun magistrlarının,doktorantlarının və alimlərinin elmi konfranslarının keçirilməsinə yardım göstərilməsi və s.