Elm və texnika işləri üzrə prorektor

“Texnoloji maşın və avadanlıqlar” kafedrasının müdiri, texnika elmləri doktoru, professor A.R.Şərifov Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən D.02.042 Dissertasiya Şurasının, Kvalifıkasiya məsələləri üzrə, Müsabiqə komissiyasının Sədri və Təhsil Nazirliyinin maşınqayırma və metallurgiya üzrə tədris-metodiki şurasının üzvüdür.

1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun “İnşaat, yol maşınları və avadanlığı” ixtisasını bitirmiş və təyinatla gənc mütəxəssis kimi “İnşaat maşınları” kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür.

1969-cu ildə Leninqrad (Sankt-Peterburq) İnşaat mühəndisləri institutunun aspiranturasına daxil olmuş,

1971-ci ildə namizədlik, 1994-cü ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.

1973-1975-ci illərdə Azərbaycan Politexnik institutunun komsomol komitəsinin katibi vəzifəsində işləmiş, AzLKGİ XXIX qurultayına nümayəndə seçilmişdir. Azərbaycan İnşaat Mühəndisləri institutunun partiya komitəsi katibinin təşkilat məsələləri üzrə müavini vəzifəsində çalışmışdır.

A.R.Şərifov 1967-ci ildən “İnşaat, yol və meliorasiya maşınları” kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində işləmiş və yeni yaradılmış “Mexanikləşdirmə və avtomatlaşdırma” fakültəsinin ilk dekanı seçilmişdir. 46 ilə yaxın İnşaat, yol və meliorasiya maşınlarının hidravlik sistemlərindəki işçi mayelərin təmizlənməsi problemləri ilə məşğul olan professor A.R.Şərifov 125-dən çox elmi məqalənin, monoqrafıyanın, 7 müəlliflik şəhadətnaməsinin, 23 dərslik, dərs vəsaiti və metodiki göstərişlərin müəllifıdir. A.R.Şərifov bir sıra beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir. Onun elmi rəhbərliyi ilə 7 nəfər elmlər namizədi hazırlanmış, hazırda doktorantlara, dissertantlara və magistrantlara elmi rəhbərlik edir.
 

Tel: (+994 12) 539 07 15

E-mail: prorektorei@azmiu.edu.az