Əlavə ixtisas təhsili əyani və qiyabi təhsil formalarında həyata keçirilir. Əlavə 2-ci ixtisas təhsili almaq üçün əvvəlki ali   təhsili və ya hal-hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində  müsabiqə komissiyası tərəfindən müəyyən edilir. 
Təkrar ali təhsil üçün sənəd qəbulu 03-31 avqust tarixlərində və yalnız onlayn formada http://kabinet.azmiu.eu ünvanı vasitəsilə həyata keçrilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdaki sənədləri təqdim etməlidirlər:
  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • Ali təhsili haqqında sənədin (diplomun) surəti və  qiymət kitabçasından çıxarış (diploma əlavə, 3 nüsxə) ;
  • əmək kitabçasından çıxarış;
  • iş yerindən xahişnamə-xasiyyətnamə;
  • 4 ədəd 3x4 fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə).
  • Sağlamlıq haqqında arayış
Əlavə ixtisas alanların təhsil xərclərinin miqdarı və müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sərf edilən illik ödənişindən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır. 

Təkrar ali təhsil aşağıdakı ixtisaslar üzrə aparılır:

İnşaat fakültəsi
  • İnşaat  mühəndisliyi
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
  • Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi
  • Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
  • Ekologiya mühəndisliyi
  • Neft-qaz qurğuları mühəndisliyi
Nəqliyyat fakültəsi
  • Yer quruluşu Torpaq və şəhərkadastrı
  • Geodeziya və xəritəçilik mühəndisliyi
  • Yer üstü nəqliyyat vasitələrinin tikinti mühəndisliyi
  • Nəqliyyattikintisimühəndisliyi
İnşaat-texnologiya fakültəsi
  • Fövqaladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
  • Tikinti materiallari və məmulatlarının  texnologiyalarının mühəndisliyi
  • Materialşunaslıq mühəndisliyi
Tikinti-iqtisad  fakültəsi
  • Maliyyə
  • Sənayenin təşkili və idarə olunması
  • Menencment
  • Marketinq
Mexanika və  İnformasiya  texnologiyaları fakültəsi
  • İnformasiya  texnologiya  mühəndisliyi
  • Texnolojı  maşinlar  və avadanlıqlar  mühəndisliyi
  • Elektrik  mühəndisliyi
  • Mexanika  mühəndisliyi
  • Prosseslerin  avtomatlaşdrma  mühəndisliyi
 

Təkrar ali təhsil ilə bağlı onlayn müraciət


Əlaqə: 
E-mail: prorektorti@azmiu.edu.az

tekrartehsil@azmiu.edu.az
Tel:    (+994 12) 539 07 45;  538 92 79