Elanlar
Xəbərlər
Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu
2018-02-13 14:42:21
2018-ci il fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək. Forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq(www.proloq.az) online jurnalıdır. 
           Forumda yerli mütəxəssislərlə yanaşı, dünyaca məşhur PR kapitanları da çıxış edəcəklər. Diskussiyalarda PR-ın müasir dünyada və zamanda əhəmiyyəti, reallıqlar, ehtiyaclar, yeniliklər və başqa məsələlər müzakirəyə çıxarılacaq.
         Foruma PR mütəxəssisləri ilə yanaşı, bu sahədə təhsil verən universitetlərin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları, tələbələr, bir sözlə, yaradıcılığını inkişaf etdirmək və fərq yaratmaq istəyən hər kəs dəvətlidir.Tədbirin sonunda  iştirakçılara beyənxalq sertifikat veriləcək.






Faydalı keçidlər
Elanlar

>

>