Elanlar
Xəbərlər
Bütün tam ştatda işləyən müəllimlərin nəzərinə!
2017-10-09 15:14:52
   Növbəti təqvim ili üçün Universitetimizdə “Daxili qiymətləndirmə” sistemi vasitəsi ilə tam ştatda olan müəllimlərin maaşına əlavə məbləğ veriləcək. Qiymətləndirmə sistemində 3 blok əsas götürülür: tədris səviyyəsi, elmi potensial və metodik fəaliyyət. Müəllimlər formanı doldurub sənədlərlə birlikdə yalnız 1 arxiv faylda sp.azmiu@gmail.com ünvanına göndərməlidirlər. Sənədlər formada göstərilən bütün kriteriyalara uyğun olmalıdır. 
   Ən yüksək nəticə göstərən müəllimlər 1 il boyunca öz maaşlarına əlavə maddi məbləğ əldə edəcəklər.
   Əlavə suallarınız üçün əsas korpus 113-cü otağa və yaxud 609 nömrəsinə zəng edərək müraciət edə bilərsiniz.
Formalar elektron variantda oktyabr ayının 9-dan noyabr ayının 9-dək təhvil verilməlidir. Əks halda sənədlərə cari tədris ilində baxılmayacaq.
Formanı yükləmək üçün aşağdakı linkə daxil olun.

Forma






Faydalı keçidlər
Elanlar