Elanlar
Xəbərlər
İKT mərkəzi tərəfindən keçrilən treyninqlər davam edəcək
2017-10-02 16:43:32
Universitet əməkdaşlarının müasir informasiya texnologiyalarından istifadəsi, rəqəmsal köməkçi vasitələrdən istifadə vərdişlərinin artırılması və İT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 09 oktyabr - 09 noyabr tarixlərində İKT mərkəzi tərəfindən keçrilən “E-mail müasir insanın köməkçi vasitəsi” adlı treyninq davam edəcək və təlimlərdən sonra bütün əməkdaşlara rəsmi e-mail ünvanları təqdim olunacaq. Treyninqlər 09 oktyabr - 09 noyabr tarixlərində həftənin I və III günləri saat 11:00 və 14:00 olmaqla I tədris binası, 1312 saylı (TEMPUS) otaqda keçriləcək və 1 saat müddətində davam edəcək.
Əvvəlki treyninqdə iştirak edənlər və rəsmi e-mail ünvanlarını əldə etmiş əməkdaşlar da təkrar iştirak edə bilərlər.
İnformasiya Kommunikasiya Texnologiyaları mərkəzi
E-mail: ikt@azmiu.edu.az
Tel: Daxili – 565






Faydalı keçidlər
Elanlar