Elanlar
Xəbərlər
Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi mövzusunda Beynəlxalq Konfrans keçirəcəkdir.
2017-07-21 12:01:45
Azərbaycan Memarlıq və İnşaat Universiteti
“Ruzgar” Ekoloji Cəmiyyəti
2017-ci il dekabrın 05-06 tarixində
Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi
mövzusunda Beynəlxalq Konfrans keçirəcəkdir.
Konfransda aşağıda göstərilən təbii fəlakətlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi, fəsadların aradan qaldırılması və risklərin idarə olunmasında ictimaiyyətin rolunun yüksəldilməsi məsələləri müzakirə olunacaqdır
1. Sellər və daşqınlar
2. Zəlzələlər
3. Torpaq sürüşmələri
4. Vulkan püskürməsi
5. Uçqunlar
6. Təbii fəlakətlər nəticəsində yaranan texnogen qəzalar
7. İqlim dəyişmələri, səhralaşma və quraqlıq
I. Konfransın Proqramına orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir
II. Tezislərin tərtibatına tələbatlar: Məruzələrinin tezisləri (1 səh) və materialları (4 səhifəyəfək) dərc olunacaqdır. Məruzə tezisləri həcmi -1 səhifəyədək , 1.5 intervalda, 14 şriftlə (Times New Roman), A4 formatda (soldan 3 sm, sagdan 1.5 sm, yuxarıdan 2.5 sm, aşağıdan 2 sm ) elektron formatda İngilis dilində qəbul olunur. Məruzənin başlığı böyük hərflərlə , müəlliflərin adı, soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə göstərilir. Elektron versiya E-mail vasitəsilə təqdim oluna bilər. Yalnız Konfransda məruzə olunmuş materiallar (4 səh) dərc olunacaqdır.
III. İştirak üçün ərizələrin (tezis və qeydiyyat vərəqəsi) qəbulu və əlavə məlumatların verilməsi AzMİU-nun 2-ci korpusu, 10-cu mərtəbə, 2001-ci otaqda t.ü.f.d.Aytən Əhmədova tərəfindən həyata keçirilir.
Telefonlar: +99412-5390775 (daxili 5-30), +99450-2390777, E-mail: disasters17@mail.ru, aytenaxmedova@mail.ru,
Məruzə tezislərinin və qeydiyyat vərəqəsinin təqdim olunması üçün son tarix: 15 oktyabr 2017-ci il
 







Faydalı keçidlər
Elanlar