Elanlar
Xəbərlər
Müəllimlər üçün Daxili qiymətləndirilmə sistemi ilə bağlı seminar keçiriləcək
2017-03-16 15:56:02
Müəllimlərinin diqqətlərini universitetin inkişafında prioritet istiqamətlərə cəlb edərək, onlara differensial əmək haqqı verməklə stimullaşdırıcı mexanizmləri və sağlam rəqabəti formalaşdırmaq qarşıya məqsəd qoyulub. Müəllimlərin bilik və fəallığın obyektiv qiymətləndirilməsi məqsədi ilə “Daxili qiymətləndirmə” sistemi tətbiq olunub.
          Aprel ayının 10-nu saat 14:00-da universitetin əsas korpusunda 3-cü mərtəbədə yerləşən konfrans zalında Strateji planlaşdırma şöbəsinin təşəbbüsi ilə “Daxili qiymətləndirmə” sisteminin tətbiqi ilə əlaqədar seminar keçiriləcək. Müəllimin dolduracağı attestasiya vərəqində olan hər bir parametr üzrə bütün suallar Ülkər Səttərova tərəfindən cavablandırılacaq.
 
Əlaqə nömrəsi: +994 (12) 539-05-77        (Daxili: 6-09, 6-62)  




Faydalı keçidlər
Elanlar