Elanlar
Xəbərlər
Avropalı mütəxəssislər tərəfindən pulsuz onlayn kurslara start verilir
2017-01-25 11:34:40
Avropalı mütəxəssislər tərəfindən pulsuz onlayn kurslara start verilir
 
Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri strateji planlaşdırma, advokasiya üzrə və "Yaradıcı Avropa" proqramına ərizə verməklə əlaqədar təşkil edilmiş, avropalı ekspertlərin dərs dediyi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" çərçivəsində təşkil edilmiş kurslarda iştirak edə bilər.
Hər bir kurs bir neçə qısa video filmdən ibarətdir və əməli tövsiyələrlə, nümunələrlə tamamlanmışdır. Kursları başa vurduqdan sonra sertifikat almaq mümkündür. Azərbaycan, rus və ingilis dilləri daxil olmaqla  8 dildə təşkil edilən  kursların proqramına Avropanın yaradıcılıq və mədəniyyət sahələrinə aid ən qabaqcıl təcrübələri daxil edilmişdir.
Kursu keçmək və sertifikat ala bilmək üçün ilk növbədə xoşunuza gələn mövzunu www.culturepartnership.eu/publishing/online-learning  internet saytından seçməli, dərs materialları ilə tanış olmalı və testin suallarına cavab verməlisiniz. Hal-hazırda 4 kursda iştirak edə bilərsiniz:  "Strateji planlaşdırma", "Advokasiya","Kreativ Avropa" və “Təklifin hazırlanması”.
“Mədəniyyət və Yaradıcılıq” Proqramı çərçivəsində təşkil olunan kursun hər kəs üçün əlçatan olması faktı olduqca dəyərlidir. Əslində, hətta ən qızğın iş saatlarında belə fərdi inkişafın təmin olunması üçün yarım saat vaxt ayırmaq mümkündür. Kurslar yalnız fəaliyyətə yenicə başlayanlar üçün deyil, eyni zamanda yeni imkanlar axtarışında olan təcrübəli mədəniyyət menecerləri üçün də faydalı olacaqdır. Öz biliklərinizi Avropalı mütəxəssislərin yanaşmaları ilə müqayisə edərək yoxlayın”. Kursları uğurla başa çatdırdıqdan sonra Ukraynada Mədəniyyət Fəalları Konqresinin İdarəetmə Heyətinin Sədri Yelena Pravilo bu fikirləri paylaşır.
Kurslar haqqında daha ətraflı məlumat almaq üçün www.culturepartnership.eu internet saytına daxil ola və ya info@culturepartnership.eu ünvanına elektron məktubla müraciət edə bilərsiniz.  

 






Faydalı keçidlər
Elanlar