• Xarici vətəndaşlar üçün təhsil ödənişlidir və xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanılması yolu ilə həyata keçirilir.
  • Təhsil müddəti əyani şöbədə 3 il, qiyabi şöbədə 4 ildir.Tədqiqat işin aparılmasında doktorantlara Azərbaycan Respublikasının aparıcı alimləri təyin edilir.
  • Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün tədqiqatçı xarici dil və informatika fənnindən minimum imtahanları verməlidi.
  • Xarici vətəndaşlar fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq imtahanı verirlər.

 Xarici vətəndaşlar doktoranturada təhsil almaq üçün aşağıdakı sənədləri təqdim edir:

 - hazırlıq fakültəsini bitirmək haqqında şəhadətnamə (tələbə hazırlıq fakültəsini bitirdiyi ixtisasa və diləuyğun təhsilini bakalavr pilləsində davam etdirməlidir.)

- universitetə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə);

- bakalavr diplomu (keçilən dərslər göstərilməklə);

- magistr diplomu (keçilən dərslər göstərilməklə);

- tibbi arayış və tələbənin gəldiyi ölkənin rəsmi səhiyyə  orqanları tərəfindən verilən   QİÇS (AİDS) təhlil testi;

- pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);

- tərcümeyi-hal;

- istənilən jurnalda nəşr olunmuş məqalə;

- 6 ədəd 3x4 ölçüdə foto;

Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq olunmalıdır.

Əcnəbi Tələbələrin Təhsili dekanı: Sadıkov Polad Mamed oğlu

Tel: (+994 12) 538 94 01 

E-mail: ettf@azmiu.edu.az

Doktorantura şöbəsinin müdiri: dosent Zöhrab Müsürza oğlu Xəlilov

Tel: (+994 12) 539 07 86

Əlaqələndirici şəxs, ƏTTF-nin müfəttişi: Aytən Tofiq qızı Rəhmanova

Tel: (+994 12) 539 05 97

E-mail: phddep@azmiu.edu.az

Ünvan : Dekanlıq: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11