Yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Doktorantura (keçmiş asperantura) şöbəsi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1977-ci ildə yaradılmışdır.

Azərbaycan Memarlıq və İnşaat Üniversitetində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan dokto-ranturaда fəlsəfə doktoru, elmlər doktoru və dissertantura yolu ilə həyata keçirilir. Doktorantura şöbəsinin əsas məqsədi – yüksək ixtisaslı mütəxəssis-lərin , elmi və pedaqoji kadrların hazırlanmasından ibarətdir. Doktoranturada təhsil alma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formada fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən Azərbaycan Memarlıq və İnşaat Üniversitetində elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir, təhsil müddəti isə əyani 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan,) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən müvafiq elan verilir. Doktoranturaya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.

Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalıdır.

Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.

Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.

Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həc-mində qəbul imtahanları verirlər.

Elmlər doktoru hazırlığı üzrə doktorantura

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

çap olunmuş elmi işlərin siyahısı;

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Ali təhsil müəssisəsinin, elmi təşkilatın elmi şurası «Elmlər doktoru» elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul edir. Həmin qərar ali təhsil müəssisələrinin və elmi təşkilatların fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.

Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən, xaricdə yerləşən) ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

Doktorantlar hər il ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun doktoranturada təhsilini davam etdirməsi barədə qərar qəbul olunur.

Əcnəbilərin və vətəndaşliği olmayan şəxslərin doktoranturada və dissertantliq yolu ilə təhsil almaq hüququ

1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.

3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.

5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant

təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Əsas tədqiqat istiqamətləri:

12 Riyaziyyat

1201.01 Cəbr

1202.01 Analiz və funksional analiz

1206.01 Ədədi analiz

1208.01 Ehtimal nəzəriyyəsi

1209.01 Riyazi statistika

1211.01 Diferensial tənliklər

1212.01 Riyazi fizika tənlikləri

20 Mexanika

2001.01 Nəzəri mexanika

2002.01 Deformasiya olunan bərk cism mexanikası

2003.01 Maye, qaz və plazma mexanikası

2004.01 Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi

22 Fizika

2202.01 Elektromaqnetizm

2204.01 Maye fizikası

2206.01 Molekulyar fizika

2207.01 Atom və nüvə fizikası

2211.01 Bərk cismlər fizikası

2212.01 Nəzəri fizika

2220.01 Yarımkeçiricilər fizikası

25 Yer elmləri

2504.01 Geodeziya

31 Aqrar elmlər

3103.02 Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

33 Texnika elmləri

3305.01 Tikintinin texnologiyası və təşkili

3305.02 İnşaat mexanikası

3305.03 İnşaat konstruksiyaları, bina və qurğular

3305.04 Özüllər və bünövrələr, yeraltı qurğular

3305.05 Mühəndis-kommunikasiya sistemləri 3305.06 İnşaat və yol maşınları

3305.07 İnşaat materialları və məmulatları

3305.08 Hidrotexniki tikinti

3305.09 Nəqliyyat qurğuları

3305.10 Hidravlika və mühəndis hidrologiyası

3308.01 Ətraf mühitin texnologiyası və mühəndisliyi

3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr

üzrə)

3358.01 Fövqəladə hallarda təhlükəsizlik (sahələr üzrə)

53 İqtisad elmləri

5308.01 Ümumi iqtisadiyyat 

64 Memarlıq

6401.01 Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və

rekonstruksiyası 6404.01 Bina və qurğuların memarlığı

6405.01 Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması və landşaft

memarlığ

Doktorantura şöbəsinin müdiri: dosent Zöhrab Müsürza oğlu Xəlilov

Tel: (+994 12) 539 07 86,
daxili 1-62, ,

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, I korpus otağ 305