BEYNƏLXALQ PROQRAMLAR VƏ LAYİHƏLƏR SEKTORUNUN
WEB SƏHİFƏSİNƏ XOŞ GƏLMİŞSİNİZ !

Xarici Əlaqələr Şöbəsinin nəzdində Beynəlxalq Proqramlar və Layihələr Sektoru 2013-cü il tarixində universitet rəhbərliyinin göstərişinə əsasən təşkil edilmişdir.

Beynəlxalq Proqramlar və Layihələr Sektorun məqsədi universitetin ölkədaxilində və xaricində mövcud olan beynəlxalq proqram və layihələrə qoşulmaq işini təşkil etmək, yeni layihələrin universitetin uyğun struktur bölmələri ilə birlikdə hazırlayıb icra etmək, universitetin maraqlarını beynəlxalq tədbirlərdə təmsil və təbliğ etmək, universitetin xarici əlaqələrinin inkişafında aktiv iştirak etməkdir.

Bunlarla yanaşı qeyd etmək istəyirik ki, sektor universitetimizin hər bir fakültə və kafedraların əməkdaşlarını yeni beynəlxalq Erasmus+ (əvvəlki adı TEMPUS) layihələrin hazırlanmasında aktiv iştirak etməyi və bu linkdən faydalanaraq öz layihə ideyalarını, yəni ilkin layihə təklif formasını nümunəvi ərizə sənəd əsasında hazırlamağı tövsiyyə edir.
 
Universitetimizin iştirak etmiş olduğu və hal-hazırda iştirak etdiyi beynəlxalq layihələr, eyni zamanda yeni layihələrin hazırlanması haqqında hər hansı sual və ya layihə təkliflərini müzakirə etmək üçün aşağıdakı əlaqə vasitəsilə sektora müraciət etmək mümkündür. Sektorun rəhbərliyi hər bir layihə təklifini təhlil edib, öz məsləhətlərini və tövsiyələrini verməyə hazır olduğunu bəyan edir.

Sektor müdiri: Nəcimov Arif

Tel:                  (+994 12) 539 10 45 / 2-69 (daxili)
Fax:                 (+994 12) 434 15 97 
E-mail:             ipps@azmiu.edu.az, arif.najimov@azmiu.edu.az
                         
Skype:             arif.najimov


Sektorun müfəttişi: Əliyev Əli

Tel:                  (+994 12) 539 10 45 / 2-69 (daxili)
Fax:                 (+994 12) 434 15 97 
E-mail:             ipps@azmiu.edu.az, ali.aliyev@azmiu.edu.az,


Ünvan:             AzMİU-nun əsas tədris binası, 4-cü mərtəbə, otaq: 419
                         Az-1073, Bakı ş., A. Sultanova küçəsi 11