Beynəlxalq əlaqələr üzrə prorektor 

Memarlıq doktoru, professor, əməkdar memar - Nərgiz Cavad qızı Abdullayeva

1977 - ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1978-1982 – Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb.

1982 - ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb.

1986 - 88 - ci illərdə həmin İnstitutun aspiranturasının əyani şöbəsində oxuyub.

1989-cu ildən «Memarlıq-kompozisiyası» kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib.

1990 - cı ildə «XIX əsrin axırı XX əsrin əvvələrində Bakı neft rayonunun sənaye - memarlığının tarixi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və memarlıq namizədi elmi dərəcəsini alıb.

1992 - ci ildən Memarlar İttifaqının üzvüdür.

2001-ci ildən «Memarlıq» fakültəsinin «Dizayn» kafedrasının müdiri vəzifəsində çalışır.

2005 - ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.

2010-cu ildən Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət üzrə Problem Şurasının sədr müavini kimi fəaliyyət göstərir.

2012-ci ildə “Azərbaycan memarlığında mühəndis qurğularının rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və elmlər doktoru elmi dərəcəsini alıb.

Onun 70- dən çox elmi və metodik əsərləri var. Onlardan: 3 monoqrafiya, 1 dərslik, 4 dərs vəsaiti və 5 fənn proqramıdır.

 

Tel: (+994 12) 539 07 48
E-mail: prorektor-ir@azmiu.edu.az 

            

Qəbul otağı
Tel: (+994 12) 539 05 97