Tədris şöbəsi universitetdə tədrisin təşkili prosesini gündəlik nəzarətdə saxlayan, dərslərin tədris proqramlarına uyğun keçirilməsini, tələbələrin dərsə davamiyyətini, fakültə və kafedralarda tədrisin təşkilinin normativ sənədlərə uyğun qurulmasını təmin edən, təhsil sistemində aparıcı təhsil müəssisələrinin təcrübəsinin tədrisə tətbiqi istiqamətində işləri istiqamətləndirən bir qurumdur. 

Tədris şöbəsi tədrisin təşkili və məzmunu ilə bağlı bütün işlərlə məşğul olur və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daimi iş aparır. Bu ilk növbədə elm və texnikanın son nailiyyətləri nəzərə alınmaqla fənn proqramları və tədris planlarının təkmilləşdirilməsindən ibarətdir.

Ünvan : Az 1073, Bakı, A. Sultanova küçəsi ,11


E-mail: tedrisdep@azmiu.edu.az

I tədris korpusu, II mərtəbə

Tədris şöbəsinin müdiri: Sabir Baladin oğlu Məmmədov

Tel: +994 539 10 06

İstehsalat təcrübəsi bölməsinə Nadir Sirac oğlu Kərimov rəhbərlik edir.

Tel: + 994 539 26 45