Tədris şöbəsi universitetdə tədrisin təşkili prosesini gündəlik nəzarətdə saxlayan, dərslərin tədris proqramlarına uyğun keçirilməsini, tələbələrin dərsə davamiyyətini, fakültə və kafedralarda tədrisin təşkilinin normativ sənədlərə uyğun qurulmasını təmin edən, təhsil sistemində aparıcı təhsil müəssisələrinin təcrübəsinin tədrisə tətbiqi istiqamətində işləri istiqamətləndirən bir qurumdur.

Tədris şöbəsi tədrisin təşkili və məzmunu ilə bağlı bütün işlərlə məşğul olur və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daimi iş aparır. Bu ilk növbədə elm və texnikanın son nailiyyətləri nəzərə alınmaqla fənn proqramları və tədris planlarının təkmilləşdirilməsindən ibarətdir.